Televiziyada Avropa ölkələrinin çempionatlarını izləyəndə futbolçuların göstərdiyi oyun insana nə qədər xoş gəlirsə, stadiondakı atmosfer, azarkeş izdihamı da bir o qədər zövqümüzü oxşayır. İnsanın beynindən belə bir fikir keçir - Görəsən, biz niyə öz futbolumuzu bu qədər sevmirik? Bəlkə, futbolumuzun Avropa səviyyəsindən çox geri qaldığı üçün belədir? Səbəblər içərisində bu amil də var, ancaq, məsələnin kökündə dayanmır. Belə olsaydı, Premyer Liqamızın oyunlarına 30-40 min olmasa da, 5-10 min azarkeş gələrdi.
Hazırda ölkənin ən sevilən klublarından olan “Qarabağ”ın ötən həftə “Səbail”lə keçirilən oyununda 500 azarkeş olub. Yağış bəhanə ola bilməz. Çünki hava şəraitindən asılı olmayaraq, digər görüşlərdə də azarkeş sayı bu oyundakından çox da fərqlənmir. “Səbail”i başa düşdük, yeni yaranan klubdur. Premyer Liqada debüt edir. Bu komandadan azrkeş gözləməyə də dəyməz. Bəs, “Qarabağ”ın oyununa niyə maraq azdı? Axı “Qarabağ” kifayət qədər baxımlı futbol sərgiləyir. Əslində “Səbail” – “Qarabağ” oyununda hər iki komanda sürətli, azarkeşlərə zövq verəcək futbol nümayiş etdirdi.
"Millimiz oynayanda stadion dolmursa, deməli, Azərbaycan futbol ölkəsi deyil"
Bəhs etdiyimiz problemlə bağlı “Qarabağ”ın ən böyük azarkeş qruplarından olan “İmarət Tayfa”nın idarə heyətinin üzvü Elnur Quliyevlə danışdıq. O, çempionat oyunlarındakı azarkeş azlığını bir çox məqamlarla əlaqələndirdi:
“Bölgələrin futbolsuz qalması birbaşa azarkeş probleminə gətirib çıxarır. Vaxtilə Premyer Liqamızda “Xəzər Lənkəran”, “Turan”, “Şəmkir” kimi komandalarımız var idi. Onların çoxsaylı azarkeşi çempionatımıza rəng qatırdı.
Lənkəranlı “Xəzər Lənkəran”la, tovuzlu “Turan”la, qarabağlı “Qarabağ”la fəxr edir. Bu komandalar meydanda olanda təbii ki, azarkeşlər stadionu dolduracaq.
Biz ev oyunlarımızı Ağdamda keçirəndə həmişə tribunlar dolu olurdu. Hətta oturacaqlar olmasa belə, azarkeşlər gəlib, ayaqüstə komandanı dəstəkləyirdi. İnid bütün komandalar Bakıya toplaşıb. Regionlarda futbola daha çox maraq var.
Bəzən azarkeşlərin polislə problemi olur. Görürsən ki, polis yaxşı təlimatlandırılmayıb. Bəzən elə şeylərə qadağa qoyurlar ki, fikirləşirsən ki, düşüncəsi olan insan bunu etməməlidir. Hərdən Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun şəklini, yaxud da hansısa normal bir şüarı stadiona keçirməyə qoymurlar. Bu kimi məsələlər də azarkeşi futboldan küsdürür.
Bütün dövrlərdə oyun alqı-satqısı ilə bağlı söz-söhbətlər olur. Bəzən doğru, bəzən yalan. Bu da azarkeşləri stadionlardan uzaq salan amillərdəndir. Futbola çirkinlik gətirən müxtəlif söhbətlər də azarkeş sayına təsir edir.
Sadaladığım amillər kompleks şəklində azarkeşlərə təsir edir. Bu, “Qarabağ”ın, “Neftçi”nin, yaxud da “Qəbələ”nin problemi deyil.
Əslində reallıq budur ki, Azərbaycan futbol ölkəsi deyil. Mili komandamız oynayanda stadion dolmursa, deməli, Azərbaycan futbol ölkəsi deyil.
Elnur Quliyev
Bir məqamı da qeyd edim. 10-15 il bundan əvvəl milli komandamız zəif oynasa da, azarkeşlər tribunaları doldururdu. Texnalogiyanın inkişafı da azarkeş sayın azaldıb. Əvvəl teatra, kinoya da çox adam gedirdi. İndi bu kimi yerlərə, eləcə də stadiona getmək əvəzinə internetdən yararlanırlar. Həm də müxtəlif əyləncəli sosial şəbəkələr insanları stadiondan uzaqlaşdırır. Bütün bunlar Azərbaycandadır. Avropa ölkələrində azarkeşlərin futbola sevgisi dəyişməz qalır.
“Qarabağ”ın hər oyunda qalib gəlməsi azarkeşə maraqsız gəlir"
E.Quliyev "Qarabağ"ın avrokuboklardakı matçları zamanı azarkeşlərin stadionu doldurmasına, ancaq ölkə çempionatının oyunlarına gəlməməsini bu cür izah edir:
“Azərbaycan çempionatında son illər rəqabət azalıb. Son vaxtlar “Qarabağ”a heç bir rəqib qalib gələ bilmir. Azarkeş maraqlı çempionat izləmək istəyir. “Qarabağ” hər oyunda udursa, bu, istər-istəməz azarkeşə maraqsız gəlir. Prinsipial rəqiblər yoxdur. Buna görə şəxsən mən də stadiona getməyə can atmıram. Bilirəm ki, “Qarabağ” qalib gələcək.
Bir dostum var, oyunlara gəlmir, futbolla heç maraqlanmır da. Amma həmin adam "Qarabağ"ın Çempionlar Liqasındakı oyununa gəlmək, stadionda olmaq istəyir. "Qarabağ"ı alqışlamaq lazımdır ki, hətta futbolla maraqlanmayan Azərbaycan vətəndaşında bu oyuna marağını artırıb. Çünki bu insan heç vaxt oyuna gəlmirdi, futboldan zəhləsi gedirdi. Amma "Qarabağ"ın Çempionlar Liqasındakı bütün oyunlarında iştirak edir. Deməli, "Qarabağ" bu insanlara futbolu sevdirib. Həmin insanlar ölkə çempionatında oyuna gəlmirlərsə, bu nə "Qarabağ" rəhbərliyinin, nə də azarkeşlərin günahıdır. Bu o deməkdir, çempionatımızda rəqabət yoxdur və maraqsızdır. Ancaq 60 min adam stadiona yığılırsa, deməli "Qarabağ" Azərbaycanda futbola maraq oyadır.
Biz həmişə özümüzü yanlış olaraq Avropanın futbol ölkələri ilə müqayisdə edirik. Gəlin, onların futbola yanaşmasına baxaq. Oyunların yayım hüququndan tutmuş digər məsələlərə qədər. Təbii ki, bizdə də futbola bu cür yanaşılsa, stadionlarımız azarkeşlərlə dolar".
Premyer Liqamızın son turunda keçirilən "Kəpəz" - "Keşlə" oyunu da meydan sahibləri üçün azarkeş baxımından antirekordla yadda qaldı. Adətən 5-10 min fanatın dəstəyi ilə oynayan "Kəpəz"i bu dəfə cəmi 1500 azarkeş dəstəklədi. Peşəkar Futbol Liqasının hər oyundan sonra hazırlanan protokolunda bu mövsüm "Kəpəz"i 8000, 13300, 9300, 8500, 9500 azarkeşin dəstəklədiyi qeyd olunub.
Göründüyü kimi, Gəncə klubunun da azarkeşləri azalır. Təbii ki, komandanın ardıcıl 6 oyundur uduzması azarkeşləri stadiondan uzaqlaşdıran əsas amildir.
Azərbaycanın ən köklü klubu olan "Neftçi"də də azarkeş sarıdan vəziyyət ürəkaçan deyil. Artıq xeyli müddətdir ki, bir vaxtlar "xalq komandası" adlanan "ağ-qaralar"ın ev oyunları zamanı tribunalarda orta hesabla 500-1000 nəfər azarkeş yer alır. Klubun əsas fan-klublarının fəaliyyəti əvvəlki illərə nisbətən xeyli zəifləyib.
"Neftçi" azarkeşlərinin tribunlardan uzaqlaşmasının səbəbini klubun ən böyük fan-klublarından olan "Forza Neftçi"nin rəhbəri Sübhan Əliyevdən soruşduq. O, kluba hər zaman sadiq olduqlarını, ancaq uğursuz nəticələrin azarkeşləri də küsdürdüyünü bildirdi:
“Neftçi”nin uğursuz çıxışı azarkeşlərinə çox pis təsir edir. Biz hər zaman “Neftçi”nin yanında olmuşuq. Düşünmüşük ki, “Neftçi” bizimlə birgə irəli gedə bilər Ancaq bu gün görürük ki, “Neftçi”ni fikirləşən elə təkcə azarkeşlərdir. Klubun özündə bunu fikirləşənlər çox azdır. “Neftçi”nin bu vəziyyətdə olmağı bizi heç cür razı salmır. “Neftçi”də ikincilik heç vaxt uğur sayılmazdı. Ancaq son 4-5 ildə bizi elə öyrəşdiriblər ki, 2-3 qələbədən sonra klubu çempion olmuş kimi görürük. İstəmirik ki, kimsə çətinlikdən danışsın. Bu gün “Zirə” və “Sumqayıt” “Neftçi”dən az büdcə ilə futbol oynamağı bacardıqlarını göstərir. 4-5 ildə danışılanlardan doymuşuq.
Bu gün bilmirik klubda azarkeşlərlə əlaqələndirici şəxs kimdir. Deyəsən, klubda köklü dəyişiklik olacaq, təmizlənmə işləri aparılacaq.
Son illərdə əhalinin başı daha çox öz işlərinə qarışıb. Futbol adətən saat 18:00 və ya 19:00-da başlayır. Bu vaxt çox adam hələ işdə olur. Bizim azarkeş qrupunun uşaqları da bəzən işdə olduğu üçün oyunu buraxmalı olur. Yəni oyunların başlama saatı əsas maneələrdən biridir.
Sübhan Əliyev
Həmişə “Neftçi”yə demişik ki, klubun öz mühafizəçiləri olsun. Polis bizim işimizə çox müdaxilə edir. Onsuz da stadiona girəndə yoxlanışdan keçirik. Azarkeş komandasını dəstəkləməkdən başqa heç nə eliyən deyil. Avropda bütün klublarda klubun öz mühafizəçiləri azarkeşlərlə məşğul olur.
Azarkeş qrupu olaraq 400-500 nəfər üzvümüzdən ən azı 90 faizi ev oyunlarında olur. Ancaq səfərlərə qrupumuzun 30 faizi gedir. 10-15 manatdan pul yığırıq, imkanı olanlar gedir. Biz azad azarkeş qrupuyuq. Klubdan heç bir maliyyə yardımı güdmürük. Bəzi klublardan azarkeşlərə dəstək olurlar. Ancaq biz hər şeyi özümüz etmək istəyirik.
“Xəzər Lənkəran” dağılandan sonra “Neftçi” azarkeşi də azaldı"
"Xəzər Lənkəran"ın dağılması da çempionata marağı xeyli azaltdı. Bu komanda ilə oyuna tam başqa cür hazırlaşırdıq. Mövsümün elə oyunları olub ki, çempionluğu istəməmişik, demişik ki, təki “Xəzər Lənkəran”ı səfərdə udun. Yəni bu qədər prinsipial oyun olurdu. “Xəzər Lənkəran” dağılandan sonra “Neftçi” azarkeşi də azaldı. Gəncədə “Xəzər Lənkəran”la keçirilən qızıl oyuna 50 avtobusla getmişdik. Lənkəradakı “böyük oyun”a isə 4 avtobusla getdiyimiz vaxtlar olub. Bəzi oyunlarda isə polislər bizi stadiona buraxmayıb.
Sonda bildirək ki, Premyer Liqamızın ötən həftə keçirilən bütün oyunlarını tribunadan cəmi 4350 azarkeş izləyib. Bu, acınacaqlı rəqəm bütün klublarımızın azarkeş qıtlığından əziyyət çəkdiyini göstərir. Bunun da başlıca səbəbi Premyer Liqada rəqabətin olmaması və bölgə klublarının sayının getdikcə azalmasıdır.
Yazı AFFA yanında Media Komitəsinin maliyyə dəstəyi ilə “İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması” layihəsi çərçivəsində hazırlanıb.
Ramiq AĞAMƏMMƏDOV
Messi PSJ ilə vidalaşdı
"Qəbələ" tarix yazdı" - Elmar Baxşıyev
"Oyun əlavə vaxta gedəndə hiss edirdim ki, qalib gələcəyik"
Rafael Utziq "Qəbələ"dən gedir
"Məqsədimiz kuboku qazanmaq idi, buna da nail olduq"
"Qəbələ" Azərbaycan kubokunu qazandı
Hazard gedir, ya qalır? - Qərar verildi
“Çaçiç öz münasibəti ilə məni şoka saldı” - Mahir Emreli
Əzmkar qələbə ilə Çempionlar Liqasının kubokunu qazandılar
Azərbaycanda II Divizion yaradılır
"Real"da növbəti ayrılıq
Mahir oynadı, "Konyaspor" son ev matçında heç-heçə etdi
"Neftçi" - "Qəbələ": Heyətlər
Ronaldo "Əl-Nəsr"də xoşbəxtdir
İlkay Gündoğan "Milan"da?
Kuboku qazanan 16-cı mütəxəssis kim olacaq?
"Səbail" onunla müqaviləni uzatdı
“Real” ayrılığı rəsmən açıqladı
TOP-5 çempionatlar üzrə mövsümün komandası
“Əl-Hilal” Messinin transferini açıqlamağa hazırlaşır
"Səbail"də ayrılıq
“Qarabağ” yayın ilk transferini açıqladı
“Real” Keyn üçün israrlıdır
İlham Əliyev Tomas Baxı qəbul etdi
“Napoli” Qaltye ilə danışıqlara başladı
PFL kubokun rekordçularını açıqladı
“Neftçi” - “Qəbələ” finalının hakimləri müəyyənləşdi
“Qarabağ” yeni formasını təqdim etdi - Video
Dünya çempionatı: İki taekvondoçumuz mübarizəyə başlayır
Fransa Liqa 1-də oynamaq hüququ qazandılar
UEFA Mourinyoya qarşı intizam işi açdı
“Nou Kamp” bağlandı, təmir başladı - Şəkil
PSJ-ni tək Messi yox, o da tərk edir
Zlatan: “Mövsümün sonunda karyeramı başa vurmağı düşünmürəm”
PSJ Ramosun gedişini açıqladı
Mario Qötze ilə müqavilə uzadıldı
Bundesliqa klubunda baş məşqçi istefası
Xavi: “Messi anadangəlmə liderdir”
Xviça mövsümün oyunçusu seçildi
"Sabah buradan yenə qalib ayrılmağa çalışacağıq"
"Finalda favorit olmur"
"İndiki məqamda kubok daha vacibdir, nəinki yeni müqavilə"
"Milan" Leau ilə müqaviləni uzatdı - Rəsmi