“Beşiktaş” – “Neftçi” oyunundan bir gün əvvəl
İstanbul səfərinə “Neftçi” ilə birgə çıxmadığmıza görə komandanın düşərgəsindəki ab-hava ilə yalnız “Vodafon Park”dakı oyun öncəsi son məşqdə tanış olduq. Hər kəs çox sərbəst görünürdü, üzərlərində təzyiq olmadığı aşkar hiss olunurdu. Klubun yeni rəhbəri (baş icraçı direktoru) Fərrux Mahmudovun isə futbolçularla səmimi davranışı gözdən qaçmırdı. Əvvəlki rəhbərlikdən fərqli olaraq onun futbolçular və azarkeşlərlə daha yaxın olması görünür.
Yeni baş məşqçi Adrian Mutu isə qayğılı idi. Bəli, vaxtilə “Çelsi”, “Yuventus”, əsas da “Fiorentina”da vurduğu qollarla rəqibləri məyus edən ötən illərin məşhur hücumçusu indi “Beşiktaş”la Bakıdakı görüşdə buraxılan üç topun əvəzini çıxmağın yollarını tapmalı idi. Ancaq rumıniyalı mütəxəssis özü də mətbuat konfransında oyuna rahat şəkildə çıxacaqlarını bildirdi: “Biz Bakıdakı matçın ikinci hissəsində "Beşiktaş"a göstərdik ki, futbol oynaya bilirik. Onlar da bilməlidir ki, itirəcəyimiz bir şey yoxdur. Bundan diqqətli olmalıdırlar".

Oyun günü
Oyun yerli vaxtla saat 21:00-da başlayacağından İstanbulu gəzib-dolaşmaq üçün xeyli vaxtımız var idi. Şəhərdə ilk olaraq “Beşiktaş”ın “Neftçi” ilə oyunu haqda qəzetlərin nələr yazması ilə maraqlanmaq istədim. Ancaq qəzetlərdə yalnız oyunun afişasına rast gəlmək olardı. Məsələn, ölkənin ən böyük idman qəzetlərindən olan “Fanatik”də “Kara kartal Dolmabahçe”də başlıqlı afişadan başqa, oyunla bağlı hər hansı bir yazıya rast gələ bilməzdin.

İnsanlar arasında da axşam oynanılacaq matça maraq o qədər də böyük deyildi. Taksimdə çalışan dönərçi Ahmetdən “Neftçi” ilə “Beşiktaş”ın oyunu haqda soruşdum.
- Axşam “Beşiktaş”ın bizim “Neftçi” ilə oyunu var, stadiona gedəcəksiniz?
- Abi, sen önce benden “Beşiktaş”lımısın” diye sor.
Bu cavabdan sonra dayandığım küçənin ortasında, daha sonra Ahmetin türklər demiş, dükkanında “Qalatasaray” bayrağını gördüm.
Sorğunu davam etdirib daha iki nəfərdən oyuna marağı haqda soruşdum. Düzdür, Bakıdan gəldiyimi biləndə məni çox isti qarşıladılar, amma oyunla bağlı cavablarıda o “sıcaklık” olmadı. Umut adlı taksi sürücüsü isə qatı “Beşiktaş” azarkeşi imiş. Mənə cavabında Bakıda üç qol vurmuşuqsa, burda beşini vurarıq dedi. Düzdür, “Beşiktaş” “Nefçi”yə 5 qol vurdu, amma iki oyunda...
“Vodafon Arena”
Görüşdən əvvəl Türkiyənin məşhur müğənnisi Petek Dinçözün ifasında Azərbaycan mahnısının sədaları stadionu bürüdü. Son vaxtlar Türkiyədə dəbdə olan “Yandırdın qəlbimi aman” mahnısı Petek xanımın ifasında çox yaxşı alınıb. Bəlkə də, bu həm də onun ata tərəfdən Azərbaycan köklü olmasına görədir.

Oyunun başlamasına hələ 40 dəqiqə qalsa da, yerli azarkeşlər çox ustalıqla bir-birinin ardınca şüarlar səsləndirirdilər. Düzdür, tribunalarda boş yerlər var idi, amma fanatların sinxron şəkildə şüarlarında bu, heç hiss edilmirdi. Maraqlıdır ki, azarkeşlər əksər şüarlarında hazırda meydanda olan rəqibləri “Neftçi”ni yox, özlərinə əsas və əzəli rəqib bildikləri “Qalatasaray”ı hədəfə alırdı. Onlar Türkiyə şifahi xalq yaradıcılığında olan müxtəlif söyüşlərdən istifadə edirdilər. Aralarında uşaq, qadın olsa da, bu onlarda uzun illərdir formalaşan bir azarkeşlik ənənəsi olduğundan hamı tərəfindən adi hal kimi qarşılanır. Yəni tribunadasansa, hər şey unudulmalı, ancaq komandana dəstək və rəqibə təzyiq haqda düşünməlisən.
“Neftçi”ni isə tribunalarda zənnimcə, 250-300 azarkeş dəstəkləyirdi. Saylarının elə də çox olmasına baxmayaraq, əksəriyyətinin əlində Azərbaycan bayrağı olan bu fanatlar da çox aktiv idi. Onlar görüşün 44-cü dəqiqəsində 44 günlük Vətən müharibəsindəki şəhidlərimizi yad etməyi də unutmadılar. Azərbaycanlı azarkeşklərin “Şəhidlər ölməz, Vətən bölünməz” şüarını “Beşiktaş” azarkeşlərinin alqışlaması isə təsirli idi.

“Neftçi”nin oyunu
Bu yazıda əsasən “Neftçi”nin “Beşiktaş”la oyunun görünməyən tərəflərindən bəhs etsəm də, matç haqda da fikirlərimi bildirməliyəm. Əvvəlcə görək “Beşiktaş”la oyunda “Neftçi”dən nə gözlənilirdi? Reallığa baxsaq, layiqli mübarizə. Hər halda “Neftçi” bunun öhdəsində müəyyən mənada gələ bildi. Bəzi kobud səhvləri nəzərə almasaq, “Neftçi” İstanbul nəhənginə qarşı layiqli mübarizə apardı deyə bilərik.
Bəlkə də “Neftçi”nin Milan “İnter”i ilə səfərdə heç-heçə etdiyi vaxtlardakı kimi heyəti olsaydı, “Beşiktaş”la oyunda komandadan nəsə gözləmək olardı, amma nəzərə almaq lazımdır ki, klubda rəhbər, baş məşqi və bir çox oyunçu dəyişikliyi olub. Ən əsası, “Nefçi” mövsümlərasası fasilə zamanı qarşıdakı oyunlara hazırlaşmaq əvəzinə, Rusiyadakı turnirə qatılıb. Bu isə hazırlıq demək deyil. Yeni baş məşqçi Adrian Mutu artıq iki dəfə buna işarə vurub. Oyundan sonrakı mətbuat konfransında da komandanın yaxşı hazırlıq keçmədiyindən danışan rumıniyalı bunu məğlubiyyətlərə bəhanə kimi də göstərmir: “Bu cür təzyiq komandanın yox, mənim üzərimdə olmalıdır. Çünki yaxşı toplanış keçməməkləri futbolçuların günahı deyil”. Mutu çox inamlı bir formada komandasının inkişaf edəcəyini və uğurlu nəticələrin qarşıda olduğunu da bildirdi.
Təbii ki, “Neftçi”dən indiki şəraitdə ən yaxşı halda bu oyunu gözləmək olardı. “Beşiktaş”ın baş məşqçisi Şenol Günəş də oyundan sonra “Neftçi”dən üstün olmalarının normal qarşılaşmalı olduğunu dedi, arada səviyyə fərqi olduğunu xatırlatdı.
Beləliklə, “Neftçi” üçün avrokubok mövsümü bitdi və yeni mövsümə hazırlıq başladı. “Ağ-qaralar”da müsbət qarşılanan bir çox kadr dəyişikliyi gələn mövsüm ən azından komandanın bundan iddialı olacağına ümid verir. “Qarabağ”ın bir neçə ildir Avropada tək getdiyi yola “Neftçi” də qayıtsa, “Sabah” və başqa klublarımız da qoşulsa, “Beşiktaş”ı da keçərik, “Rakov”u da, “Partizan”ı da.
Ramiq Ağaməmmədov
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video