Ötən gecə Farer adaları milli komandası növbəti dəfə nəticəsi ilə hər kəsi təəccübləndirdi. Onlar gələn il keçiriləcək dünya çempionatının seçmə mərhələsində Avropanın böyük komandalarından sayılan Çexiya millisi üzərində 2:1 hesablı qələbə qazandı. Bununla da xallarını 12-ə çatdıraraq mundiala vəsiqə şansını artırmış oldu. Həm də bununla əvvəlki turda Monteneqronu darmadağın etmələrinin (4:0) təsadüf olmadığını göstərdilər.
Arxipelaq ölkənin millisi Cəbəllütariqə də hər iki oyunda qalib gəlib ki, bu da qrupda 4 qələbə deməkdir. Hazırda L qrupunda Xorvatiya 16 xalla lider, Çexiya 13 xalla 2-ci, Farer adaları isə 12 xalla 3-cü yeri tutur. Yəni son gedişat onu göstərir ki, bu komandanın dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq şansı var.

Futbol ölkəsi sayılmayan və cəmi 54 mindən bir az çox, yəni təxminən Azərbaycanın Zərdab rayonu qədər əhalisi olan bir ölkədə futbolun necə inkişaf etdirilməsi maraq oyatmaya bilməz.
Farer adaları millisinin futbolçularının əksəriyyəti yerli liqalarda çıxış edir. Son görüşlərdə millidə beş legioner həyatı yaşayan futbolçu çıxış edib. Deməli, məsələ təkcə ölkə xaricində oynamaqda deyil, düzgün iş qurmaqla, yerli çempionatda oynayan futbolçularla da hansısa uğurları əldə etmək olar. Müqayisə üçün bildirim ki, son toplanışda Azərbaycan millisinə dörd legioner futbolçu çağırılsa da, yaxın keçmişdə bu say 8-10-a qədər yüksəlib və heç bir nəticəsi də olmayıb.
Uğurun sirrini çözmək üçün daha bir müqayisə aparaq. Farer adalarında dövlətin futbola ayırdığı büdcənin 70 faizi uşaq futboluna, akademiyalara və məşqçi təlimlərinə yönəldilir. Azərbaycanda isə maliyyənin böyük hissəsi legioner futbolçulara və məşqçilərə sərf olunur. Hansı ki, heç bir perspektiv vəd etmir. Perspektivdən danışmışkən, 2018-ci ilin oktyabrın 11-də bizim yığmamız Millətlər Liqasının oyununda səfərdə Farer adalarına 3 cavabsız qolla qalib gəldi. Hazırda “onlara qalib gələ bilərikmi” sualının yaranması isə başqa bir dərddir. Bu xatırlatmanı həm də ona görə edirəm ki, əsas şərtin futbola yanaşmanın düzgün olduğunu göstərə bilim. Həmin 2018-ci ilin payızında millimiz Farer adalarını Bakıda da məğlub etmişdi. İki cavabsız qol da onda vurmuşduq. Ancaq hazırda komandası “Qarabağ” Avropaya səs salan Qurban Qurbanova AFFA-nın o vaxtkı rəhbərliyi tərəfindən şans verilmədi və təyinatından cəmi 1 il sonra onunla yolları ayırdılar.

Farer adalarının 2011-ci ildə təyin olunan baş məşqçisi Lars Olsen isə 2019-cu ilə qədər işlədi. Yəni onlar bir sistem qurdular və arxasında getdilər. Hazırda Farer adaları millisinin aparıcı oyunçularının yaşı 20-25 arasıdır. Elə ötən gün Çexiyaya qol vuranlardan birinin 21, digərinin 23 yaşı var. Təbii ki, bu futbolçuların əksəriyyəti Lars Olsenin dövründə milliyə cəlb olunanlardır. Bizdə isə AFFA-nın Qurban Qurbanovun öz sistemini qurmağa macal verməməsi bir yana, ondan sonra üç əcnəbi məşqçi gətirildi. Üçü də birinə dəymədi. Nəticədə millimiz getdikcə tənəzzülə uğradı. Haitiyə, Belarusa uduzduq, Estoniyanı kimi zəif komandanı hər iki görüşdə (qolsuz) məğlub edə bimədik. Latviyaya da qol vurmağı bacarmadıq.
Bu gün milli komandamız DÇ-2026-nın seçmə mərhələsində Ukraynanın qonağı olacaq. Bu rəqibdən Bakıda xal almağı (1:1) bacarmışıq. Bugünkü görüşdə də komandamızın yaxşı nəticə qazanacağına ümidimiz az deyil.
Amma artıq tək-tük xallar, qələbələr yox, stabil oyun, perspektiv vəd edən komanda görmək istəyirik. Bunun üçün isə nə futbolçudan, nə də 6 ay-1 il işləyən baş məşqçidən gözləntimiz olmalıdır. Yeni təyin olunan baş məşqçi Ayxan Abbasovun klublardakı işini görmüşük. Heç nədən komanda formalaşdırmağı da bacarır, nəticə qazanmağı da. Amma nəticəni bir yana qoyub, futbolçu yetişdirmək lazımdır. Elə Farer adaları kimi.
Farer adaları millisi futbolumuza göstəriləcək yüzlərlə nümunədən biridir. Yəni cəmi 54 min nəfər əhalisi olan ölkədə futbolçu yetişdirə bilirlər.
2018-ci ildə Millətlər Liqası oyunu üçün səfər etdiyimiz Farer adalarının paytaxtı Torşavnda qarşımıza insan çıxanda sevinirdik. Yəni sıxlıq o qədər azdır. Ölkədə elə adalar var ki, cəmi 5-10 nəfər sakini var. Onlar da çobanlardır. Yəni qoyunçuluq və balıqçılığın daha çox inkişaf etdiyi bir ölkənin futbol komandası da təəccübləndirməyi bacarır. Demək ki, onlarda futbolu idarə edənlər qoyunçuluqla məşğul olanlar deyil. Yəni balıqçı balığın tutur, çoban qoyununu otarır, futbol adamı isə bu sahə ilə məşğul olur.
Ramiq Ağaməmmədov
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər
Kurtua, Martinez, Vozinya...
Pikedən "Real" azarkeşinə cavab
Kilsə, şərf və "Vyeçista”ya transfer - Şəkillər
İlin məşqçisi adına namizədlər açıqlandı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Kəpəz" - "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq
Millimizin sabiq baş məşqçisi BƏƏ klubunda
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edilib
“Qarabağ” Koxalskinin gedişini açıqladı - Bu kluba keçdi
Türk Hava Yolları “Liverpul”un sponsoru oldu
“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
Keyn: “Çempionlar Liqasını qazanmağa yaxınıq”
AFFA-dan klublara cərimələr
ÇL-in oyunları bu kanallarda
“Liverpul” Avropanın ən nüfuzlu klubu seçildi
"Səbail" Fransadan oyunçu aldı
“Barselona”nın gəliri 1 milyard avronu keçsə də...
Bülent Korkmaz təyinatından 2 ay sonra istefaya göndərildi
Millimizin üzvü “Sampdoriya”da növbəti oyuna çıxdı
Mbappe Ronaldonun məşhur hərəkətini təkrarladı - Video
“Latsio”dan əzmkar qələbə - Video
Superliqada 4-cü tura yekun vuruldu
Toral oynadı, "Bursaspor" qələbə qazandı
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır