İlin ən yaxşı hücumçusu odur

İlin ən yaxşı hücumçusu odur
XƏBƏR 27 Oktyabr 2026 / 02:27 329
-  A +

İngiltərə millisinin və “Bavariya”nın hücumçusu Harri Keyn ilin ən yaxşı hücumçusu mükafatına layiq görülüb.

QOL.az xəbər verir ki, ona bu mükafatı Londonda keçirilən “Qızıl top” mərasimində təqdim edilib.

2025/2026 mövsümündə Keyn “Bavariya” ilə Almaniya çempionu olub, ölkə kubokunu və Superkuboku qazanıb. O, İngiltərə millisinin heyətində isə 2026-cı il dünya çempionatının bürünc medalına sahib çıxıb.

Hücumçu 2025-ci ilin avqustundan 2026-cı ilin iyulunadək “Bavariya” və İngiltərə millisində keçirdiyi 65 oyunda ümumilikdə 73 qol vurub.

Xatırladaq ki, ötən il bu mükafatı Viktor Qyökereş qazanmışdı.


Qarabağ FK
Son xəbərlər
topaz banner