Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
44 günlük Vətən müharibəsi ilə Ermənistan işğalından azad olunmuş ərazilərimizdə bərpa prosesi sürətlə davam edir. Əvvəllər də xəbər verdiyimiz kimi, həmin bölgəmizdə artıq bir neçə idman yarışı keçirilib və bu tədbirlərin daha geniş miqyas alması üçün işlər görülür.
İşğaldan azad olunmuş ərazilərimizdə idmanın inkişafı ilə əlaqədar “Milenium” turizm şirkətinin rəhbəri, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosasiyasının sədri, Azərbaycan Sahibkarlar Konfederasiyasının rəyasət heyətinin üzvü, eyni zamanda Turizm Komissiyasının sədri Ruslan Quliyevlə söhbətləşdik.

- Ruslan bəy, işğaldan azad olunmuş bölgələrimizə artıq turlar təşkil etmisinizmi?
- Bəli. Bir neçə dəfə Şuşa-Ağdam istiqamətində turizm sənayesi nümayəndələri üçün infoturlar, mediaturlar təşkil olunub. Hal-hazırda müxtəlif işlər, mina təmizləmə prosesləri ilə bağlı müntəzəm turlar təşkil edilmir. Lakin yaxın perspektivdən qeyd etmək istəyirəm ki, dövlətin imfrastruktur layihələrində uğurlu iştirakı, yerli və xarici sahibkarların investisiya ilə bağlı təşviq olunması qısa zaman kəsiyində müxtəlif fəaliyyətlərin bərpa edilməsinə şərait yaradacaq.
- Ümumiyyətlə, işğaldan azad olunmuş ərzilərimizdə gələcəkdə idman yarışları və tədbirlərinin sıx-sıx təşkil olunması üçün hansı işlər görülür?
- Qarabağda bərpa və quruculuq işlərinin həyata keçirilməsi ilə yanaşı, müxtəlif sahələr üzrə inkişaf strategiyaları hazırlanıb. O cümlədən də turizm və idmanla bağlı. Bu bölgənin həm idman, həm də digər sahələrlə bağlı müxtəlif ənənələri olub.
- Bəs, qarşıya hansı məqsədlər qoyulub?
- Əsas məqsəd keçmişin ənənələri üzərində yeni bir yanaşma ilə yeni bir təqdimat həyata keçirməkdir. Gördüyünüz kimi, son vaxtlar müxtəlif idman yarışları, veloturlar, mototurlar, su idmanı növləri ilə bağlı ilkin yarışlar keçirilib. Bu, rəmzi xarakter daşısa da, düşünürük ki, gələcəkdə belə imkanları daha da genişləndirmək, beynəlxalq tədbirləri məhz bu bölgədə həyata keçirmək üçün şərait yaradılacaq.
- Qarabağ regionu hansı idman yarışları üçün əlverişlidir?
- Müxtəlif idman qurğularının, idman komplekslərinin inşa prosesi uğurla həyata keçirilərsə, bütün idman növləri ilə bağlı yarışlar təşkil etmək mümkündür. Ekstrimal idman növləri də ola bilər. Bu bölgə müxtəlif tədbirlərin də məkanı ola bilər. İstər festivallar, istər yarışlar, istərsə də beynəlxalq tədbirlərin keçirilməsi mümkündür. Bu, mərhələli şəkildə həyata keçirilməlidir.
- Bu məsələlər üzərində nə kimi işlər görmüsünüzmü?
- Biz turizm təyinatlı təşkilatlarla bərabər çalışırıq. Müvafiq qurumların təşkil etdiyi tədbirlərdə iştirak təbii ki, bütün maraqlı tərəfləri bu sahənin inkişaf etdirilməsinə sövq edir.
- Ruslan bəy, bəs, daha əvvəl hansı idman yarışlarının, idman turlarının təşkilində iştirak etmisiniz?
- Biz bundan əvvəl idman turizmi ilə bağlı bir sıra layihələr həyata keçirmişik. Konkret olaraq 21 min kilometrlik - Malaziyada başlayıb, Türkiyədə başa çatan mototur həyata keçirmişik. Onun Azərbaycana aid olan hissəsini də biz təşkil etmişik. Trans Asiya 3 - İstanbuldan Çinə qədər 17 min kilometrlik avtoturlar həyata keçirmişik. Bundan başqa, beynəlxalq yarışlarda müxtəlif milli və klub komandalarının həm fanatlarını, həm də heyətini turizm xidmətləri ilə təmin etmişik.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

"Hörmətsizlik deyil, sadəcə yorğunam" - Yuri Vernidub
Qurban Qurbanovdan Elvin Cəfərquliyevlə bağlı suala cavab
“Səbail”in 6 qollu qələbəsindən - Video
Reşfordu təhqir etdiyinə görə cəzalandırıldı
“Sabah”ın çempionluğu rəsmiləşdi
10 qol vuran ilk oyunçu oldu
Montiel zədələndi, hirsindən butsunu yerə çırpdı - Video
"Barselona" onlarla sağollaşır
AFFA rəhbərliyi FİFA-nın Konqresində
Dünya çempionatından sonra karyerasını başa vuracaq
İran nümayəndə heyəti FİFA konqresinə niyə buraxılmayıb?
1-ci liqada 24-cü tura yekun vuruldu
“Neftçi” - “Qarabağ”: Heyətlər
Misli Premyer Liqasında bu həftəki oyunların hakimləri
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
UEFA ləğv olunan penalti qərarına aydınlıq gətirdi
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Azərbaycanın daha bir stadionuna FİFA sertifikatı verildi
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Mançester Yunayted"də 5 illik müqavilə
"Perspektivli komandamız var" - Aqil Nəbiyev
Salah bu mövsüm oynaya biləcək?
40 yaşlı Eşli Yanq son oyununa çıxır
Skott Parker istefaya göndərildi
Prezidentin güləşçilərlə görüşündə səmimi anlar - Şəkillər
Loqonu tapdaladı, Simeone ailəsi özündən çıxdı - Video
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan millisi Pakistana qalib gəldi
Yığmamız Belarusla qarşılaşdı
Hafiz Məmmədov ilə Qurban Qurbanov bir arada - Şəkil
ÇL-də həftənin oyunçusu kim olacaq?
Nəriman 90 dəqiqə oynadı, komandası 1/4 finala yüksəldi
"Atletiko" "Arsenal"la heç-heçə etdi - Çempionlar Liqası
Autsayder liderdən xal aldı - Video
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı