Medianın İnkişafı Agentliyinin layihəsi
Azərbaycanın sambo üzrə milli komandası 5-9 oktyabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkekdə yeniyetmələr və gənclər arasında keçirilən dünya çempionatında iştirak etdi. Yarışa 14 idmançı ilə qatılan yığma bu turnirdə 3 gümüş, 2 bürünc medal qazandı.
Ümumiyyətlə, Azərbaycanda idmanın inkişafı üçün görülən işlər sambonun inkişafına və yüksəlişinə də öz təsirini göstərir. Bəs dünya çempionatında qazanılan medallar gələcək beynəlxalq yarışlar üçün nə vəd edir? Yeniyetmə və gənclər arasında samboya maraq nə qədərdir?
Bu suallara cavab tapmaq üçün Azərbaycanın sambo millisinin baş məşqçisi Bəxtiyar Hacıyevlə söhbətləşdik.

B.Hacıyev əvvəlcə millinin iştirak etdiyi son dünya çempionatı haqqında fikirlərini bölüşüb: "Yeniyetmələrdən və gənclərdən ibarət Azərbaycan millisi dünya çempionatında demək olar ki, tam heyətlə iştirak edirdi. Fürsətdən istifadə edərək, bizə yaratdıqları şəaitə görə həm Gənclər və İdman Nazirliyinə, həm də Azərbaycan Sambo Federasiyasına təşəkkür edirəm. Həmçinin Gəncə, Göygöl Olimpiya Kompleksinin rəhbərliyinə də minnətdarlığımı bildirirəm. Çünki onlar bizə dəstək oldular, orada təlim-məşq toplanışı keçdik, dünya çempionatına hazırlaşdıq. Komandamız dünya çempionatıda 14 idmançı ilə təmsil olundu. Yarış Qırğızıstanı Bişkek şəhərində keçirildi. Azərbaycan millisi dünya çempionatında 3 gümüş 2 bürünc medal qazandı. Bu, bizim üçün qənaətbəxşdir. Amma hakimlərin ədalətsizliyi olmasaydı, daha çox medal qazanardıq. İnşallah, çalışacağıq ki, gələcək yarışlarımızda medallarımızın sayı daha da çox olsun".
Mütəxəssis Azərbaycan millisinin ümumi durumu haqqında da danışıb: "Azərbaycan millisinin durumu demək olar ki, yaxşıdır. Hər şey normaldır. Məşqlərimiz davam edir. Gələcək yarışlarımız üçün hazırlaşırıq"
O, komandanın qarşıda qatılacağı yarışlardan bəhs edib: "Fevral ayında Respublika çempionatı keçiriləcək. Kişilər arasında bu ilin noyabr ayında dünya çempionatı olmalı idi. Lakin yarış İrəvanda keçiriləcəyi üçün biz orada iştirak etməyəcəyik"
O, Azərbaycanda sambo idman növünə marağın kifayə qədər olduğunu qeyd edib: "Əlbəttə ki, ölkəmizdə samboya maraq var. Sambo ən tanınmış qeyri-Olimpiya idman növüdür. Sambo Azərbaycada çox inkişaf edib".

B.Hacıyev bildirib ki, sambonun Beynəlxalq Olimpiya Komitəsinin proqramına daxil edilməsi mötivasiyaedici və müsbət bir haldır: "Sambo Beynəlxalq Olimpiya Komitəsinin proqramına da daxil edilib. Lakin Olimpiya Oyunlarrında sambo yarışlarının keçirilməsi hələ təsdiq edilməyib. Çalışacağıq ki, sambo Olimpiya idman növü kimi təsdiqlənənə qədər ölkəmizdə sambonu daha da inkişaf etdirək, gənclərimiz Azərbaycana Olimpiya medalları gətirsinlər".
O, sambonun Beynəlxalq Olimpiya Komitəsinin proqramına daxil edilməsindən sonra ölkəmizdə samboya marağın daha da artığını söyləyib: "Sambo Beynəlxalq Olimpiya Komitəsinin proqramına daxil edildikdən sonra Azərbaycanda samboya maraq həqiqətən də artıb. Ölkəmizdə 2015-ci ildə 1-ci Avropa Oyunları keçirildi. Samboçularımız həmin yarışda medallar qazanmışdılar. Biz istəyirik ki, bu ənənə gələcəkdə də davam etsin".
Mütəxəssis bölgələrdə sambonun inkişafı üçün mütəmadi olaraq işlərin görüldüyünü, tez-tez bölgələrə yollandıqlarını deyib: "Bölgələrimizdə sambonun inkişafı üçün Azərbaycan Sambo Federasiyası tərəfindən işlər görülür. Bacardığımız qədər idmançılarımızı, məşqçilərimizi yaxşı şəraitlə təmin etməyə çalışırıq. Dövlətimizin də böyük dəstəyi var. Çalışırıq ki, inkişaf davam etsin, gənclərimiz bu idman növü ilə məşğul olsunlar. Mütəmadi olaraq bölgələrə gedirik, yarışlar təşkil edirik. İdmançıların məşqləri ilə, şəraiti ilə maraqlanırıq".
B.Hacıyev artıq əksər uşaqların sambo ilə mşğul olmaq istədiyini deyib: "Aşağı yaş qruplarında axın var. Uşaqlar sambo ilə məşğul olmaq istəyirlər".
O, 2025-ci ildə Azərbaycanda keçiriləcək 3-cü MDB Oyunları haqqında da danışıb: "Bilirsiniz ki, Azərbaycanda 2025-ci ildə MDB Oyunları keçiriləcək. Yeniyetmələr arasında bizim idmançılarımız da çıxış edəcəklər. Biz də bu mövzuda işlər aparırıq ki, idmançılarımız yaxşı nəticələr göstərsinlər".
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Millidə tarixi qol vurdu
Kürasao - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Ekvador - Almaniya: Heyətlər
"Bavariya" mundial oyunçusuna göz dikdi
"Mançester Yunayted" onu yenidən "Trabzonspor"a göndərir
Uğursuz çıxışdan sonra millini tərk etdi
Mərakeş millisindən yeni rekord
Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
Mourinyo oyunçularının DÇ-2026-nı tez tərk etməsini istəyir
"Rəqibə hörmətlə yanaşsaq..."
Mundiallarda ən çox ona qarşı qayda pozuldu
“Qarabağ”dan bu yayın 6-cı transferi - Rəsmi
"Bayer"dən "Arsenal"a keçdi
AFFA 2 komandanın şikayətini təmin etdi
"Səbail"ə qayıtdı
Rəqibin ayağını sındırdı - Sərt cəzalandırıldı
Corcina: "Ronaldo 50 yaşına qədər oynaya bilər"
Fransa - Norveç matçı təxirə salına bilər
Ronaldo və Rivaldonun göstəricisini təkrarladı
"ABŞ ilə matç bizim üçün şərəf oyunudur" - Kenan Yıldız
Meksika azarkeşlərinin bayramı faciə ilə nəticələndi
FIFA bu ölkənin üzvlüyünü dayandırdı
Tramp: "DÇ-2026 rekordlar qırır"
“İnter” Dimarkonun müqaviləsini uzadır
İran millisi Misirlə oyundan əvvəl problemlə üzləşdi
Neymar paltardəyişmə otağında ağlayıb
Urfan Abbasovla yollar ayrıldı
Keyta "Qəbələ" ilə müqaviləni uzatdı
Mundialda bombardirlik yarışı - TOP-20-də kimlər var?
Mərakeş Haitini bu 4 qolla yola saldı - Video
DÇ-2026 ilə vidalaşdı, növbəti mundiala hazırlaşır
"Zirə"dən ayrılan futbolçu "Araz-Naxçıvan"a keçdi
Mehdi Cənnətovun yeni klubu
Montella azarkeşlərə müraciət etdi
FİFA-nın yeni dünya çempionatı Azərbaycanda - Rəsmi
Vinisiusun dublu, Braziliyanın qələbəsi - Video
Mundialda ilk pley-off cütü müəyyənləşdi
İsveçrə Kanadaya belə qalib gəldi - Video
Neymar DÇ-2026-da ilk dəfə heyətə daxil edildi
İsveçrə və Kanada pley-off-da, Qətər qrupda qaldı
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
İsveçrə - Kanada matçının heyətləri açıqlandı