Medianın İnkişafı Agentliyinin layihəsi
Azərbaycan Premyer Liqasının son turunda “Qəbələ”nin “Səbail”ə 5 cavabsız qolla qalib gəlməsi təkcə bu komandanın azarkeşlərini sevindirmədi.
Futbolumuzun dərdini bilən və onun inkişaf etdirilməsini istəyən hər kəs “Qəbələ”nin istənilən uğuruna şaddı. Niyə “Qəbələ”nin uğuru hamımızı sevindirməlidir? Çünki çempionatda çıxış edən yeganə bölgə klubudur. “Qarabağ” Ağdamı təmsil etsə də, bu siyahıya ona görə daxil edə bilmirik ki, məlum səbəbdən Bakıda məskunlaşıb və ev oyunlarını paytaxtda keçirir.
“Qəbələ”nin qələbələri həm də bizə ona görə xoşdur ki, komanda bunu çox məhdud büdcə ilə edir. Çempionatda çıxış edən klublardan ən az büdcəsi olanlardan biri də “Qəbələ”dir. Ancaq klub ayaqda durmaqla, komanda oyunu ilə göstərir ki, az büdcə ilə də qələbələri sıralamaq, azarkeşləri sevindirmək olar. Təbii ki, bunun üçün peşəkarlıq, işə məsuliyətlə yanaşmaq və ən əsası vicdan lazımdır. Bəli, vicdan. Hər kəs işini vicdanla gördüyü üçün bu gün ən kasıb klublarımızdan biri baxımlı oyunu ilə turnir cədvəlində liderdir. Əks halda sonuncu yerdə olardılar və futbolçular isə hər addım başı uğursuz çıxışlarını maliyyə sıxıntısı ilə əlaqələndirərdilər. Ancaq “Qəbələ”də bunlar baş vermir. Deməli, büdcə doğru istiqamətdə xərclənir. Deməli, xərclər yüz ölçülüb, bir biçilir.

"Qəbələ" klubunun prezidenti Fariz Nəcəfov
Komandanın baş məşqçisi Elmar Baxşıyevin həm ötən, həm də bu mövsümdə hər qalib gəldikləri oyundan sonra bildirdiyi fikirlər diqqətimi çəkib. O, klubun ən çətin vaxtlarında belə, “Mövcud şəraitlə bundan artığını edə bilmərik” deməyib. Əksinə, hər qələbədən sonra bildirir ki, komandasının potensialı bu deyil və daha yaxşı çıxış edə bilərlər. Bir məşqçinin bu mövqedə olması, belə fikirlər səsləndirməsi komandanın irəli getməsi üçün əsas şərtlərdən biridir. Klub rəhbərliyinin də gənc, yerli mütəxəssisə belə şans verməsinə alqış düşür. Görünən odur ki, klubda işlər düzgün, təmkinlə aparılır. Bunlar olan yerdə isə ən azı ölkə səviyyəsində uğur əldə etmək olar.

Elmar Baxşıyev
Qəbələdəki oyunlardan əvvəl oradakı stadiondan görüntü isə başqa bir gözəllikdir. Meydançanın xalça kimi ot örtüyü göz oxşayır. Bu, artıq neçə illərdir ki, belədir. Stadionunun ot örtüyünün ideal olduğu yeganə klubumuz məhz “Qəbələ”dir. Maliyyə imkanları yaxşı olarkən xaricdən mütəxəssislər gətirilmişdi. İndi isə o mütəxəssislər yoxdu, ancaq yenə işlər qaydasındadır. Çünki ota necə qulluq eləməyi yerli kadrlarımız da o xarici mütəxəssislərdən öyrənib.

Bu bölgə klubumuzun indiyədək uşaq futboluna göstərdiyi qayğı və əldə olunan nəticələri isə artıq bütün klublarımıza örnək sayıla bilər. Bu sahədə digər klublarımızdan fərqlənən “Qəbələ” bütün yaş qrupları üzrə milli komandalarımız üçün onlarla futbolçu yetişdirib və indi də öz işini davam etdirir. Buna görə də bu komandanın uğuru Azərbaycan futbolunun uğuru sayılır.
Düzdür, hələ çempionatda cəmi 4 tur keçirilib və turnir cədvəlində yerdəyişmələrin çox olacağı gözlənilir. Ancaq “Qəbələ”nin oyunu göstərir ki, ən azı medallar uğrunda yarışacaqlar. Komandada böyük istək var. Məsələn, kapitan Asif Məmmədov son turda, “Səbail”lə görüşdə 35 yaşlı futbolçu kimi çıxış etmədi, 7-8 il əvvəlki oyununu göstərdi. O, son dövrlər komandanın lideri olduğunu sübut edir. Eləcə də, digər futbolçuların hər biri öz mövqeyində səhvsiz oynayır.
“Qəbələ”nin son bir neçə ildəki transfer siyasəti də özünü doğruldub. Klubun heyətə cəlb etdiyi legionerlər səviyyəsi ilə seçilib. Təsadüfi deyil ki, “Qəbələ”nin gətirdiyi Filip Ozobiç, Voislav Stankoviç, David Volkov kimi futbolçular sonradan digər klublarımızın aparıcı üzvləri oldular. Hazırkı legionerlərin də oyununa baxanda düşünmək olar ki, bu qədər maaşa qane olan futbolçular arasından daha yaxşısını tapmaq çətindi.
Bütün qeyd etdiyim müsbət məqamların hamısı bir meyara söykənir - əsl peşəkarlıq...
Ramiq AĞAMƏMMƏDOV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi