Medianın İnkişafı Agentliyinin layihəsi
Avqustun 27-si azərbaycanlı futbolsevərlərin il ərzində çox azsaylı sevincli günlərindən biri oldu. Bəli, həmin gün “Qarabağ” Konfrans Liqasının qrup mərhələsinə yüksəldi. Düzdür, Ağdam təmsilçisi ardıcıl 8-ci dəfədir avrokuboklarda bunu bacarır. Ancaq digər klublarımızın və millimizin uğursuzluqları fonunda “Qarabağ”ın bunu etməsi futbolumuzu həqiqətən sevənlərin yarasına məlhəm oldu.
Əslində üzərində çox dayanmasaq da, həmin gün bizi sevindirən daha bir məqam vardı. Azərbaycanlı oyunçu, bizim öz futbolumuzun yetirməsi olan Mahir Emreli Avropada – Polşa “Legiya”sında vacib qollar vuraraq komandasını Avroliqanın qrup mərhələsinə yüksəltmişdi. “Qarabağ” bizi uğura – avrokubokların qrup sevincinə vərdiş etdirsə də, hələ Mahir kimi Avropdan şad xəbər göndərən futbolçumuz olmamışdı. Əslində Mahirin həmin gün etdiyi dubl həm də elə başda Qurban Qurbanov olmaqla “Qarabağ”ın qələbəsi idi. Çünki 18 yaşında “Bakı”dan Ağdam klubuna keçən gənc hücumçunu məhz Qurban Qurbanov bu səviyyəyə çatdırıb. Hələ “Qarabağ”a keçərkən Mahirin perspektivindən xeyli danışılsa da, sonradan onu içi biz jurnalistlər qarşırıq tənqid edənlər daha çox oldu. Tənqidlər təkcə Mahirin oyunu ilə bağlı deyildi. Həm də bir çox hələ uğura çatmamış havalanan digər futbolçularımız kimi, o da müəyyən davranışı ilə azarkeşlər arasında qıcıq yaradırdı. Tez-tez oyunlardan sonra azarkeşlərlə söz atışmasına çıxması da həm ona qarşı antipatiya yarardırdı, həm də bu gərginlik təbii ki, oyununa mənfi təsir edirdi. Mahir bir neçə il bu cür davam etdi. Bəs nə zaman bu ipə-sapa yatmayan hücumçu dəyişdi? O zaman ki, Hocası ( Qurban Qurbanov) ona göstərdiyi düzgün yolla getməyə başladı. Ona lazım olan şey başını aşağı salıb oynamaq idi ki, bunu da etdi. Qurban Qurbanov isə kifayət qədər və artıq tənqidlərə səbəb olan dərəcədə Mahirə meydanda şans verdi. Və yaxşı ki, də verdi. Əks halda Allah bilir bu gün Polşada adından söz etdirən oyunçu indi harada idi.

Artıq Qurban Qurbanovun təlim-tərbiyəsini görmüş və oyununu inkişaf etdirən Mahir Emrelinin adı ötən ildən başlayaraq bir neçə Avropa klubu ilə hallandı. Yayda isə 24 yaşlı hücumçu karyerasında çox vacib bir addım ataraq Polşanın tanınmış “Legiya” klubuna keçdi.
Məncə, Mahir Polşaya həm oyunu, həm də xarakteri baxımından hazır vəziyyətdə getdi. Oradakı davranışından da hiss olunur ki, Varşavaya peşəkar göndərilib. Öz üzərində işləməsi, böyük istəyi, azarkeşlərlə davranışı, ingilis dilində danışması, polyak dilini öyrənmək həvəsi onu göstərir ki, Mahirin iddiası daha böyükdür və buna nail ola bilər. Elə ötən günlərdə Polşa mətbuatı da Emreli haqqında bunu yazmışdı. Həmkarlarımız qeyd etdiyim məqamlara əsaslanaraq Mahirin Polşada qalmayacağını və daha böyük çempionatda oynayacağını proqnozlaşdırır. Buna inanmaq çətin deyil. Çünki artıq Mahirin Avropada baş çıxaracaq bir tip olduğunu görürük. İndiyədək bu məqamda “axsayan” bir neçə futbolçumuzun Azərbaycana qayıtdığının da şahidi olmuşuq. Mahirin isə hədəfinin daha böyük olması aşkar hiss olunur.

Milli komandamızın da üzvü olan Mahir Emreli Polşa klubuna cəmi 3 aydır keçib. Ona görə də onun statistikası haqda geniş danışmağa gərək yoxdur. Bircə onu demək yerinə düşər ki, “Legiya”da 14 oyuna 6 qol vurub və bu qollardan 5-i avrokubok matçında qeydə alınıb. Yəni Emreli “Legiya”nın bu gün Avropa Liqasının qrup mərhələsində oynamasında böyük pay sahibidir.
İstənilən halda azərbaycanlı oyunçunun ölkə xaricində çıxış etməsi futbolumuzun böhrandan çıxması üçün ən vacib şərtlərdən biridir. Bu gün “cırtdan” dediyimiz ölkələrin də milliləri seçmə mərhələdə bizdən çox xal toplayır. Çünki həmin millilərin əksər futbolçuları legioner həyatı yaşayır.
Nə deyək? Arzu edək ki, mahirlərin sayı çox olsun...
Ramiq AĞAMƏMMƏDOV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

"Çelsi" 7 cavabsız qolla yarımfinalda
"Liverpul" son 11 ilin klub antirekordunu qırdı
Məşhur reklam çarxının ən qazanclı futbolçusu Ronaldo oldu
İtaliya futbolçuları oyundan əvvəl mükafat davası edib?
İngiltərə çempionu 34 yaşında karyerasını bitirdi
"Real" son dəqiqə qolu ilə məğlub oldu
"Bayer" 9 qollu matçdan qalib ayrıldı
"Mançester Yunayted" kapitanını itirə bilər
Trippyer "Nyukasl"dan ayrılır
Neymarı 12 matçlıq diskvalifikasiya gözləyir
Öz qapısından rəqib qapısına qol vurdu - Video
Slot Salahın gedişini təsdiqlədi
Mahir oynadı, komandası qalib gəldi
Millimizin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti
Leau zəddəsini sağaltdı
18 ildən sonra: Tarixdə 3-cü dəfə
Eren Aydın: “Qol vuracağımı hiss edirdim”
Kadidən 40-cı qol
“Zirə”nin 25-ci qələbəsi
Nazir və səfir “Qarabağ”ın U-12 komandasını ziyarət etdi
Poçettino “Tottenhem”in seçimindən məyus olub
Karyerasının 967-ci qolunu belə vurdu - Video
Marko Yankoviç: “Hakimlik bizi maraqlandırmır”
Messi adını daşıyan tribunanı ziyarət etdi: "İnanılmazdır"
Mançini İtaliya millisinə qayıda bilər
Fabreqas A seriyasında ən yaxşı seçildi
Orxan Məmmədov: “Sponsorlar minifutbola maraq göstərir”
Nərimanın komandası növbəti oyuna çıxır
2-ci liqada 6 oyunun hakimləri açıqlandı
Ronaldo qayıtdı, 2 qol vurdu
Yetirmələrinin transferindən ən çox qazanan klublar - Siyahı
Dembelenin dublu, PSJ-nin qələbəsi - Video
Misli Premyer Liqasında hakim təyinatları
"Şahdağ Qusar"ın qələbəsi - Video
Son 10 mövsümün azarkeş rekordu
“Həddindən artıq ucuz toplar itirdik” - Valdas Dambrauskas