Medianın İnkişaf Agentliyinin layihəsi
Azərbaycanın ötən həftə 31 yaşında karyerasını başa vuran məşhur cüdoçusu Rüstəm Orucov idman karyerasında çoxsaylı nailiyyətlərə imza atıb. O, 2016-cı il Rio de Janyeroda keçirilən Yay Olimpiya Oyunlarının gümüş medalçısı olmaqla yanaşı, həmin ildə Avropa çempionu titulunu qazanıb. Rüstəm Orucov cüdoçu karyerası ərzində ümumilikdə 16 “Böyük dəbilqə” və 12 Qran-Pri medalı əldə edib.
Bəs R.Orucovu 31 yaşında cüdo ilə vidalaşmağa nə vadar etdi? Onun gələcək planları hansılardır?

Bu və digər suallarımıza cavab tapmaq üçün Rüstəm Orucovla söhbətləşdik.
R.Orucov bildirib ki, orta səviyyəli idmançı kimi yadda qalmaq istəmədiyi üçün karyerasını başa vurmaq qərarını verib: "Əlbəttə ki, yaş öz sözünü deyir. 30 yaşımdan sonra artıq ağırlaşdığımı hiss etdim. Çəki salandan sonra bərpa yaxşı getmirdi. Davam etmək olardı. Mən orta səviyyəli idmançı ola bilərdim. Amma əvvəlki Rüstəm ola bilməzdim. Buna görə də qərara gəldim ki, özümü biabır etməyim, vaxtında karyeramı başa vurum".
O, hazırda ingilis dili biliklərini təkmilləşdirməklə məşğul olduğunu deyib: "Harada olsam da, hansı sahədə işləsəm də, cüdosuz qala bilmərəm. Ona görə də yenə də cüdonun içində olacağam. Çünki cüdo mənim həyatımın bir hissəsidir. Hal-hazırda oxumağa başlamışam. İngilis dilini bilirəm. Amma təkmilləşdirmək lazımdır. Buna görə də qrammatika biliklərimi və danışığımı daha da inkişaf etdirmək istəyirəm".

R.Orucov gələcəkdə öz adına cüdo məktəbi açmağı planlaşdırdığını da vurğulayıb: "İndiki məqsədim öz adıma cüdo məktəbi açmaqdır. Amma bunun üçün maliyyə lazımdır. Hələlik buna gücüm çatmır. Amma inanıram ki, gələcəkdə bunu bacaracağam. Çünki mən qarşıma qoyduğum məqsədlərə doğru gedirəm".
Sabiq cüdoçu qeyd edib ki, karyerasının ən əlamətdar hadisəsi məhz Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş mükafatını qazanması olub: "2008-ci ildə atamla televizorda Olimpiya Oyunlarına baxırdıq. Gördüm ki, Elnur Məmmədli çempion oldu. Bundan 2-3 gün sonra Mövlüd Mirəliyev 3-cü yeri tutdu. Mən onlara baxdım, həvəsləndim. Qarşıma məqsəd qoydum ki, mən Olimpiya Oyunlarının medalını qazanmalıyam. Çünki orada gördüm ki, Cənab Prezident İlham Əliyev mükafatlandırılma mərasimində Elnur Məmmədliyə medalı şəxsən özü təqdim etdi. Öz-özümə dedim ki, mən də Cənab Prezidentlə görüşməliyəm. 4 il sonra - 2012-ci ildə London Yay Olimpiya Oyunlarına qatıldım. Düzdür, uğursuzluq oldu. Həm də cavan idim, cəmi 20 yaşım var idi. Lakin bu, mənim üçün böyük bir təcrübə oldu. 4 il keçdi, 2016-cı ildə öz arzuma çatdım. Cənab Prezidentlə də görüşdüm. Məqsədimə nail olmuşam. Mükafatlandırılma mərasiminə çıxanda özüm-özümə dedim ki, mən bunu bacardım, məqsədimə çatdım. Çünki Olimpiya Oyunlarının medalını qazanmaq mənim arzum idi".

R.Orucov yalnız 2-ci Olimpiya medalını qazanmaq arzusuna çatmadığını deyib: "Daha sonra qarşıma məqsəd qoydum ki, 2-ci Olimpiya medalını da qazanmalıyam. Çünki Azərbaycan cüdosunda heç kimdə 2 Olimpiya medalı yoxdur. Hamıda 1 ədəddir. Tokio-2020-yə qatıldım. Olimpiada öncəsi bir az problemlər yaşadım. Koronavirusa yoluxmuşdum. Tam bərpa ola bilməmişdim. Ona görə də Tokio-2020-də 5-ci yeri tutdum. Qismət belə imiş".
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı