Şahmar Əkbərzadə Pele haqqında bir şeirində deyir:
Həsəd aparırdı ağıllı başlar,
Ağlı topuğunda olan oğlana.
İndi ağıllı başların «ağlı topuğunda olan oğlanlara» həsəd apardığını deyə bilmərəm, amma bütün dünya bu «ağlı topuğunda olan oğlanları» sevir, alqışlayır. Futboldan gözəl heç bir idman növü tanımıram, dünya futbolun üstündə köklənir, mənim fikrimcə.
Oyunda hər şey olur – dava-dalaş da, yumruqlaşma da, anaları yada salma da. Amma oyun bitəndən sonra o yumruqlaşanlar da, anaları yada salanlar da öpüşür, bir-birlərinə uğurlar arzulayır. Uduzan komandanın məşqçisi udan komandanın məşqçisini gedib qucaqlayır, təbrik edir.
Qəbələdə «Qarabağ»la «Neftçi» Kubokun finalını oynayırdı. Ramin Musayev də elə bir tədbir, elə bir futbol şöləni hazırlamışdı ki, yəqin ki uzun illər həmin oyunu izləyənlərin yadından çıxmayacaq. «Qarabağ» qalib gəldi, «Neftçi»nin rəhbərliyi ilə «Qarabağ»ın rəhbərliyi şərəf tribunasında yan-yana oturmuşdu. Final fitindən sonra «Neftçi»nin rəhbərliyi dərhal üzlərini yana çevirib çıxıb getdilər. Amma «Neftçi» qalib gəlsəydi, mən məmnuniyyətlə Çingiz Abdullayevi qucaqlayıb təbrik edəcəkdim.
Bu, futbol mədəniyyəti deyil.
«Qarabağ» Naxçıvanda «Qəbələ» ilə Kubokun finalını oynayırdı. Oyunu «Qəbələ»nin prezidenti Tale Heydərovla qoşa izləyirdik. Təbii ki, mən «Qarabağ»ı tuturam , o da öz komandasını. «Qarabağ» qalib gəldi. Tale Heydərov məni qucaqlayıb təbrik elədi, sonra da «Qarabağ»ın rəhbərlərini bir-bir təbrik elədi.
Bu, futbol mədəniyyətidi.
Gələk mətləbə. Türkiyənin əslində dörd böyük klubu var: «Beşiktaş», «Qalatasaray», «Fənərbağça», «Trabzonspor». İndi bir «Başakşəhər» də düzəldiblər, amma «demisezonnı» komandadı. Çempion da ola bilər, amma gələn il, ya o biri il bu komanda bizim «Keşlə»nin gününə düşəcək, çünki fanatı da yoxdu.
«Fənərbağça»nın bu il vəziyyəti elə bizim «Keşlə»nin vəziyyəti kimidi. Yüksək liqadan çıxa bilərdi, birtəhər sivişib aradan çıxdı. Bizim «Keşlə» də yüksək liqadan çıxa da bilər, çıxmaya da bilər.
«Fənərbağça»nın bu günə düşməsinin səbəbi çoxdu. Bu komandanın başına çox oyun açdılar, hətta prezidentini tutdular və sair və ilaxır. Bu günki vəziyyətinin bir əsas səbəbi isə maliyyədi.
İndi təkcə «Fənər»sevərlər yox, bütün Türkiyə bu kluba para yardımı edir ki, «Fənər» bu böhrandan çıxsın.
Biz də vaxtilə «Qarabağ» komandasını bu klubun sevənlərinin yardımı ilə dağılmağa qoymamışıq, indi Qurbanovun köhlən atlarının ayaq səsləri Avropanı başına götürüb.
«Fənər»lə «Qalatasaray» əzəli «düşmənlərdi», fanatları da. Amma baxın görün nə baş verir?
«Qalatasaray»lı zəngin iş adamı Sərkan Aydın «Fənər»ə 100 min dollar yardım edib. Eləcə də biri 50 dollardan 100 ədəd də forma alıb «Fənər»in azarkeşlərinə paylayıb və deyib: «Rəqabət öz yerində, dostluq öz yerində».
Bu, futbol mədəniyyətidi!
«Neftçi» ilə «Qarabağ» final oynayır. Dünənədək çempionatda 1 manata satılan biletin qiymətini «Neftçi» rəhbərliyi bircə günün içində 50 manata qaldırır ki, «Qarabağ»ın fanatları (bunların da çoxu evsiz-eşiksiz, dövlət yardımı ilə dolananlardı) oyuna gələ bilməsinlər.
Bu, futbol mədəniyyəti deyil!
Bunun heç adı da yoxdu.
«Qarabağ»ın rəhbərliyi fanatları darda qoymadı. 700 bilet alıb payladı onlara. Digərləri də qonum-qonşudan borc alıb gəldilər doğma «Qarabağ»a dəstək olmağa.
Və oldular! Kuboku Aqoli ilə Rəşad Sadıqov «Neftçi»nin stadionunda başlarına qaldırdılar, sonra da bütün komanda gedib «İmarət tayfa» azarkeşlərinin, onların sevgiləri önündə baş əydilər.
Bax, bu futbol mədəniyyətidi!
Aqil ABBAS
"Ədalət" qəzeti
"Milan"Leaunu itirdi
“Qarabağ” uduzdu, “Neftçi”dən böyükhesablı qələbə
"Neftçi"nin futbolçusu mükafatlandırılıb
"Hiss olunur ki, çempionatımız güclənib" - Orxan Məmmədov
Alman klubu Ayxan Abbasovdan nə xahiş edib?
"Kəpəz" "Qarabağ"a belə qalib gəldi - Video
"Qarabağ" bizdən qat-qat üstün idi" - Azər Bağırov
"Neftçi" - "İmişli": Heyətlər açıqlandı
"Zirə"nin iki legioneri Ruanda millisinə çağırıldı
Valverde ilə yollar ayrılacaq - Rəsmi
"Sumqayıt"ın iki legioneri milliyə dəvət aldı
Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşdi
Mourinyunun köməkçisi dünyasını dəyişdi
"Kəpəz" - "Qarabağ": Heyətlər
Azərbaycan millisinin heyəti açıqlandı
Duran Kolumbiya millisinə çağırılmadı
Asim Xudiyevə UEFA-dan növbəti təyinat
İspanya millisinin DÇ-2026 üçün forması - Şəkillər
"Liverpul"dan ayrıla biləcək 6 futbolçu
Rəşad Sadıqov AFFA-ya söz atdı - Video
2-ci liqada daha 6 oyunun vaxtı məlum oldu
FİFA İsrail Futbol Assosiasiyasını cərimələdi
Avroliqada bütün 1/4 finalçılar müəyyənləşdi
Konfrans Liqasında 1/4 finalçılar bəlli oldu
"Real"ın ən yaxşı futbolçusu seçildi
İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü
Flik Qavinin milliyə çağrılmasına qəzəbləndi
Azərbaycan millisinin heyəti açıqlandı
"Futbolu unutmaqlarını istəyirəm" - Valdas Dambrauskas