Medianın İnkişaf Agentliyinin layihəsi
Azərbaycan idmançıları 21 iyun - 2 iyul tarixlərində Polşada keçirilən 3-cü Avropa Oyunlarını 3 qızıl, 2 gümüş, 6 bürünc medalla başa vurdu. Ölkəmiz bu nəticə ilə sıralamada 24-cü yeri tutdu.
Avropa Oyunlarında medal qazanan idmançılarımız arasında muay-tay üzrə Azərbaycan millisinin üzvü Emili Rzayeva (63,5 kq) da var. O, turnirdə bürünc medala yiyələnib.
Bugünkü həmsöhbətimiz də məhz Emili Rzayevadır.

Emili qeyd edib ki, cəmi 2 ildir muay-tay ilə məşğul olur: "Mənim 17 yaşım var. 4 idman növü ilə məşğulam. Amma 2 ildir ki, muay-tayla məşğul oluram. Bu müddət ərzində 2-qat Avropa çempionu olmuşam və Avropa Oyunlarının bürünc medalını əldə etmişəm. Ümumiyyətlə, ilk xanımam ki, doğma yurdumuz Azərbaycan üçün Avropa və dünya çempionatlarında qızıl medallar qazanmışam".
İlk müəlliminin atası, polis polkovnik-leytenantı Emil Rzayevin olduğunu bildirən idmançı muay-tayı seçməsinin səbəbini belə izah edib: "Muay-tayla kikboks bir-birindən o qədərdə fərqli deyil. Ona görə də düşündüm ki, bu idman növü ilə məşğul olsam, uğura imza ata bilərəm. Mənim ilk müəllimim isə elə atam, polis polkovnik-leytenantı Emil Rzayev olub".
Emili atasının uşaqlıqdan bəri ona müxtəlif idman növlərinin sirlərini öyrətdiyini deyib: "Uşaqlıqdan o mənə məşq etdiyim bütün idman növlərindən fərdi məşqlər keçib, texnikanı incələyib. İlkin hazırlıq təməlini də atam qoyub. Ən çox dəstəyi də, məhz ailəm verib. Qarşımdakı bütün çətinlikləri onların qayğısı və inancı ilə aşmağı bacarmışam. Məncə, bütün idman növləri özünə görə çətindir. Elə muay-tay da. Sadəcə özünə uyğununu tapmalısan".
Həmsöhbətimiz Avropa Oyunlarında keçdiyi yoldan və bürünc medal qazanmasından danışıb: "Bu mənim ilk Avropa Oyunlarım idi. Bütün rəqiblərim məndən yaşda və təcrübədə üstün idilər. Qeyd edim ki, ümumiyyətlə, bu yarışda ən cavan idmançı mən idim. Buna baxmayaraq, çalışdım ki, rəqiblərimə qalib gəlim. Həm də yarışa qədər 10 kiloqram çəki salmışam. Çəkimi 71 kq-dan 62 kq-a endirmişəm. Ancaq professional idmançılar bu prosessin nə qədər ağır olduğunu dərk edir. Yarış qabağı mən gün ərzində 2 dəfə məşq edirdim. Hazırlıq prosessinə məsuliyyətlə yanaşdıq. Düzgün qidalanmağıma, yatmağıma, vaxtında istirahət etməyimə diqqət yetirdik".
Gənc idmançı Avropa Oyunlarındakı çıxışından narazı olduğunu söyləyib: "Bu yarış təcrübə və karyera baxımından olduqca önəmli və əhəmiyətli idi. Deyə bilərəm ki, öz potensialımı yetərincə göstərə bilmədim. Elə buna görə də, debütümdən narazıyam. Amma növbəti turnirlərdə qızıl medallar qazanacağıma ümid edirəm".
E.Rzayeva qeyd edib ki, bürünc medal qazandıqdan sonra onu ilk ailəsi təbrik edib.

Muay-tayçı gələcəkdə boks idman növü üzrə də uğurlar qazanmaq istədiyini deyib: "Gələcəkdə isə boks üzrə Avropa və dünya çempionatlarında iştirak etməyi planlaşdırıram".
O, xanımlara muay-tayla məşğul olmağı məsləhət görmədiyini bildirib: "Məncə xanımlar muay-tayla məşğul olmasalar, daha yaxşıdır. Çünki bu, qeyri-Olimpiya idman növüdür. Onun əvəzinə boksla məşğul olsalar, daha uyğun olar. İdman xüsusilə qızlar üçün çox önəmlidir. İlk növbədə sağlamlıq və zərurət yaranarsa, özünü müdafiə etmək üçün vacibdir".
Emili idmançı olmağın çətinliklərindən də danışıb: "İdmançı olmağın çətinlikləri ağır xəsarətlər nəticəsində meydanlardan uzaq düşmək və hazırlıq səviyyəsinin aşağı düşməsidir. Müsbət tərəfi isə intizam, sağlamlıq, düzgün düşüncə, maraqlı əyləncə, özünü qorumaq bacarığıdır. İdmanın faydalarını sadalamaqla qurtarmaq olmaz".
E.Rzayeva sonda stolüstü və böyük tennislə də məşğul olduğunu və ingilis dili biliklərini təkmilləşdirməyə çalışdığını söyləyib: "Hal-hazırda muay-taydan başqa, həm kikboksun K-1 versiyasıyla, həm də boksla məşğulam. Bundan başqa, mən stolüstü və böyük tennislə məşğulam. Asudə vaxtlarımda isə inglis dili biliklərimi təkmilləşdirirəm".
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
İspaniya Xorvatiyaya belə qalib gəldi - Video
Bu da son. Əlvida, Messi!.. - Şəkillər
İngiltərə və İspaniyadan qələbə
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı