Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Uşaqlar, yeniyetmələr və gənclər arasında idmanın təbliği ilə bağlı layihəmiz çərçivəsində növbəti həmsöhbətimiz Bakıdakı 292 nömrəli orta məktəbin fiziki tərbiyə müəllimi Anar Nəsirov oldu.
O, əvvəlcə özü haqda məlumat verib: "Mən Anar Nəsirov, 05.12.1984-cü ildə Şirvan şəhərində doğulmuşam. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil almışam. 2012-2018-ci illər ərzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində olan Şirvan Gənclər və İdman İdarəsində İdman işləri üzrə baş məsləhətçi vəzifəsində çalışmışam. 2018-ci ildən indiyədək fiziki tərbiyə müəllimi kimi işləyirəm. Ümumilikdə bu illər ərzində Şirvan şəhər 20 nömrəli tam orta məktəbdə, Hacıqabul rayon Muğan kənd məktəbində, Nərimanov rayonu 82 nömrəli tam orta məktəbdə çalışmışam. Hazırda Xəzər rayonu Binə qəsəbəsi 292 nömrəli tam orta məktəbdə fiziki tərbiyə müəllimi kimi fəaliyyət göstərirəm".
A.Nəsirov fiziki tərbiyə müəllimliyinin bir çox çətin tərəfinin olduğunu deyib: "Fiziki tərbiyə müəllimi olmağın çətin tərəfləri şagirdlərin təhlükəsizliyini təmin etmək, onları qorumaq, fiziki məhdudiyyətli şagirdlərlə ünsiyyət qurmaq, onların tədrisə cəlb olunmaqlarına çalışmaqdır. Bildiyimiz kimi, 2008- ci ildən indiyədək Azərbaycanda kurikulum təhsil sistemi tətbiq edilir. Həmin vaxtdan digər fənnlər kimi fiziki tərbiyə fənni də təkmilləşdirilmiş sistem üzrə aparılır. Buna görə də dərslər çox yüksək səviyyədə həyata keçirilir".

Həmsöhbətimiz qeyd edib ki, dərslərin daha asan mənimsənilməsi və şagirdlərin yorulmaması üçün müxtəlif yolları sınayır: "Uşaqların diqqətini cəlb etmək, onları əyləndirmək üçün müxtəlif rollu oyunlar, qısa və uzun məsafəli estafetlər, siniflərarası fərqli formatda kiçik idman yarışları, məktəblərarası böyük turnirlər təşkil edilir. Şagirdlər öz uğurlarına görə təltif olunurlar və onların motivasiyası artır".
O, 292 nömrəli tam orta məktəbdə şagirdlərin idmanla məşğul olması üçün hər bir şəraitin yaradıldığını bildirib: "Məktəbimiz Heydər Əliyev Fondu tərəfindən 2022-ci ildə inşa edilib və ən müasir avadanlıqlar, idman qurğuları ilə təmin olunub. Məktəbin istər idman zalı, istərsə də oyun meydançasının vəziyyəti yüksək səviyyədədir. Bu da şagirdlərin fiziki tərbiyə fənninə olan marağının artmasında çox böyük yer tutur. Müxtəlif idman yarışlarına ev sahibliyi edən orta məktəblərin də idman zallarının və meydançalarının qənaətbəxş olduğuna şəxsən şahidəm".
A.Nəsirov şagirdlərin maraq göstərdiyi idman növlərinin adlarını da sadalayıb: "Məktəblilər əsasən top oyunları üzrə olan idman yarışlarında çox böyük həvəslə iştirak edirlər. Bunlardan voleybol, basketbol, futbol, həndbol, badminton, stolüstü tennis idman növləridir. Tədris apardığım orta məktəbdə doğrudan da xüsusi istedada malik olan şagirdlər az deyil".
Fiziki tərbiyə müəllimi ölkədə uşaqların və gənclərin idmana marağını artırmağın yollarından da danışıb: "Ölkəmizdə yeniyetmələr və məktəblilər arasında idmana marağın artırılması, onların pis vərdişlərdən uzaqlaşdırılması, asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün tez-tez idman yarışları təşkil etmək lazımdır. İdmanın onların fiziki kamilliyə çatmaqlarında olan rolunu aşılamaq, tanınmış idmançıların keçdiyi həyat yolu haqda geniş məlumat vermək və videogörüntüləri göstərmək də faydalı variantlardandır. Yaxın zamanda Bakı şəhər Təhsil İdarəsinin təşkilatçılığı altında məktəbimizdə "Ağ canavar" ləqəbli, 28 qat dünya və 11 qat Avropa çempionu adını almış, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Eduard Məmmədovla görüş təşkil edildi. Mənə elə gəlir ki, şagirdlərin belə peşəkar idmançılarla görüşlərinin təşkili onların idmana marağının artırılması üçün çox əlverişli vasitədir".
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu
Rəşad Sadıqovla 250-ci oyun
Kubokda hakim təyinatları açıqlandı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Modriç İbrahimoviçin rekordunu qırdı
"Real" "Barselona"nı belə dayandırdı - Video
Mbappenin “Real”da 100-cü qolu
Maykl Kerrikin “kitabı bağlandı”
Flik “Real”a məğlubiyyətin səbəbini açıqladı
"Qızıl top"u kim qazanacaq?
"El-Klasiko"nu "Real" qazandı
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir