Gözlənilən derbi günü gəldi

Gözlənilən derbi günü gəldi
DÜNYA FUTBOLU 26 Oktyabr 2026 / 10:18 451
-  A +

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi olacaq.

QOL.az xəbər verir ki, 9-cu turun matçında  “Qalatasaray” öz meydanında əzəli rəqibi “Fənərbaxça”nı qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.

“Qalatasaray” 8 turdan sonra 19 xalla ikinci sıradadır. 16 xalı olan “Fənərbaxça” isə üçüncüdür. Komandaların hazırkı mövqeyi derbiyə marağı bir qədər də artırır.

Turnir cədvəlinə 20 xalla (9 oyuna) “Amedspor” başçılıq edir.


Qarabağ FK
Son xəbərlər
topaz banner