Atlantik okeanı üzərində yazı yazmaq yerdən daha rahatdır. Təyyarə hərdən hava boşluğuna düşüb, silkələnsə də, burda səni nə telefon zəngi narahat edir, nə sosial şəbəkələrdə gələn mesajlar, nə də digər kənar müdaxilələr.
Okeana qayıdacağıq. İndi başlayaq lap əvvəldən.
Bizi uzaq Farer adalarına səfər, biz isə millimizin baş məşqçisi Qurban Qurbanovu gözləyirik. Heydər Əliyev adına Beynəlxalq Hava Limanının qarşısındayıq. Yığmamızın çalışdırıcısı gəlir və Millətlər Liqasının 3-cü turunda Farer adaları ilə səfər oyunu öncəsi brifinq başlayır. Pasport qeydiyyatına tələssə də, suallarımızı cavablandırır. Həmişəki kimi ehtiyatlı və təmkinli danışır. Millimizin qələbədən başqa heç bir nəticə haqda düşünmədiyini deyir.
***
Təyyarədəyik. Əvvəlcə Danimarkanın paytaxtı Kopenhagenə getməliyik. Millimizin oyunçuları fərqli əhval-ruhiyyədədilər. Məsələn, “Qarabağ” və “Neftçi” futbolçuları nikbin, “Qəbələ”lilər isə bikef görünür. Yəqin ki, bu, onların Premyer Liqamızdakı nəticələri ilə bağlıdı.
Legionerlər isə sakitdilər. Təkcə Riçard Almeydadan başqa. Milləşdirilən braziliyalı həmişəki kimi zarafatlaşır, gülür. Ən çox təyyarədə o baş-bu başa gedən isə Ramil Şeydayevdir. Gənc hücumçu yayda transfer olunduğu Rusiyanın “Krılya Sovetov” klubunda nəinki meydanda, heç oturmağa öyrəşdiyi ehtiyat oyunçular skamyasında da bu qədər aktiv deyil.
Ümumilikdə isə komandamızda bir susqunluq var. Malta və Kosovo ilə görüşlərdə vacib xallar itirən yığmamız təbii ki, Farar adalarına qalib gəlməyi özünə borc bilir. Belə olan halda komanda üzərində təzyiqin olması mütləqdir. Bu amili səfər boyu hiss etmək çətin deyil.
Qapıçımız Kamran Ağayev isə çox rahatdır. Yanından keçəndə düşünürsən ki, yəni, Farer adaları futbolçuları buna qol vura bilər? Əvvəl inanmağın gəlmir, sonra fikirləşirsən ki, gör, kimlərdən qol buraxmışıq. Təki, Bakıya da belə özünə arxayın şəkildə dönsün.
Qurban Qurbanov isə həmişə olduğu kimi, futbolçulara bir-bir baş çəkir, biz jurnalisləri də unutmur. Gəlir və özünəməxsus tərzdə zarafatından da qalmır. Dərhal da əvvəlki ciddi görkəmini alaraq geri qayıdır.

Beş saatlıq yolçuluqdan sonra təyyarəmiz Kopenhagendəki hava limanına eniş edir. Futbolçularımız orda kiçik bir sürprizlə qarşılaşır. Vaxtilə “Qarabağ” və “Neftçi”də fiziki hazırlıq üzrə məşqçi işləmiş Ruben Selleslə rastlaşırıq. Millimizin əksər üzvləri ispaniyalı məşqçi ilə səmimi görüşür. Ruben hazırda Danimarka klublarından birində çalışır.
Kopenhagendə kifayət qədər vaxtımız var. Qurban Qurbanov futbolçulara oyunöncəsi mətbuatla ünsiyyəti qadağan etdiyindən bizimlə səfərə çıxan veteran futbolçular İsgəndər Cavadov və Vaqif Sadıqovun millimizin həm ümumi, həm də qarşıdan gələn Farer adaları ilə oyunu haqda fikirlərini öyrənmək istəyirik. Cavadov həmişəki kimi təklifimizi rədd edir. Millimizin sabiq çalışdırıcısı isə bu dəfə danışmaq həvəsində olmadığını deyir. Sadıqov indiki məqamda millimizi və onun baş məşqçisi Qurban Qurbanovu nə tərifləyə, nə də tənqid edə biləcəyini düşünür.
Təqribən iki saat gözlədikdən sonra bizi Farer adalarına aparan “Atlantic Airways” şirkətinə məxsus təyyarə sürət yığır. O təyyarə ki, onu Farer adalarının kiçik hava limanına eniş etmək üçün xüsusi ixtisaslaşmış pilotlar idarə edir.
***
Bu reysimizdə artıq 7 saatdır yolda olan təyyarə sərnişinləri yorğun görünürdü. Yalnız gülərüz stüardessalar enerjili idi. Hava gəmisinin qızları özü gözəl olsa da, verdikləri yeməklər bizimkilərə çata bilməz.Çatmaq demişkən, artıq səbirsizliklə görmək istədiyimiz 18 adadan ibarət olan Farer adalarındayıq. Pilotlar sağ olsunlar, uğurlu eniş edirlər.
Yerli vaxtla saat 01:00 olsa da, hava limanından qalacağımız otelə gedərkən gəldiyimiz ölkənin ekzotikasını görürük. Eniş etdiyimiz Voar adasından paytaxt Torşavnın yerləşdiyi Streymoy adasına gedirik.
Avtobusla bir ada ilə hərəkət edərkən təxminən bir kilometr aralıda digər adanı görürsən. Yolları Ağsu aşırımına bənzəyir. Hərdən isə dağın içinə girən 4-5 kilometr uzunluğunda tunellərdən keçirik. Beləsini heç yerdə görməmişəm.
Avtobus bir saatlıq yoldan sonra qaldığımız otelin qarşısında dayananda başa düşürük ki, burda qalacağıq. Buranın hava limanı da kiçikdi, evləri də, otelləri də, otellərin lifti də, otaqları da. Bəs insanları necədi? Qəribə orasıdır ki, hava limanından otelə gələnə qədər o qədər də gec olmasına baxmayaraq, yolda heç bir insana rast gəlmədik. Təbii ki, arxipelaqda cəmi 48 min əhalinin yaşaması da bu məqama təsir edir. İndi saat 03:00-dur (Bakı vaxtı ilə 06:00). 14 saatlıq yoldan sonra dincəlmək lazımdır. İnsanları da səhər açılanda görərik.
Ramiq AĞAMƏMMƏDOV
Farer adaları, Torşavn
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi