Medianın İnkişafı Agentliyinin layihəsi
“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində “Dinamo”ya uduzaraq turnirdə mübarizəsini dayandırdı. Ağdam klubu yoluna Avropa Liqasını Liqa mərhələsində davam edəcək. Bununla da "Qarabağ" ardıcıl 11-ci dəfə avrokubokların əsas mərhələsinə yüksəlib.
“Zirə” isə Konfrans Liqasının pley-off mərhələsində “Omoniya”ya məğlub olaraq turnirlə vidalaşdı. Daha əvvəl “Sumqayıt” və “Sabah” da mübarizəni başa vurmuşdular ki, buna ötən yazılarımızda toxunmuşuq.
Budəfəki mövzumuz isə "Qarabağ" və "Zirə"nin avrokuboklardakı çıxışarı ilə bağlıdr. Bununla əlaqədar futbol mütəxəssislərinin fikirlərini öyrəndik.
Futbol mütəxəssisi Bəxtiyar Musayev əvvəlcə “Qarabağ”ın çıxışı haqda danışıb: “Təəssüf ki, “Qarabağ” komandası Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana bilmədi. Bu il çox yaxınlaşmışdılar. Bildiyimiz kimi, pley-off mərhələsində hər iki oyunun nəticəsinə görə Zaqreb “Dinamo”suna uduzdular. Deməzdim ki, bu, uğursuzluq oldu. Futbol ölkəsi olmayan Azərbaycan üçün pley-offa qatılmaq özü də bir uğurdur. Amma ümidimiz var idi. Düşünürəm ki, ilk oyunda imkanı əldən verdik. Saysız qol epizodları yaradırdıq. Rəqib isə əlinə düşən fürsətlərdən yararlandı. Demək olar ki, ilk oyunda bəxt “Qarabağ”ın tərəfində olmadı. Cavab oyununda da həm bizdə, həm azarkeşlərdə ümid var idi. Çünki ilk oyunu çox yaxşı keçirmişdilər, sadəcə bəxtsizlik var idi. İkinci oyunda, məncə, tələskənlik, erkən qol vurmaq istəyi “Qarabağa” mane oldu. Yenə də rəqibin azsaylı qol epizodlarına girib, onları dəyərlənirmək böyük rol oynadı. Təəssüf... Çox yaxın idik. “Qarabağ” oynayaraq göstərdi ki, “Dinamo”nu keçə bilərdi. Amma alınmadı. İnşallah, gələcək illərdə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmaq olar”.
O, “Qarabağ”ın bu il Avropa Liqasında çıxışlarından ümidli olduğunu qeyd edib: “Artıq “Qarabağ” Avropa Liqasının Liqa mərhələsində çıxış edəcək, rəqibləri bəllidir. Güclü rəqiblər də var, başa-baş mübarizə apara biləcəkləri rəqiblər də. İndidən “Qarabağ” komandasına uğurlar arzu edirəm. Öncəki illərdə də “Qarabağ” bizi o qədər yaxşı mənada təəccübləndirib ki, ümid edirəm, bu dəfə də yeni formatda olan Avropa Liqası matçlarında bizi sevindirərlər və ən azı pley-offa qatılmaq hüququ əldə edərlər. Gözləntimiz böyükdür. “Qarabağ” hər dəfə özündən də güclü komandalara qarşı layiqli mübarizə aparıb. Ümid edirəm ki, bu mövsüm də Avroliqada pley-offdan çıxmağı bacararlar”.
B.Musayev “Zirə”nin çıxışı haqda da söz açıb: “Zirə” Konfrans Liqasının Liqa mərhələsinə düşməyin bir atdımlığında idi. “Zirə” üçün bu, böyük bir nəticə olardı. Ancaq səfərdəki oyun hər şeyin üstündən xətt çəkdi. Amma bura qədər gəldiklərinə görə “Zirə”yə təşəkkür düşür. Özlərindən güclü rəqiblərə qarşı layiqli mübarizə apardılar, onları üstələməyi bacardılar. Təəssüf ki, Konfrans Liqasına vəsiqə qazana bilmədilər, amma buna uğursuzluq deyə bilmərəm. Pley-offa qatılmaq “Zirə” komandası üçün uğurdur. Heyif ki, Kiprdə keçirilən ilk oyunda məğlubiyyət, oyunun alınmaması, rəqibin bütün fürsətlərdən yaxşı istifadə etməsi komandamızın qrupa düşməyinə mane oldu. Gələcək illərdə də “Zirə”yə uğurlar arzu edirəm. Bu il çox da düşünməzdim ki, pley-offa qədər yüksələ bilərlər, amma “Zirə” komandası bunu bacardı. Uğurlu çıxış kimi dəyərləndirmək olar”.
Futbol mütəxəssisi Yunis Hüseynov isə “Qarabağ”ın pley-off mərhələsində məğlubiyyəti haqda belə deyib: “Əgər “Qarabağ” Xorvatiyada keçirilən ilk oyunda əlinə düşən qol epizodlarını istifadə etsəydi, düşünürəm ki, orda böyük hesabla qalib gələ bilərdi. Əfsuslar olsun ki, futbolda belə bir şeylər olur. Sən vurmursansa, sənə vururlar. “Qarabağ”ın da həmin oyunda kifayət qədər imkanları oldu. Oyun tamam başqa cür ola bilərdi. Həm də “Qarabağ” komandası səfərdə daha yaxşı çıxış edir. Oradakı oyunda daha yaxşı çıxış etmişdi. Qələbələyə layiq oyun keçirdilər, amma ona baxmayaraq, məğlub oldular. Bakıdakı oyunda isə 0:3 hesablı məğlubiyyətdən sonra “Qarabağ” çoxlu qol vurmalı idi. Ona görə klubumuz hücuma atıldı və çoxlu imkanlar da yaratdı. Deyərdim ki, ilk 15-20 dəqiqədə olan imkanlardan yararlansaydılar, başqa cür ola bilərdi. Rəqib komanda da bilirdi ki, “Qarabağ” hücumda güclüdür, ona görə müdafiələrini, oyunlarını yaxşı tərəfdən qurmuşdular, əks-hücumlara yönlənmişdilər. Gördüyümüz də o oldu, “Qarabağ” hücuma atıldı, amma müdafiədə boşluqlar oldu. Bundan da Xorvatiya komandası istifadə edib, qələbə qazandı. Amma oyun baxımından “Qarabağ” həmin görüşlərdə yaxşı
çıxış etdi. “Qarabağ” Çempionlar Liqasında oynayıb. Ona görə demək bizim üçün ora düşmək mümkünsüz deyil. Sadəcə bəxt amili rol oynadı. Zaqreb “Dinamo”su düşəndə, dedim ki, keçiləsi rəqibdir və qrup mərhələsinə düşmək olar. Təəssüflər olsun ki, bəxt “Qarabağ”ın tərəfində olmadı”.
O, Avropa Liqasından nəsə demək üçün çətinlik çəkdiyini bildirib: “Avropa Liqasında yeni formatdı, bu format mənə biraz uzaq gəlir. Məncə, keçmiş format daha maraqlı olardı. Ona görə bu format haqda danışmaqda biraz çətinlik çəkirəm. Amma inanıram ki, “Qarabağ” komandası ilk 4-lükdə ola bilər. “Tottenhem”, “Ayaks”, “Lion” komandaları favorit sayılır. “Olimpiakos” da güclənib. Amma digər komandalarla oynamaq olar. Tanıdığımız rəqiblər də var, ona görə nəsə etmək olar. Bir Norveç komandasıyla oyun var ki, səfərdə olacaq və qış aylarına düşəcək. Soyuqda çətin ola bilər biraz. Amma oyun baxımından baxsaq, “Qarabağ” qalib gələ bilər”.
Y. Hüseynov “Zirə”nin builki çıxışı haqda da danışıb: “Əlbəttə, istəyərdik ki, “Zirə” də avroliqalarda qrup mərhələsində çıxış etsin. Amma bu, “Zirə”nin ilk ili idi. Ona görə də pley-off mərhələsinə çatmaq yaxşı nəticədir. “Omoniya” ilə ilk oyunda 0:6 hesablı məğlubiyyətinə baxmayaraq, Bakıdakı oyunda qələbə qazandı. Bu isə futbolçulara motivasiya verir. Hazırda “Zirə” komandası fikrini yerli çempionata yönəltməlidir. Çempionatda yaxşı yer tutub, gələcək oyunlarında səhvlərini düzəltməlidir”.
Mütəxəssis “Zirə”nin Konfrans Liqasının qrup mərhələsinə düşə bilməməsinin səbəblərindən danışıb: “Zirə”nin qrup mərhələsinə vəsiqə qazanmağa mane olan ilk oyunda buraxılan səhvlərdir. “Omoniya” ilə səfər matçında müdafiədə çoxlu səhvlər oldu. Ona görə ağır məğlubiyyət oldu. 0:6 hesabının əvəzini çıxmaq çox çətindir. Müdafiəçinin elə səhvləri olur ki, mütləq qolla yekunlaşır. Rəqib komanda əlinə düşən imkanlardan maksimum istifadə etdi. Ona görə də “Zirə” ilk oyunda şansını itirdi”.
Həmsöhbətimiz qeyd edib ki, klublarımızın əsas keyfiyyəti legionerlərin hesabına artır: “Düşünürəm, bizim oyunçular da daha çox oynamalıdır. Düzdür, hər klub fikirləşir ki, əsas klubum yaxşı olsun. Amma yerli Azərbaycan futbolunu da fikirləşmək lazımdır. Bəli, klublarımızda irəliləyiş var. Bunlar amma əsasən legionerlərin sayəsindədir. Orta legionerlər gətiriblər, pis təsir bağışlamırlar. Ona görə avroliqalarda klub səviyyəsində artım görsənir. Amma legionerlərin çoxluğuna görə, yerli futbolçular azalır. Ümumi götürəndə də milli komandamıza ziyan dəyir. Düzdür, başqa millətlərin komandalarında da legionerlər çox olur, söhbət onda deyil. Biz futbolumuzun həm klub, həm milli səviyyəsində inkişafını istəyiriksə, biz yerli oyunçulara üstünlük verməliyik. Deyə bilərsiz ki, yerli futbolçular gərək oynasın ki, onlara diqqət yetirsinlər. Amma artıq yerli oyunçularımızı yetişdirməliyik, özümüz diqqət yetirməliyik. Çoxdan fikirləşmək lazım idi. Amma nə qədər ki, gec deyil, etmək lazımdır”.
Cavad Musayev
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub
Montelladan qələbə şərhi
Dünyanın ən bahalı futbolçuları - Siyahı
Azərbaycan millisindən biabırçı məğlubiyyət
"Gözəl əxlaqlı uşaqlar yetişdirmək istəyirik" - Mesut Özil
Mesut Özil Bakıda uşaqlarla futbol oynayıb - Şəkillər
Mesut Özil Azərbaycanda akademiya açır?
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşısı seçildi
Estoniya - Azərbaycan - Heyətlər
“Mançester Siti”nin yeni idman direktoru bəlli oldu
"Barselona" doğma meydanına qayıdışı təxirə saldı
“Zirə” – “Araz-Naxçıvan” oyununun vaxtı müəyyənləşdi
"Çelsi"nin baş məşqçisi fərqləndi
Misli Premyer Liqasında 15 oyunun vaxtı açıqlandı
Tanınmış futbolçu karyerasını bitirdi
Azərbaycan daha bir yarışa ev sahibliyi edəcək
Dünyanın ən güclü futbol klubu açıqlandı
AFFA iki məşqçini sərt cəzalandırdı
Fərid Qayıbov Mesut Özillə görüşdü - Şəkillər