“Qəbələ” klubunun indiyədək uşaq futboluna göstərdiyi qayğı və əldə olunan nəticələr hər kəsə məlumdur. Bu sahədə digər klublarımızdan fərqlənən bölgə təmsilçisinin milli komandalarımıza onlarla futbolçu yetişdirməsi faktı da danılmazdır.
Klub sabit maliyyə dayağı olduğu dövrlərdə futbolumuzun təməli sayılan və təəssüf ki, həm də ən yaralı yeri olan uşaq futbolunu sözün əsl mənasında dirçəltmişdi. Bununla paralel olaraq "Qəbələ"nin əsas komandası da həmin dövrlərdə inkişaf edib və müəyyən uğurları ilə azarkeşlərini sevindirib.
Sadaladığım faktların hamısı klubda peşəkar işin nəticəsidir. Ancaq “Qəbələ” peşəkar futbol bir yana, bu idman növü ilə həvəskar şəkildə məşğul olanları da diqqətdən kənarda saxlamır. Məsələn, klubun təşkilatçılığı ilə 2019-cu ildən keçirilən Liqa Qəbələ turnirində yüzlərlə futbol həvəskarı oynayır. Hazırda sayca 5-ci Liqa Qəbələ turniri keçirilir. Yarışda Qəbələdən başqa, İsmayıllı və Ağdaş rayonunun komandaları da iştirak edib. Maraq üçün bildirim ki, Liqa 4-də “Ağdaş” komandasının heyətində millimizin və “Qəbələ”nin sabiq futbolçusu Kənan Kərimov da oynayıb. Bu ildən isə turnirə peşəkar futbolla məşğul olanlar buraxılmır. Yaşı 16-dan az olan uşaqlara da turnirdə oynamağa icazə verilmir. 16-18 yaş arası uşaqlar isə valideynlərinin notarial qaydada icazəsi ilə oynaya bilərlər. AFFA-nın bayrağı altında keçirilən turnirlərdə aktiv iştirak edən futbolçular da bu yarışda iştirak edə bilməzlər. Çünki onlar da peşəkar futbolla məşğul olanlar sırasındadırlar.

Yəni Liqa Qəbələ turnirinin əsas üstünlüyü odur ki, yaş limitinə görə birinci divizionda heyətə düşə bilməyənlər bu yarışda iştirak edirlər və aktiv futbol həyatlarını davam etdirirlər.
Hava soyuq olanda oyunlar qapalı meydançada, normal şəraitdə isə Qəbələ şəhər stadionunun ehtiyat meydançasında keçirilir. Yarışda ən çox 24 komanda iştirak edib. Hazırda davam edən Liqa-5-də isə 12 komanda yarışır.
Turnirin qalibi və 2-3-cü yerləri tutanlar pul mükafatı qazanır ki, onun da məbləği yarışdakı iştirakçı sayından asılıdır.
Liqa Qəbələnin qalibləri
Liqa-1 – “Red Black Army” (Qəbələ)
Liqa-2 – “Bazar Məhləsi” (Qəbələ)
Liqa-3 - “Babadağ” (İsmayıllı)
Liqa-4 – “Günəş Soltannuxa” (Qəbələ)

Bundan başqa, artıq rayonda Qəbələ kuboku turniri də keçirilir. Yox, bu, “Barselona”, “Portu”, “Zenit” və “Feyenoord” kimi klubların təmsil olunduğu Qəbələ kuboku deyil. Onda klubun normal büdcəsi var idi və yüksək səviyyəli təşkilatçılıqla belə turnirlər keçirirdi. İndi isə Qəbələ kuboku adlı həvəskar yarış təşkil edilib. May ayından start götürən turnirin oyunları Hacalı kəndində “Böyük Əmili” stadionunda keçirilir. Hazırda “Nic”in lider olduğu yarışda 11 komanda iştirak edir.

Qeyd etdiyim yarışlar həvəskar səviyyədə keçirilsə də, məncə, bu da “Qəbələ”nin futbola, futbolla məşğul olmaq istəyənlərə peşəkar münasibətinin nəticəsidir. Yəni yüzlərlə insan ən azından sağlam həyat tərzi sürür, futbol kütləviləşir, bu idman növünə olan maraq ölmür.
Onu da qeyd edim ki, bu təcrübə Azərbaycan futbolunda bir ilkdir. Yəni indiyədək heç bir klubumuz bu cür çempionatlar təşkil etməyib.
Təəsüf ki, “Qəbələ” indi bütün bunları məhdud büdcə ilə edir. Nə yazıq ki, öz Futbol Akademiyası ilə Azərbaycana xeyli istedadlı oyunçu bəxş etmiş, ölkədə ən yaxşı infrastruktura malik bu klub maddi problemlər içindədir.
Ümid edək ki, “Qəbələ”nin “Xəzər Lənkəran”, “Bakı” və digər məhv olan klublarımız kimi çətinliklər içində boğulmasına imkan verilməyəcək, klub öz strategiyasını davam etdirərərək Azərbaycana yeni futbolçular bəxş edəcək. Və “Qəbələ” futbolumuzun keşiyində həmişə duracaq.
Ramiq Ağaməmmədov
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi