“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Rövlan Muradovun QOL.az saytına müsahibəsi
- Dünən yoxlama oyununda “Şəfa”ya uduzdunuz (0:2). Məğlubiyyətə səbəb nə oldu?
- Yoldaşlıq oyunlarında nəticə önəmli olmur. Əsas baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirməkdir, düzgün oynamaqdır. Pis oyun alınmadı. Buna baxmayaraq, yekunda məğlub olduq. Səhvlərimiz də oldu. Baş məşqçi səhvlərimizi bizə çatdıracaq. Çatışmazlıqlar üzərində daha çox çalışacağıq.
- “İmişli”yə qarşı keçirilən ötən yoxlama oyununda da, “Şəfa” ilə görüşdə də sizi müdafiənin sağ cinahında gördük. Halbuki daha əvvəl yarımmüdafiədə çıxış edirdiniz. Mövqe dəyişikliyi nə dərədəcə çətinlik yaradır?
- Xeyr, çətinlik yaratmır. “Sumqayıt”da Samir Abasovun vaxtında beşli müdafiə ilə oynayanda da sağ cinahda yer alırdım. Ona görə də çətinlik çəkmirəm. Sadəcə məşqçidən məşqçiyə fərq var. Cavid müəllimin tələbləri, fikirləri başqadır. Çalışıram onun dediklərini meydanda lazımınca yerinə yetirim, həm də komandaya daha çox kömək olum.
- Ümumiyyətlə, “Araz-Naxçıvan”a tam uyğunlaşa bilmisiniz, yoxsa bir qədər də vaxta ehtiyac var?
- Komandadakı əksər futbolçuları tanıyıram. Bəziləri ilə daha əvvəl bir yerdə oynamışıq. Yeni gələnlər də var. Düşünürəm ki, bir qədər zaman lazımdır. Bir müddət sonra komandaya tam adaptasiya olacağam.
- Komandanın potensialı çempionatda neçənci yer uğrunda mübarizə aparmağa imkan verir?
- Baş məşqçimiz bizimlə söhbətində bildirir ki, daha çox ambisiyalı olmalı, yüksək yerlər uğrunda mübarizə aparmalıyıq. Gücümüzün buna nə qədər çatıb-çatmayacağını zaman göstərəcək. Düşünürəm ki, yaxşı heyətimiz, keyfiyyətli futbolçularımız var. Klub rəhbərliyi də, məşqçilər korpusu da bizə inanır. Hər oyunda əlimizdən gələnin maksimumunu ortaya qoyacağıq. Çalışacağıq xallar qazanaq və yuxarı yerlər uğrunda mübarizə aparaq.
- “Araz-Naxçıvan” ev oyunlarını Qəbələdə keçirəcək. Bu məqam çıxışınıza necə təsir göstərəcək?
- Əlbəttə, biz də istərdik ki, komanda ev oyunlarını doğma məkanda keçirsin. Təəssüf, hələlik Naxçıvanda oynamaq alınmır. Ümumi götürdükdə isə futbolçu üçün harada oynamağın ciddi fərqi yoxdur. Naxçıvanda, Bakıda, yaxud Qəbələdə oynamaqdan asılı olmayaraq, meydana çıxıb mübarizə aparmalıyıq. Meydandan kənardakı məsələlərin bizə aidiyyəti yoxdur.
Mourinyo, Simeone...
“Marafon”dan ilk
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır