Şotlandiya - Azərbaycan matçının hakimləri açıqlandı

Şotlandiya - Azərbaycan matçının hakimləri açıqlandı
ÖLKƏ FUTBOLU 27 Sentyabr 2026 / 17:02 71
-  A +

Azərbaycan U-21 millisinin Şotlandiya ilə keçirəcəyi Avropa çempionatının seçmə mərhələsi oyununa hakim təyinatları açıqlanıb.

QOL.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçı norveçli hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Matiyas Stöfrinqshauq olacaq. Ona həmyerliləri Erland Hareland və Edvard Helgerud kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Mohammad Usman Aslam yerinə yetirəcək.

Qeyd edək ki, Şotlandiya - Azərbaycan oyununun start fiti sentyabrın 30-da Bakı vaxtı ilə saat 22:30-da səslənəcək.

Bizi İnstaqramda izləmək üçün kliklə!

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner