“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev Topaz Premyer Liqanın 25-ci turunda “Sumqayıt”a qalib gəldikləri oyundan (2:0) sonra Qol.az saytına müsahibə verib
- “Sumqayıt”ı 10 gün ərzində 3-cü dəfə məğlub etdiniz...
- Oyunda qolun erkən vurulması işimizi asanlaşdırdı. Sevinirik ki, istədiyimiz nəticəni qazandıq. Komandamız xoş sözlərə layiqdir. Çünki eyni komandaya qarşı ardıcıl iki gözəl oyun sərgilədik və baxımlı qollar vurduq.
- Bir həftə ərzində eyni komandaya qarşı iki dəfə oynamaq çətindir, yoxsa asan?
- “Sumqayıt”a qarşı yox, belə meydanda oynamaq çətin idi. Süni örtüklü meydança bizi çox yorur. Azərbaycan çempionatında asan oyun yoxdur. Hər iki matça maksimum nəticə qazanmaq üçün çıxmışdıq. Məncə,“Sumqayıt” haqqında danışılası bir şey yoxdur. Gənclərdən təşkil olunmuş komandadır və meydanda bütün rəqiblərə çətinlik yarada bilirlər. Bu komandanın uğurları hələ qabaqdadır.
- Demək istəyirsən ki, “Sumqayıt” hazırda sizə müqavimət göstərəcək gücdə deyil?
- Yox, belə düşünmürəm. Bizə də çətin anlar yaşatdılar. Qeyd etdiyim kimi, erkən qol matçın taleyini həll etdi. Ümumiyyətlə, biz komanda şəklində işimizin öhdəsindən yaxşı gəldik və layiqli qələbə qazandıq.
- Turnir cədvəlinə baxanda nə hiss edirsən?
- İnanırsınız, çalışıram turnir cədvəlinə baxmayım. Bunu həqiqətən də istəmirəm. Kim udur, kim uduzur, turnir cədvəlində neçənci yerdəyik, çalışıram ki, belə şeylərlə maraqlanmayım. Çünki bizim üçün önəmli olan oyunlara ciddi hazırlaşmaqdır. Hər oyunda öz işimizi görməliyik. Ona görə də turnir cədvəlinə baxmamaq daha faydalıdır.
- “Qəbələ” “Zirə”ni Azərbaycan kubokunda 5:1 hesabı ilə məğlub etdi, ancaq son turda həmin rəqibinə öz meydanında uduzdu.
- Doğrudur, çox maraqlı nəticə qeydə alınıb. Bu o deməkdir ki, bu gün məğlub etdiyin komanda sabah səni çempionluqdan edə bilər. Eyni zamanda bu oyun göstərdi ki, çempionatın qalan turları gərgin mübarizə şəraitində keçəcək. Fikrimcə, “Qəbələ”- “Zirə” matçından dərs almalıyıq. Hər bir kluba qarşı ciddi hazırlaşıb, inamlı oynamaq lazımdır.
- Demək olarmı “Qəbələ” “Zirə”yə məğlubiyyətin əvəzini sizinlə oyunda çıxmaq istəyəcək?
- Həm “Qəbələ”, həm də “Zirə” ancaq bizimlə oyunlara motivasiya olacaq. Onlar çalışacaqlar ki, “Qarabağ”ı ya məğlub etsinlər, ya da ən azı bir xal alsınlar. Bu mənada deyə bilərəm ki, bizi Qəbələdə çətin, aqressiv oyun gözləyir. “Qəbələ”nin son turda məğlub olması bizim işimizi çətinləşdirdi.
Ergün SEYİD
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı