Millət vəkili Aqil Abbas jurnalist Nicat Dağların “Qarabağ”ın avrokubok oyunlarına bilet almadan gələn azarkeşlərlə bağlı yazısına cavab verib. “Ədalət” qəzetinin saytında – adalet.az-da işıq üzü görən bu yazını Qol.Az-ın oxucularına təqdim edirik.
Dostum, «Aznews»da sənin futbolla bağlı ürək yanğısı ilə yazdığın bir köşəni oxudum. Çox istərdim ki, sənin həmin yazını bütün saytlar, qəzetlər çap edəydi. Yəni daha geniş auditoriyaya çıxaydı bu yazın, çünki başqalarına adi görünsə də, əslində çox ciddi məsələdi. Mənim və mənim kimilərinin ürəyindən keçən bir problemə toxunmusan.
Mən də həm mətbuatda, həm də televiziya kanallarında bu məsələyə öz münasibətimi dəfələrlə bildirmişəm. Sənin yazını oxuyandan sonra yenidən bu mövzuya qayıtmaq istədim.
Bəli, futbolçulardan çox şey tələb edirik. Az qalırıq deyək ki, gedin, Almaniyanı Münhendə, Braziliyanı da Rio de Janeyroda udun. Bildik, bilmədik, məşqçiləri yuyub-səririk, futbolçuları yuyub-səririk, söyürük, məşqçilərə məsləhət veririk, bunu belə eləməlisən, onu belə eləməlisən.
Adı yadımdan çıxıb, bir rus siyasətçisi bir dəfə maraqlı bir söz dedi. Dedi ki, üç şeyi hamı bilir: futbolu, kinonu, bir də polis işini. Yəni hamı deyir oyunu belə qurardım, topu belə atardım, mən məşqçi olsaydım dünyanı dağıdardım və sair, yaxud mən bu kinonu belə çəkərdim, orda belə eləyərdim, filan eləyərdim, mən bu cinayəti belə açardım, cinayətkarı elə tutardım, əməliyyatı belə qurardım və sair və ilaxır. Və əlavə etdi ki, indi siyasət də olub dördüncü.
Bir dəfə Vaqif Cavadov «Qarabağ»da oynayanda oturmuşduq Şərəf tribunasında. Füzuli Cavadov da bizimlə bir yerdə oturmuşdu. Oturanların da 90 faizi futbol mütəxəssisi deyildi. Və hamı nöqsan tuturdu, xüsusilə də Vaqif Cavadova. Gərək topu filan yerə ataydı, filan cür qaçaydı, topu belə saxlayaydı. Axırda Füzuli Cavadov hövsələdən çıxıb dedi: «Balam, burda hamı futbol alimidi ki?» Yəni biz hamımız futbol alimiyik.
İndi gələk mətləbə. Bəli, futbolçulardan çox şey tələb edirik, amma futbolumuzu nə qədər sevirik? Söhbət bilet alıb-almamaqdan getmir, 1 manatdan getmir, söhbət sevgidən gedir.
Bir dəfə «Qarabağ»la «Kəpəz» Azərbaycan Kubokunun finalını oynayırdılar. Mən də bahalı bir qılınc apardım özümlə. Elan etdilər ki, oyunun ən yaxşı futbolçusuna Aqil Abbas qılınc hədiyyə edəcək. «Qarabağ» həmin finalda «Kəpəz»ə uduzdu və münsiflər də ən yaxşı oyunçu kimi «Kəpəz»in futbolçusu Ramiz Məmmədovu seçdi. Mən də meydançaya enib azarkeşlərin alqışı altında qılıncı Ramiz Məmmədova təqdim elədim. Ramiz Məmmədov indi tanınmış məşqçidi, uzun illər də «Qəbələ»nin baş məşqçisi olub. Vaxtilə «Qarabağ»da da oynayıb. Geri qayıdarkən özündənrazı bir ağdamlı kinayə ilə mənə dedi ki, müəllim, gərək o qılıncdan iki dənə gətirib verəydin «Kəpəz»in oyunçularına. Yəni niyə ağdamlılara yox, gəncəlilərə verdim qılıncı, buna əsəbləşmişdi kişinin oğlu. Boğurdum onu. Bilirsən niyə? İlk dəfəydi ki, futbola baxmağa gəlirdi, «Qarabağ»ın oyununa gəlirdi. Mən az qala «Qarabağ»ın bütün azarkeşlərini sifətdən tanıyıram, o fanatları deyirəm. Yəni bu adamı ilk dəfəydi stadionda görürdüm. Boğurdum ki, ömründə bir dəfə «Qarabağ»ın oyununa gəlirsən və başından da yekə danışırsan.
İndi bir manat cəhənnəm, çempionatın oyunlarına baxıram, stadionlar bomboş, 400-500, bir-iki oyun var ki, bu da olsun min nəfər adam olur. Budu bizim futbola sevgimiz, futbolçulara sevgimiz?! Və böyük oyunlara gələnlər də, sən demiş, bilet almağa can çəkirlər.
Gürcüstanda bir şəhər var- Lançxuti. Onun bir komandası da var «Quriya». Bir dəfə hətta SSRİ birinciliyində yüksək liqaya da çıxdı. Şəhərin on min əhalisi olmaz, amma 30 minlik stadionu var. Oyun vaxtı stadion dolur, bilirsiniz? Çünki ətraf rayonlardan da yığışıb gəlirlər futbola baxmağa. Və futbolçu arxasında böyük bir dəstək görür, sevgi görür və ürəyini qoyur. Azarkeşlərə havayıdan 12-ci futbolçu demirlər ki? Biz isə Bakının ortasındakı stadionlara getməyə ərinirik. Məndən olsa, Azərbaycanın yüksək liqasının oyunlarının televiziyada yayımlanmasına icazə verməzdim. Qoy ikinci liqanı yayımlasınlar. Evdə isti otaqda oturub çay içə-içə məşqçiyə, futbolçuya söyməkdən asan nə var ki? Get dəstək ol da. Futbolçular da arxalarında sizi görsünlər, sizin nəfəsinizi, sevginizi hiss etsinlər, ürəklə oynasınlar.
Futbol da bir tamaşadı. Fikirləşin, rejissor, aktyorlar gözəl bir tamaşa səhnəyə qoyublar, zalda 20 tamaşaçı var. O aktyor nə oyun nümayiş etdirə bilər? Eləcə də futbolçu.
Məni yandıran başqa məsələ var, onu da yazım, ay Nicat. Azərbaycan klubları və ya millisi Avropada oyunlara gedir. O gün «Qarabağ» oynayanda iki avtobus azarkeş var idi Fransa stadionunda. Statiskanı qaldırıb baxsaq həmin şəhərdə və həmin şəhərlərdə bəlkə də minlərlə, on minlərlə azərbaycanlı yaşayır. Novruz bayramında dolma bişirməkləri ilə fəxr eləyən həmin o soydaşlarımız öz komandalarına dəstək vermək üçün stadiona gəlməyə can çəkirlər, biz burda can çəkdiyimiz kimi.
Amma indi fikir verin, Türkiyənin komandaları Avropaya gedir, stadion türk bayraqlarından yanır.
Bir dəfə gərək ki, «Qalatasaray» Almaniyada «Bavariya» ilə oynayırdı və qalib gəldi. Oyundan sonra «Bavariya»nın məşqçisi bilirsən nə dedi? Dedi, qardaş, mən neyləyim, mən rəqib meydançasında oynayırdım. Türk azarkeşlərinin sayı alman azarkeşlərinin sayından çox idi və bütün stadion «Türkiyə» bağırırdı. Təbii ki, az kvota ayrılır rəqib komandanın azarkeşlərinə, amma türklər almanlardan dörd qat baha qiymətə bilet alıb stadionu doldururlar. Xaricdəki diasporlarımız təşkil eləməlidirlər ki, Azərbaycan millisi və ya Azərbaycan komandaları oynayanda ordakı azərbaycanlıları stadiona gətirə bilsinlər. Lazım olsa, lap zorla. Sən yazmış, yalançı «can-can» deyincə, canın çıxsın, beş-on manatından keç, gəl komandana dəstək ol.
Nicat, qəribədi, «Qarabağ» oynayanda mənim bu komanda ilə yaxınlığımı bildiklərindən qohumlar, dostlar zəng edib məndən dəvətnamə, ya da bilet istəyirlər. Mən də onları sındırmıram, adam göndərirəm gedib kassadan bilet alır, 14-15-ci bölmələrə, sonra da paylayıram həmin dostlara və qohumlara.
Sənə bir sirr də açım? «Qarabağ»in iki fanklubu var, amma bir-birləriylə araları yoxdu. Belə-belə işlər, dostum.
Nə qədər ki, biz futbolumuza belə laqeydik, elə futbolumuz da bizə laqeyd olacaq. İstəyirsən Peleni gətirib məşqçi qoyaq, xeyri yoxdu.
İmkanım olsa sənə ikinci bir məktub da yazacam futbolla bağlı, problemlərlə bağlı və sair və ilaxır.
Aqil ABBAS
"Real"ın şikayəti rədd edildi
"Mingəçevir" "Cəbrayıl"a belə qalib gəldi - Video
“Qarabağ” UEFA reytinqində irəlilədi
4 qol vuruldu, "Mingəçevir" qalib gəldi
"Benfika" Mourinyo ilə danışıqlarda irəlilədi
“Mançester Siti" mənim yeganə seçimim idi”
2-ci liqada oyunların vaxtı açıqlandı
"Qalatasaray"da ciddi itki
AFFA-dan "Neftçi"yə rədd cavabı
Elxan Səmədovdan "Qarabağ"a təbrik
Azərbaycan kubokunun püşkü atıldı
Azərbaycan kubokunun finalı bu stadionda
Aleksander-Arnoldun durumu açıqlandı
Alleqri cəzalandırıldı
“Real” Çempionlar Liqasının tarixinə düşdü
Qol vurandan bir neçə dəqiqə sonra vəfat etdi
0:2 uduzarkən "Qarabağ"ın qələbə əmsalı 76 olub!
"Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına
Kamilo Duran: "Hesabda geri düşsək də, təslim olmadıq"
"Qarabağ" çox bir şey etmədi" - "Benfika"nın futbolçusu
Prezident “Qarabağ”ı təbrik etdi
Yankoviçin durumu necədir?
"Arsenal" "Atletik"ə belə qalib gəldi - Video
"Qarabağ"ın Lissabondakı möhtəşəm geridönüşü - Video
Tahir Gözel: “Bu qələbəni cənab İlham Əliyevə həsr edirik”
“Qarabağ”a məğlubiyyətdən sonra istefaya göndərildi
AFFA prezidentindən “Qarabağ”a təbrik
Qurban Qurbanovdan tarixi qələbəyə reaksiya
Lissabon qələbəsi Azərbaycanı UEFA reytinqində irəli apardı
"Real" və "Tottenhem"dən qələbə, "Atletik" uduzdu
Möhtəşəm qələbə “Qarabağ”ı neçənci yerə yüksəltdi?
“Qarabağ” “Benfika”nı diz çökdürdü
Yamal "Barselona"nın ÇL matçını da buraxacaq
"Liverpul"la "Mançester Siti" onu hədəflədilər
"Qarabağ" "Benfika" ilə oyuna bu heyətlə çıxır
Millimiz Moldovaya qalib gəldi
"Göygöl"dən qələbə, "Qaradağ Lökbatan"dan darmadağın
Məşqçisi olduğu ən yaxşı futbolçuları açıqladı