Medianın İnkişafı Agentliyinin layihəsi: "Azərbaycançılıq ideyasının təbliği - "Heydər Əliyev İli"
Azərbaycanda yeni inkişaf etməyə başlayan idman növlərindən biri də minifutboldur. Ötən il Azərbaycanın minifutbol millisi Avropa çempionu adını qazandıqdan sonra bu idman növünə olan maraq da artıb.
Azərbaycan Minifutbol Federasiyası bu marağı və 2023-cü ilin Heydər Əliyev ili olduğunu nəzərə alaraq Ümumilli Liderin 100 illiyinə həsr olunmuş turnir təşkil etmək qərarına gəlib. Budəfəki mövzumuz da məhz həmin turnir ilə əlaqədardır.
Azərbaycan Minifutbol Federasiyasının mətbuat katibi Sərxan İbrahimoğlu bildirib ki, 2023-cü il ölkəmizdə Heydər Əliyev ili elan olunduğu üçün belə addım atmaq qərarı veriblər: "Bildiyiniz kimi, 2023-cü il ölkəmizdə Heydər Əliyev ili elan olunub. Məhz buna görə də Azərbaycan Minifutbol Federasiyasının rəhbərliyi belə bir qərar qəbul etdi ki, paytaxt Bakıda möhtəşəm bir beynəlxalq turnir təşkil edək. Bununla bağlı federasiyamızın rəhbərliyi müəyyən göstərişlər verdi. Qərara aldıq ki, məhz bu il Ulu öndərin 100 illiyinə həsr olunan beynəlxalq turnir təşkil edilsin. Biz qərar qəbul etdikdən sonra həm dünya minifutbol federasiyasına, həm də Avropa Minifutbol Federasiyasına məlumat verdik. Onlar da öz növbələrində bu yarışın keçirilməsinə isti yanaşdılar və böyük məmnuniyyətlə, razılıq verdilər. Bundan sonra biz turnir barədə ölkələrə məlumat verdik".
S.İbrahimoğlunun sözlərinə görə, yarışda mübarizə aparmaq üçün 9 ölkənin təmsilçiləri Bakıya gələcək: "Bizə həddindən çox müraciət daxil oldu. Amma çox təəssüf ki, onların hamısını həm vaxt məhdudiyyətinə, həm də müəyyən problemlərə görə qəbul edə bilməyəcəyik. Lakin əvvəlcədən 8 komandanın iştirakını nəzərdə tutsaq da, sonradan bu sayı 10-a çatdırdıq. Yarışda qardaş ölkə Türkiyə, Qazaxıstan, Ukrayna, Serbiya, Gürcüstan, Çexiya, İtaliya, Fransa və Cənubi Afrika Respublikasının milli komandaları iştirak edəcəklər. Onlar Bakıdakı Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnirdə iştiraklarını təsdiqləyiblər".

S.İbrahimoğlu qeyd edib ki, Azərbacanı yarışda minifutbol üzrə milli komandamız təmsil edəcək: "Ölkəmizi bu yarışda son Avropa çempionu Azərbaycan millisi təmsil edəcək. Yığmanın heyətinə bir neçə yeni və gənc oyunçular cəlb olunub. Baş məşqçi Elşad Quliyevin əsas məqsədi bu turnirin çempionu olmaqla yanaşı, həm də yeni oyunçuları yoxlamaqdır. Çünki bizi qarşıda olduqca məsuliyyətli dünya çempionatı gözləyir. Məhz Bakıda keçiriləcək Heydər Əliyev turniri bu baxımdan bizim üçün çox faydalı və səmərəli olacaq".
Həmsöhbətimiz yarışın 1-6 may tarixlərində Bakı Tennis Akademiyasının meydanında keçiriləcəyini deyib: "Azarkeşləri indidən həmin oyunlara dəvət edirik. Həqiqətən də Bakıya çox güclü komandalar gələcəklər. İnanıram ki, onlar Heydər Əliyevin xatirəsinə həsr olunan turnirindən böyük zövq alacaqlar".
S.İbrahimoğlu belə turnirlərin idmanın inkişafında əhəmiyyətindən də danışıb: "Bu kimi turnirlər ölkəmizdə dəfələrlə keçirilib. Azərbaycan belə yarışları ən yüksək səviyyədə keçirməyə qadirdir. Ölkəmiz daha öncə də böyük beynəlxalq turnirlərə ev sahibliyi edib. Bu cür yarışların keçirilməsi Azərbaycanın idman ölkəsi olmasını bir daha sübut edir, gənclərdə, yeniyetmələrdə idmana, xüsusilə də minifutbola olan marağı artırır. Ona görə də belə yarışların təşkili həqiqətən də ölkəmiz adına çox faydalıdır. Azərbaycanda minifutbola olan maraq kifayət qədərdir.
Sərxan İbrahimoğlu
Azərbaycanda fəaliyyət göstərən minifutbol arenalarında boş yer tapmaq çətindir. Bu da minifutbola həvəsin həddindən artıq yüksək olduğunun göstəricisidir. Həm də milli komandamız 2022-ci ildə Slovakiyada Avropa çempionu olandan sonra bu idman növünə maraq daha da artıb. Artıq minifutbol komandaları fəaliyyət göstrərir. Həmçinin minifutbol üzrə ölkə çempionatı keçirilir. Orada iştirak edən komandalar gərgin və güzəştsiz mübarizə aparırlar. Azərbaycan çempionatı İdman TV vasitəsi ilə də canlı yayımlanır. Bir sözlə, hazırda Azərbaycanda minifutbolun təbliğatı yüksək səviyyədə aparılır. Federasiyamız tərəfindən minifutbolun inkişafı üçün qayğı göstərilir, bütün şərait yaradılır və gələcəkdə də yaradılacaq".
S.İbrahimoğlu gələcəkdə də bu cür yarışları təşkil etmək istədiklərini vurğulayıb: "Əlbəttə ki. gələcəkdə də bu cür yarışların keçirilməsi nəzərdə tutulub. Hazırda əsas hədəfimiz qarşıdakı dünya və ya Avropa çempionatının Bakıda təşkilinə nail olmaqdır. Bunun üçün müəyyən hazırlıqlara start verilib. Qismət olarsa, yaxın gələcəkdə minifutbol üzrə dünya və ya Avropa çempionatı Bakıda keçirilə bilər. Bununla bağlı danışıqlar başlayıb. Yaxın gələcəkdə ictimaiyyətə məlumat verləcək".
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Yamal bu göstərici ilə La Liqanın ən yaxşı oyunçusu oldu
Salah yenidən Səudiyyə Ərəbistanı klublarının hədəfində
"Qarabağ"ı 1/4 finala aparan qələbə - Video
“Arsenal” “Ayntraxt”ın gənc oyunçusuna göz dikdi
“Belə oyunlarda səbirli olmaq vacibdir” - Qurban Qurbanov
“Yuventus”un müdafiəçisi sıradan çıxdı
Azərbaycan kubokunda növbəti 1/4 finalçılar müəyyənləşdi
"Sabah"ın qələbəsindən - Video
Almaniya klubu baş məşqçisi ilə yollarını ayırdı
“Strasburq”un futbolçusu açıqlamasına görə cəzalandırıldı
“Barselona” Raşfordla bağlı hansı qərarı verəcək?
"Qarabağ" - "Karvan-Yevlax": Heyətlər
Dambrauskas: “Bu epizod məni əsəbiləşdirir”
"Şamaxı" 1/4 finala bu qələbə ilə yüksəldi - Video
"Qələbə qazanmaq üçün darıxmışıq" - Ayxan Hüseynov
“İlin yarımmüdafiəçisi” adına namizədlər
Yamal, Levandovski, Mbappe...
"Çelsi"nin keçmiş futbolçusu dünyasını dəyişdi
İlin klubu mükafatına namizədlər hansılardır?
“Benfika” – “Araz-Naxçıvan” oyununun hakimləri
Simeone “Barselona”ya məğlubiyyət haqda
Ronaldo, Benzema...
İlin baş məşqçisi adına finalçılar məlum oldu
Son 68 ildə ilk dəfə
Şamaxıda heyətlər açıqlandı
"İmişli" - "Sabah": Heyətlər
Şevçenkodan "Milan"a məsləhət
"Globe Soccer"in finalçıları açıqlandı
"Real"dan Xabi Alonso qərarı
"Yuventus"u 1/4 finala aparan qələbə - Video
33 illik seriya qırıldı
“Zirə”nin futbolçusu 100-ə çatdı
Haalanddan tarixi nəticə
"Bu, qadın futbolu üçün bayram idi" - Siyasət Əsgərov
"Mançester Siti"nin oyununda 9 qol - Video
Dani Olmo qol vurdu və çiyni çıxdı
"Barselona" "Atletiko"ya qalib gəldi
Millimizi FİFA turnirinin qalibi edən qələbə - Video
"Zirə" "Neftçi"ni kubokdan belə kənarlaşdırdı - Video
“Mançester Siti”nin qapıçısı klubdan ayrıla bilər
"Bu, komandamıza yaraşan bir hərəkət deyil" - Rəşad Sadıqov