De la Fuente ilin ən yaxşı baş məşqçisi oldu

De la Fuente ilin ən yaxşı baş məşqçisi oldu
DÜNYA FUTBOLU 27 Oktyabr 2026 / 01:37 438
-  A +

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente 2025/2026 mövsümünün ən yaxşı məşqçisi adına layiq görülüb.

QOL.az xəbər verir ki, ona mükafat “Qızıl top” mərasimində təqdim olunub.

Qeyd edək ki, de la Fuentenin rəhbərliyi altında İspaniya millisi ötən yay 2026-cı il dünya çempionatının qalibi olub. 2022-ci ildən yığmaya rəhbərlik edən mütəxəssisin müqaviləsi 2032-ci ilə qədər qüvvədədir. O, İspaniya ilə daha əvvəl Avropa çempionatının və UEFA Millətlər Liqasının da qalibi olub.

Xatırladaq ki, ötən il bu mükafatı PSJ-nin baş məşqçisi Luis Enrike qazanmışdı. Onun rəhbərliyi altında Paris təmsilçisi UEFA Çempionlar Liqası da daxil olmaqla bir sıra nüfuzlu titullara sahib çıxmışdı.


Qarabağ FK
Son xəbərlər
topaz banner