... Beləliklə, iyunun 7-si oldu və millimiz Sombatxeydəki “Haladas SportKomplexum” arenada Avro-2024-ün iştirakçısı Albaniyaya yoxlama oyununda uduzdu. Futbolçularımızın bəzilərinin formada olmadığı ilk dəqiqələrdən göründü. İlk hissədə rəqibin, ikinci hissədə bizim millimiz yaxşı oynadı. 3 qol buraxmağımızda və ümumiyyətlə, uduzmağımızda fərdi səhvlər əsas rol oynasa da, bu heyətə yaxşı bir baş məşqçi çatmadığı da hiss olundu.
Matçın 44-cü dəqiqəsində yanımızda əyləşən şərhçi Gündüz Abbaszadənin “Azarkeşlərimiz yoxdur, amma mən varam, Şəhidlər ölməz, Vətən bölünməz” deməsini isə ilk alqışlayanlardan olduq.
Matçdan sonra millimizin üzvlərinin fikirlərini dinlədik və əksəriyyəti nəticənin oyuna görə olmadığını dedi. Doğrudan da ümumi oyuna nəzər salsaq, 1:3 hesabı ilə uduzmağımız ədalətsiz nəticə idi.
Qapıçı Şahruddin Məhəmmədəliyev isə qol buraxdığı epizoddakı səhvini az qala belə şərh etdi: “İnanırsınız, o qoldan xəbərim olmayıb”. Topu görmədiyini dedi. Hansı ki, top onun qorumalı olduğu qapının yaxın küncündən tora daxil oldu.
İyunun 8-də Anitanı bizi Slovakiyaya, daha dəqiq paytaxt Bratislavaya aparmağa “razı sala” bildik. Anita səfər boyunca bizim sürücümüzdür. Əvvəlcə qolundakı Ukrayna simvolu olan tatunu görəndə ünsiyyətin rahat olacağına sevinmişdik. Ancaq o, macarıstanlı olduğunu və qolundakı tatunun ukraynalı xaç anası ilə bağlılığını dedi. Ünsiyyətdən söz düşmüşkən, macar dili çox çətindir. Fin-uqor dil qrupuna aiddir ki, bu da ən çətinlərdən sayılır. Yəni nə rus dilinə yaxındı, nə ingilis.
Anita bizi Bratislavaya çatdırdı. Bükdən Bratislavaya 150 km-dir. 2 saata yaxın yol gedəndən sonra Slovakiyanın paytaxtına çatdıq. Avropanın ən böyük çayı olan, 10 ölkədən keçən, 4 paytaxtı ikiyə bölən Dunay Bratislavanı da gözəlləşdirir.
Böyük bir parkda tarixə aid festival keçirilirdi. Çəmənlikdə orta əsrlərə aid əsgər çatıdırları qurmuşdular, Cəngavərlər də var idi. Sonradan öyrəndim ki, Bratislava Avropada ən çox festival keçirilən şəhərlərdən biridi.

Bratislavanı gəzdikcə müasir və eyni zamanda orta əsrlərə məxsus ab-havası olan şəhər adamı özünə cəlb edir. Dunay çayı bu şəhərdən sakit axdığı üçün hövzəsi çox enlidi. Bu da Bratislavaya ayrıca bir gözəllik verir. Yerli əhali də Dunayın onların şəhərindən keçdiyi üçün qürurlanır. Çayın sahili ilə gəzdikcə onları başa düşürəm.

“Michael Gate” (Mixayıl qapısı) yerləşən küçədən də keçdik. “Michael Gate” bir vaxtlar şəhəri əhatə edən qala divarlarından yerdə qalan dörd qapıdan biridir. Hündürlüyü qülləsi ilə birlikdə 51 metrdir. Aşağısında məşhur brend mağazaları və restoranlar yerləşir.

Aşağıdakı şəkildəki isə hər gün minlərlə turistin ziyarət etdiyi Cumildir. Siz deyən elə da yaxşı adam olmayıb. Bürünc heykəl 1997-ci ildən buradadır. Kanalizasiya təmizləyən Cumil yorğun halda bu şəkildə dincələrkən küçədən keçən və qısa ətək geyinən xanımlara baxırmış. Yorğunluğunu belə çıxarırmış. Heykəl istilalardan sonra şəhərin yenidən inşasını simvollaşdırır.

Əslində Bratislavanın görməli və haqqında danışılası çox yeri var. Çünki şəhər başdan-başa tarixi abidədir. Ancaq çalışdım ki, gördüklərimdən yazım və millimizin Qazaxıstanla yoxlama oyununa saatlar qaldığından burada yazını yekunlaşdırmalı oluram.
Növbəti reportaj isə Avstriyanın paytaxtı Vyanadan olacaq.
Ramiq Ağaməmmədov
Slovakiya, Bratislava
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə
Azərbaycan Cüdo Federasiyası Olimpiya hədəfini açıqladı
Misli Premyer Liqasında həftənin hakimləri
"Araz-Naxçıvan"ın məşqçisindən məğlubiyyət açıqlaması
La Liqa klubu yeni baş məşqçisini açıqladı
Azərbaycan millisi Mozambikə qarşı
"Bavariya" "Ayaks"la qarşılaşacaq
"Liverpul" "Çelsi"ni mübarizədən belə kənarlaşdırdı - Video
"Milan" da uduzdu, "Yuventus" da
"Kəpəz" 1/8 finala belə yüksəldi - Video
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Şəfa"nın 9 qollu qələbəsi - Video
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu