Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Uşaqlar, yeniyetmələr və gənclər arasında idmanın təbliği ilə bağlı layihəmiz davam edir. Layihə çərçivəsində növbəti həmsöhbətimiz Bakıdakı 286 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Aytən Niyazova oldu.
A.Niyazova əvvəlcə özü haqqında məlumatları bölüşüb: "Mən Azərbaycan Kooperasiya Universitetinin məzunu olmuşam. Hal-hazırda isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıram. 3-cü kurs tələbəsiyəm. Təhsilimi qiyabi əsaslarla davam etdirirəm. Artıq 5 ildir ki, fiziki tərbiyə müəllimi olaraq çalışıram. Öz ixtisasımı, şagirdlərlə işləməyi çox sevirəm".
O, fiziki tərbiyə dərslərinin təşkili haqqında danışarkən şagirdlərin məktəblərarası müxtəlif yarışlarda iştirak etdiklərini də deyib: "Fiziki tərbiyə dərsləri qruplara ayrılaraq keçirilir. Yəni, sinif siyahısına əsasən, sinif 2 qrupa bölünür. Hər qrupa ayrı bir fiziki tərbiyə müəllimi dərs keçir. Ümumiyyətlə, şagirdlər arasında məktəblərarası bir çox yarışlar olur. Demək olar ki, bütün idman növlərinə uyğun yarışlar keçirilir. Voleybol, futbol, basketbol - bu idman növlərinə aid müxtəlif yarışlar təşkil olunur".

A.Niyazova şagirdləri arasında istedadlı uşaqların çox olduğunu vurğulayıb: "Şəxsən mənim dərs keçdiyim şagirdlər arasında istedadlı uşaqlar var. Onlar gələcəkdə cüdo, taekvondo, futbol idman növləri üzrə uğurlu nəticələr qazana bilərlər. Bu şagirdlərimdən böyük nailiyyətlər gözləyirəm".
O, qeyd edib ki, uşaqlar fiziki tərbiyə dərslərində həvəslə iştirak edirlər: "Hal-hazırkı dövrü, hiperaktiv uşaqların çoxluğunu nəzərə alsaq, deyə bilərik ki, fiziki tərbiyə fənni şagirdlərin ən sevdiyi fəndir. Çünki uşaqlar hərəkətlidirlər. Uşaqlar fiziki tərbiyə dərslərində özlərini tapırlar. Onların lazımi geyim qaydalarına riayət edərək, dərslərdə həvəslə iştirak etməkləri əlbəttə ki, müsbət haldır. Müəllimlər isə çalışır ki, dərsləri yüksək səviyyədə keçsin".

Həmsöhbətimiz məktəblərdəki idman zallarının, infrastrukturun durumundan da söz açıb: "Bəzi məktəblər var ki, orada infrastruktur normal deyil. Amma bir çox məktəblərdə şərait yaxşıdır. Ümumilikdə bunu deyə bilərəm ki, Bakı şəhərindəki məktəblərdə problem yoxdur. Təbii ki, müəyyən dövrdən sonra zallar, digər vasitələr təmir tələb edir. Mənə elə gəlir ki, bunu müəyyən qurumlar diqqətdə saxlayırlar və lazımi işləri görürlər".
Fiziki tərbiyə müəllimi bunu da qeyd edib ki, uşaqlarla dost münasibəti qurur və onlarla söhbətlər aparır: "Hər bir şagirdin fərq qoyduğu müəllimlər olur. Bəzən elə olur ki, uşaq sinif rəhbərinə deyə bilmədiyi sözü başqa bir fənnin müəlliminə danışır. İlk növbədə müəllim sərhədləri qorumaq şərti ilə uşaqlara dost olmalıdır. Şagirdərlə elə bir münasibət qurmaq lazımdır ki, o, hər hansı bir problemi, çətinliyi olanda müəllim ilə bölüşə bilsin. İnansın ki, müəllimi ona düzgün yolu göstərəcək. Uşaqlarla bəzən müəllim, bəzən dost, bəzən valideyn kimi danışırıq. İdman baxımından isə uşaqlara söhbətlərimizdə hər zaman idmanın müsbət keyfiyyətlərini vurğulayırıq. Bildiririk ki, həyatda ən böyük dəyər sağlamlıqdır. Fiziki tərbiyə isə sağlamlığı qoruyur".

O, dərsləri uşaqlar üçün daha əyləncəli hala gətirdiyini deyib: "Fiziki tərbiyə fənninin 4 vəzifəsi var. Bunlar maarifləndirici, öyrədici, inkişaf etdirici və sağlamlaşdırıcı vəzifələrdir. Müəllim bu vəzifələri nəzərə alaraq dərs keçməlidir. Şagirdlər müəyyən hərəkətləri davamlı icra etsələr, yorula bilərlər, maraqları olmaz. Ona görə də biz dərsləri oyuna çeviririk, əyləncəli edirik. Uşaqlar fiziki tərbiyə dərslərinə ona görə can atırlar ki, burada həm öyrənirlər, həm əylənirlər".
A.Niyazova şagirdlərlə olduğu kimi, valideynlərlə də söhbətlər apardıqlarını söyləyib: "Valideynlərlə də söhbət edirik. Uşaqların hansısa bir idman növünə uyğun istedadını görəndə bu barədə valideynlərə məlumat veririk. Hərdən də elə olur ki, uşaq cüdonu sevir, amma valideyni onu başqa idman növü üzrə məşqlərə yazdırır. Belə olanda da valideynlərlə danışırıq. Çünki şagirdin potensialını fiziki tərbiyə müəllimi görür. Ümumiyyətlə, bizim ölkəmiz idman ölkəsidir. Prezident cənab İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin də prezidentidir. Ölkəmizdə bir çox mötəbər yarışlar keçirilib, idmançılarımız dəfələrlə bayrağımızı zirvəyə qaldırıb, himnimizi səsləndiriblər. Ona görə də şagirdlərin idmana marağı yüksək səviyyədədir".
"Artıq Azərbaycanda qızların idmanla məşğul olmaması ilə bağlı stereotiplər qırılır. Mənim elə qız şagirdlərim olub ki, onlar taekvondo üzrə Azərbaycan çempionluğunu qazanıblar. Voleybol, karate üzrə də uğur qazanan qız şagirdlərim olub. Bu, çox sevinirici haldır. Artıq qızlarının idmanla məşğul olmağına icazə verməyən valideynlər nadir halda görünür. Qızların idmana maraq göstərməsi, uğur qazanması ölkə olaraq hər birimizin uğurudur".
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Ronaldonun komanda yoldaşı klubdan ayrılır
"Mançester Siti" "Qalatasaray"la matça itkilərlə çıxacaq
Millimizin üzvü oynadı, komandası uduzdu
Futbolçu azarkeşlərlə dava etdi - Video
"Kəpəz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Bavariya"dan mövsümün ilk məğlubiyyəti
Arda Gülerin "Real"dakı gələcəyi bilindi
"Qəbələ"nin böyük hesablı qələbəsi - Video
"Bu qələbəyə çox ehtiyacımız var idi" - "Kəpəz"in futbolçusu
Millimiz Danimarkanı məğlub etdi
"Kəpəz" "Qarabağ"a, "Qəbələ" "Şamaxı"ya qalib gəldi
“Araz-Naxçıvan”ın Maçadosu 20-yə çatdı
"Neftçi"dən 100-cü qolsuz oyun
"Araz-Naxçıvan" 21-ci oldu
Traore "Fulhem"dən ayrılır
"Bu matç bizim ayılmağımıza təsir edəcək" - Ayxan Abbasov
“Liverpul”dan gedir
"Qarabağ" - "Kəpəz" : Heyətlər
Millimizin üzvü Bundesliqa klubunda
"Napoli"dən İngiltərə klubuna
"Şamaxı" - "Qəbələ": Heyətlər
Güləş üzrə Azərbaycan çempionatları Gəncədə keçiriləcək
Kosovo klubundan ayrıldı, "Şəfa"ya keçdi
“Qızıl oğlan”ın qızıl qolu - Video
"İnter"dən 6 qollu qələbə - Video
“Roma” onu icarəyə verdi
“Qarabağ”ı İngiltərəyə uzun yolçuluq gözləyir
“İnter”in baş məşqçisi olimpiadanın məşəl daşıyıcısı olacaq
UEFA-dan Azərbaycana xoş olmayan avrokubok xəbəri
“Trabzonspor” qalib gəldi
"Qalatasaray" "Napoli"nin futbolçusunu transfer etdi
"Neftçi"nin "Zirə" ilə heç-heçəsindən - Video
"Arsenal"dan "Marsel"ə
"Vəziyyət pisə doğru gedir" - Rəşad Sadıqov
Azərbaycan Üzgüçülük Federasiyasında yeni vitse-prezident