Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Uşaqlar, yeniyetmələr və gənclər arasında idmanın təbliği ilə bağlı layihəmiz çərçivəsində növbəti həmsöhbətimiz Bakıdakı "Zəngi" liseyinin fiziki tərbiyə müəllimi Maarif Hacıyev oldu.
O, söhbətə başlayarkən əvvəlcə özü haqda məlumat verib: "Mən - Maarif Hacıyev Hacıyev Arif oğlu 1989-cu ildə Bədən Tərbiyəsi və İdman İstitutunu bitirmişəm. Həmin ildən 1995-ci ilə qədər Sabunçu rayon 213 nömrəli məktəbdə fiziki tərbiyə müəllimi işləmişəm. 1995 ci ildən indiyədək "Zəngi" liseyində fiziki tərbiyə müəllimi və metodbitləşmə rəhbəriyəm".
O, şagirdlərin basketbol və futbola daha çox maraq göstərdiklərini bildirib: "Şagirdlərin ən çox maraq göstərdiyi idman növləri futbol, basketbol, Şərq əlbəyaxa döyüş növləridir. Biz şagirdlərdə idmana həvəsi artirmaq üçün şəraitimiz uyğun olaraq, şən oyunlar təşkil edirik. Daim şahmat, basketbol, minifutbol yarışları keçiririk. Sağlam rəqabət, rəqibə hörmət, liderlik qabiliyyətinin yaranması və bir çox başqa dəyərlər üzərində qurulan dərslər, idman bayramları uşaqların müxtəlif idman növləri üzrə istedadlarının aşkarlanmasına gətirib çıxarır".

Həmsöhbətimiz uşaqlara motivasiya verməyin yollarından da danışıb: "Şagirdləri həvəsləndirmək üçün məşhur idmançılarla görüşlər təşkil edirik. Onlardan biri də Elnur Məmmədlidir. Həmçinin liseyimizdə Rəsul Çunayevlə də görüş keçirilib. Belə görüşlər uşaqları sevindirir".
O qeyd edib ki, uşaqlar və gənclər arasında idmana marağı artırmaq üçün məktəblərdə yaxşı infrastruktur yaradılmalıdır: "İdmanın səviyyəsini artırmaq, şagirdləri pis vərdişlərdən uzaqlaşdırmaq üçün ən əsas və yeganə yol şəraitin düzəlməsidir. İdman meydançalarının, zalların durumu yaxşılaşdırılmalıdır. Bu, bizə fiziki tərbiyə fənnini daha keyfiyyətli tədris etmək imkanı yaradacaq. Belə olan halda da uşaqların idmana həvəsi daha da çoxalacaq".
M.Hacıyev vurğulayıb ki, uşaqlar gələcəkdə uğurlu idmançı olmaq istəyirlərsə, fiziki tərbiyyə dərslərinə daim iştirak etməlidirlər: "İdman nailiyyətlərinin qazanılmasında fiziki tərbiyə fənninin əhəmiyyəti böyükdür. Mən inanıram ki, nəticə verən idmançılarımız məktəblərdə fiziki tərbiyə fənnini bir dəfə belə buraxmayıblar, daim iştirak ediblər. Müəllimlər onlara düzgün istiqamət veriblər. Uğurlu idmançılarımızın hər biri məktəbdə fiziki tərbiyə fənnini seviblər. Çünki fiziki tərbiyə fənnini sevən uşaqlar çempion kimi yetişirlər".
Fiziki tərbiyə müəllimi şagirdlərin valideynləri ilə sıx əlaqədə olduqlarını söyləyib: "Şagirdlərin valideynləri ilə danışıqlar aparırıq. Uşaqların hər hansı bir idman növünə marağının olduğunu görəndə valideynləri ilə bu mövzu ətrafında danışırıq. Şagirdlərə kömək etmək üçün tövsiyələr veririk. Valideynlər də övladlarının idmançı olmağını istəyirlər".
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Neymarın cəzası bilindi
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt
Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşdi
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə qayıdış vaxtı bilindi
Vengerlə Bakıdakı görüşdə kimlər iştirak etdi? - Şəkillər
“Mançester Yunayted”də böhran dərinləşir
Harri Keyn "Qarabağ"a qolu belə vurmuşdu - Video