İyunun 5-də Macarıstan səfəri üçün hava limanında həmkarlarla toplaşdıq. Bir qədər sonra qırmızı və göy formalı oğlanlar da görünməyə başladı. “Qırmızılar” əsas millimizin, “göylər” isə U-21-in üzvləri idi. Hər iki komanda yoldaşlıq oyunları üçün eyni təyyarə ilə səfərə çıxırdı. İlk diqqətimi çəkən məqam bu komandalar arasındakı mehribanlıq oldu. Bu millilərin birgə səfərinin, onların bir-birinə qarışmasının yaxşı və vacib təşəbbüs olduğunu da qeyd edim.

Bakıdan əvvəlcə Avstriyanın Qrats şəhərinə yollandıq. 4 saat çəkən uçuş zamanı millimizin futbolçuları və məşqçi heyəti rahat görünürdü. Əcnəbi baş məşqçinin olmaması heyətdə bir nikbinlik də yaradıb sanki. Bu mənzərəni görəndə bir daha istəyirsən ki, kaş, yeni baş məşqçi də yerli mütəxəssis olardı. Düzdür, əsas olan komandamızın səfərə gedəndə yox. qayıdanda yaxşı əhval-ruhiyyədə olmasıdır. Amma yenə də millidə hazırda olan ab-havanı qısaca da olsa, sizə çatdırmaq istədim.

Qratsdan avtobusla Macarıstanın Bük şəhərinə gəldik. Şəhər adlandırılsa da, daha çox kəndə bənzəyir. Əhalisi isə cəmi təqribən 3500 nəfərdir. Bük Macarıstanda məşhur istirahət məkanı, Mərkəzi Avropanın əsas SPA və sağlamlıq mərkəzlərindən biri kimi tanınır.

Bükdə əhalinin sıxlığı çox azdır. Yəni məsələn, 1 saat gəzirsən və bu müddətdə təxminən 10-15 adam qarşına çıxır. Əksəriyyət isə yaşlılardır. Hansı ki, dincəlməyə ehtiyacı daha çox olanlar. Bükü Avropanın səfər etdiyim heç bir yerinə bənzədə bilmirəm. Onu ancaq öz kəndimizlə müqayisə edərdim. Çünki burada getdiyimiz yolların sağı da taxıl, yonca, qarğıdalı zəmiləridi, solu da. Elə qaldığımız otelin eyvanından baxanda da lap yaxınlıqda qeyd etdiyim sahələr görünür. Bir dənə də olsun çoxmərtəbəli bina yoxdur. Evlərin hamısı bir mərtəbəlidir.

Adam az olduğundan maşın da çox deyil. Nəqliyyat vasitəsi kimi elektrikli qatara bənzəyən nəqliyyat vasitəsi istifadə olunur ki, bu da ekologiyanın qorunmasına hesablanıb. Hava həddindən artıq təmizdi. Çox sakitlikdi. Hazırda qaldığımız oteldə bu yazını yazıram və pəncərə də açıqdı. Amma quşların oxumağından başqa heç bir ikinci səs gəlmir.

Ötən gün milli komandamızın məşqçisi Arif Əsədovun mətbuat konfransı üçün Sombatxey şəhərinə yollandıq. Millimizi baş məşqçi əvəzi kimi artıq 4-cü oyuna çıxaracaq Əsədov komandanın uğuru üçün əlindən gələn hər şeyi etdiyini bildirdi. İndiyədək Azərbaycan millisində heç kim baş məşqçi əvəzi kimi komandanı 4 oyuna çıxarmayıb. Bu göstəricidə rekordçu olan Arif Əsədova millinin hücumçusu Mahir Emreli jest etmək istəyir. Mətbuat konfransına qatılan Mahir Albaniya ilə oyunda qol vursa, bunu Arif Əsədova həsr edəcəyini bildirdi.
Hazırda millimizin Albaniya ilə yoldaşlıq oyununa saatlar qalır. Avro-2024-ə vəsiqə qazanan albanlar bu oyuna ciddi yanaşır. Bizim komandamız da ən azından bəlkə də bugünkü oyunu izləyəcək yeni baş məşqçiyə özünü göstərmək istəyəcək. Bu gün Azərbaycan millisi həm də AFFA-nın yeni rəhbərliyinin dövründə ilk oyununa çıxacaq. Həm də bu baxımdan yaxşı nəticə yerinə düşərdi. Millimiz sentyabrda UEFA Millətlər Liqasında vacib oyunlarına çıxacaq ki, buna da çox vaxt qalmayıb.
Bugünkü və iyunun 11-də Qazaxıstanla keçiriləcək oyun qarşıdakı turnir üçün ümidverici ola bilər.
Hələ Macarıstanda daha 5 günümüz var. Ona görə də məncə, hələlik bu qədər bəs edər.
Sonda isə jurnalistlərin Macarıstan səfərinin təşkili üçün “Misli”yə təşəkkür edirik.
Ramiq Ağaməmmədov
Macarıstan, Bük
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi