Medianın İnkişafı Agentliyinin layihəsi
“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsinin “Aberdin”lə cavab oyununda qalib gəlib (3:1) bizə növbəti qrup sevinci yaşatmaqla yanaşı, həm də futbolumuzun gələcəyi ilə bağlı ölməkdə olan ümidlərimizi oyandırdı.
Bu ümidi təkcə ardıcıl 8-ci dəfə Azərbaycan təmsilçisinin avrokubokların qrupunda oynayacağı artırmır. Qurban Qurbanovun komandasının limit məhdudiyyəti olmasa da, gənc və yerli futbolçuların say çoxluğu ilə bunu bacarması əsas sevindiriciri məqamdır.
Bəli, avrokuboklarda legionerlə bağlı belə bir məhdudiyyət olmasa da, biz artıq neçə illərdir görürük ki, Qurban Qurbanovun yerli futbolçuların inkişafına hesablanmış öz limiti var. Məsələn, qeyd etdiyim “Aberdin”lə görüşdə bunun şahidi olduq. Ağdam təmsilçisi Şotlandiyadakı cavab matçına start heyətdə yeddi azərbaycanlı futbolçu ilə çıxmışdı. Görüşdən sonra keçirilən mətbuat konfransında isə Qurban Qurbanov bu barədə dedi: “Əgər yerli futbolçular legionerlərlə başabaş mübarizə aparırlarsa, komandada 10 legioner də olsa, mən yerliyə şans verəcəm. Dəfələrlə demişəm ki, legioner yerlidən üstün olmalıdır. Belə olmasa, yerlilərə üstünlük verəcəm”.
Təbii ki, bu fikirləri əməldə də görmüşük. Qara Qarayevdən tutmuş Mahir Emreliyə qədər bir çox misallar gətirmək olar. “Qarabağ” hələ avrokuboklarda ilk uğurlu çıxışlarına başlayanda Qurban Qurbanov gənc, yerli futbolçularla bunu etdi. Heyətdə Elvin Məmmədov, Əfran İsmayılov, Maksim Medvedev, Rauf Əliyev, Qara Qarayev və Vaqif Cavadov kimi gənc, yetərli təcrübəsi olmayan futbolçular olsa da, Qurban Qurbanov onları Avropa Liqasında “Qarabağ"ın əsas futbolçuları kimi istifadə edirdi. Onda Qaranın 17, Raufun, Maksimin 20, Əfranın, Elvinin 21 yaşı vardı. O zaman heç müəyyən “tənqidçilər” macal tapıb Qurban Qurbanovu tənqid də edə bilmədilər. Bir də onda gördük ki, gənc və azərbaycanlı futbolçulardan qurulmuş komanda Avropadan qələbələrlə qayıdır, ölkəmizi tanıdır. Əslində heç o zaman “Qarabağ”dan gözləntilər də böyük deyildi. Çünki heyət gənc futbolçulardan və əsasən yerli futbolçulardan ibarət idi. Ancaq o komanda bizdə avrokuboklarda sevinmək ənənəsini yaratdı.
Tənqidlə bağlı qeydim təbii ki, səbəbsiz deyil. Hazırda transferindən çox az bir müddət keçməsinə baxmayaraq, “Legiya”nın aparıcı futbolçusuna çevirilmiş, avrokuboklarda qolları ilə komandasını uğura aparan, azarkeşlərin sevimlisinə çevirilmiş Mahir Emreliyə meydanda çox şans verdiyi üçün də Qurban Qurbanov tənqid edilirdi. Ancaq Qurbanov özünəməxsus inadkarlığından əl çəkmədi və Mahirin kifayət qədər tanınan Avropa klubuna keçməsində müstəsna işlər gördü. Düzdür, Mahir “Bakı”nın yetirməsidir. Amma nəzərə alaq ki, Emreli “Qarabağ”a 18 yaşında gəlib və çempionatda ilk qolunu da bu komandada vurub. 18 yaş həm də o deməkdir ki, Qurban Qurbanovun o gənc, çılğın hücumçunun bir şəxsiyyət kimi yetişməsində də böyük rolu olub. Çünki onun da şahidi olmuşuq ki, Qurbanov xarakterində problem olan futbolçunu düzgün yola dəvət edə bilmirsə, nə qədər yaxşı oyunçu olmasına baxmayaraq, komandada saxlamır. Mənə elə gəlir ki, Emrelinin uğurlu çıxışları hələ qabaqdadır və biz bu mövzü ilə bağlı çox danışacağıq.

İndi isə “Qarabağ”da Toral Bayramov, İsmayıl İbrahimli, Elvin Cəfərquliyev, Abbas Hüseynov, Musa Quranlı kimi oyunçular var. Onlar sırf “Qarabağ”ın akademiyasının yetirmələri olmasalar da, Azərbaycan futbolunda Qurban Qurbanovun sayəsində tanındılar və bu gün milli komandamızın əsas üzvləridir. Şübhəsiz ki, bu futbolçular “Qarabağ”a gəlməsələr, bir çoxları kimi itib-batardılar.
Futbolçunu üzə çıxarmaq təkcə yerli oyunçuya çox şans vermək, onun oynamasını istəməklə deyil. Məsələ ondadır ki, Qurban Qurbanov əksər hallarda oyunçu seçimində yanılmayıb. Bunu legionerlərə də aid etmək olar. Məhz onun sayəsində Ansi Aqolli, Reynaldo, Riçard Almeyda, Dino Ndlovu, Dani Kintana, İbrahim Şehiç, Miçel, Abdullah Zubir kimi səviyyəli futbolçular Azərbaycana gələrək “Qarabağ”ın çempionluqları və avrokuboklarda uğurlu çıxışlarında böyük rol oynayıblar.
Qeyd etdiyim məqamlarda məşqçiyə bu imkanı verən klubun da işi qiymətləndirilməlidir. Sözsüz ki, Qurban Qurbanovla “Qarabağ” klubunun strategiyası, məqsədi, amalı üst-üstə düşməsə, bu gün tam başqa mənzərənin şahidi olardıq. Bunu digər klublarımızın simasında az görməmişik.
Ramiq AĞAMƏMMƏDOV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi