Azərbaycan millisinin rəqibləri bilindi

Azərbaycan millisinin rəqibləri bilindi
ÖLKƏ FUTBOLU 17 Sentyabr 2026 / 19:20 319
-  A +

Azərbaycanın U-15 millisi ilk dəfə keçiriləcək FİFA U-15 Dünya Çempionatı və Festivalında mübarizə aparacaq.

QOL.az xəbər verir ki, turnirin püşkatma mərasimi keçirilib. Mübarizədə iştirak edəcək 191 milli komanda 32 qrupa bölünüb. Qruplardan birində 5, digər 31 qrupda isə 6 komanda yer alıb.

Püşkatmanın nəticəsinə əsasən Azərbaycan millisi “AF” qrupunda Andorra, Avstraliya, Haiti, İsrail və Şərqi Timorla birgə yer alıb.

Qeyd edək ki, FİFA U-15 Dünya Çempionatı və Festivalı cari ilin oktyabrın 22-dən 31-dək Azərbaycanda keçiriləcək. Komandalar 8-ə 8 formatında mübarizə aparacaq. Görüşlər hər biri 20 dəqiqə olmaqla iki hissədən ibarət olacaq.


Qarabağ FK
Son xəbərlər
topaz banner