“Real” Mbappenin millidə zədələnməsindən narazı qalıb

“Real” Mbappenin millidə zədələnməsindən narazı qalıb
DÜNYA FUTBOLU 27 Sentyabr 2026 / 16:22 111
-  A +

Madrid “Real”ında Kilian Mbappenin Fransa millisində zədələnməsindən narazılıq yaranıb.

QOL.az xəbər verir ki, bu barədə “L'Équipe” məlumat yayıb.

Məlumata görə, hücumçu milli komandaya əvvəlki zədəsinin olduğu nahiyədə yüngül ağrı ilə yollanıb. “Real” bu barədə Fransa millisinin məşqçilər korpusunu məlumatlandırıb və Mbappenin vəziyyətinə maksimum diqqətlə yanaşılmasını, hətta futbolçuya istirahət verilməsini istəyib.

Buna baxmayaraq, Mbappe Millətlər Liqasında Türkiyə ilə oyunda meydana çıxıb. Görüş zamanı 26 yaşlı futbolçu zədələnib. Onun sol diz oynağının arxa kapsulunda hiperextension diaqnozu qoyulub.

Bildirilir ki, Mbappe təxminən iki həftə yaşıl meydanlardan uzaq qalacaq.

Bizi İnstaqramda izləmək üçün kliklə!

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner