Azərbaycan kubokunda biabırçı hakim səhvi

Azərbaycan kubokunda biabırçı hakim səhvi
ÖLKƏ FUTBOLU 28 Oktyabr 2026 / 01:10 296
-  A +

Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsi çərçivəsində keçirilmiş "Səbail" - "Zirə" matçında kuryoz hadisə yaşanıb.

QOL.az xəbər verir ki, meydan sahiblərinin futbolçusu Samuel Nonqoh 2 dəfə sarı vərəqə alsa da, qırmızı vərəqə ilə cəzalandırılmayıb.

Kamerunlu yarımmüdafiəçi 68 və 80-ci dəqiqələrdə sarı vərəqə almasına baxmayaraq, oyunun baş hakimi Səbuhi Bayramov onu meydandan kənarlaşdırmayıb. Futbolçu sona qədər oynayıb.

Xatırladaq ki, oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda tərəflər həryə bir qol vurub. Penaltilər seriyasında isə "Zirə" üstün olub - 3:2.

Daha çox


Qarabağ FK
Son xəbərlər
27.10.26  10:27

30 il sonra...

27.10.26  02:13

PSJ ilin klubu seçildi

topaz banner