Futbol üzrə Azərbaycanın U-21 millisinin baş məşqçisi Rəşad Eyyubovun QOL.az saytına müsahibəsi
- U-21 millimiz ötən gün Avropa çempionatının seçmə mərhələsinin sonuncu turunda Cəbəllütariqə 3:0 hesabı ilə qalib gəldi və qrupu 10 xalla 5-ci pillədə başa vurdu. Bu, U-21 millisinin tarixinin ən yaxşı nəticəsidir. Bu seçmə mərhələni ümumi olaraq necə qiymətləndirirsiniz?
- Əlbəttə, göstəricilərimizi yaxşılaşdıra bildiyimiz üçün şadam. İstənilən irəliləyiş inkişaf deməkdir. Amma eyni zamanda başa düşürəm ki, Şotlandiya ilə ev oyununda qələbəni son saniyədə əldən verdik. Bolqarıstana qarşı isə son dəqiqələrdə yüz faizlik qol imkanından istifadə edə bilmədik. Yeni bir nəticə əldə etdiyimiz üçün məmnunam.
- Komanda daha üst pillələrdə ola bilərdimi, yoxsa potensialı elə bu qədərdir?
- Biz bütün oyunlarda ən güclü heyətlə meydana çıxa bilmirdik. Elə matçlarımız oldu ki, oyun praktikası olmayan futbolçulara və ya əvəzedicilərin çempionatında çıxış edən oyunçulara şans verməli olduq. Bu reallığı nəzərə alsaq, əldə etdiyimiz nəticədən razıyam. Amma yenə də düşünürəm ki, daha artığını edə bilərdik və bu, bizim maksimumumuz deyildi. Yəni potensial olaraq 14 xal da toplaya bilərdik. İçimdə belə bir fikir də qalır ki, bu, bizim bacardığımız ən yaxşı nəticə deyildi.

- U-21 millimizin əvvəlki oyunlara nisbətən yaxşı təsir bağışladığını görürük. Nələri dəyişdirə bilmisiniz millidə?
- İlk növbədə futbolçuların düşüncəsini dəyişmək vacib idi. Onlara anlatmalı idik ki, biz pressinq edə bilərik, rəqibin üzərinə gedib driblinq edə bilərik və ümumiyyətlə, daha yaxşı futbol oynaya bilərik. İlk vaxtlarda bu, asan deyildi. Amma son toplanışlar göstərdi ki, komanda artıq bizə inanmağa başlayıb və ən əsası, futbolçular öz güclərinə inanmağa başlayıblar.
- Hazırda U-21 millimizdə durum necədir? Əsas millimiz üçün yetişən futbolçu sayı nə qədərdir?
- Bu seçmə mərhələdə U-21 millisindən 5 futbolçu əsas milli komandada oynadı. Məncə, bu, ilk növbədə əsas millinin baş məşqçisinin (Ayxan Abbasov-QOL.az) gənc futbolçulara güvəndiyini göstərir. Eyni zamanda, bu, bizim də düzgün futbolçular üzərində dayanmağımızın nəticəsidir. Həmin oyunçular onlara verilən şansdan istifadə edə bildilər.
- U-20 millimizin portuqaliyalı baş məşqçisi Rui Jorje ilə əlaqəniz necədir? U-20-dən heyətə cəlb etmək istədiyiniz oyunçular var? Rui Jorje Hikmət Cəbrayılzadəni sərəncamınızda görmək istədiyinizi deyib.
- Rui Jorje ilə çox yaxşı münasibətimiz var. Daim əlaqədəyik. Hikmət çox yaxşı futbolçudur. Biz çox şadıq ki, həm U-21, həm də U-20 millimizin belə bir futbolçusu var. Bu, davamlı prosesdir və bizim üçün əlçatan olan bütün futbolçuları daim izləyirik.
- U-21 millimizin futbolçuları adətən klublarında oyun praktikasından əziyyət çəkirlər. İndi də durum belədir. Bu çətinlik nə dərəcədə sizə mane olur?
- Sizə sadə bir nümunə deyim. Çexiya ilə son oyunumuzdan əvvəl onların U-21 millisinə çağırılan 23 futbolçusu bu mövsüm yüksək liqalarda və avrokuboklarda ümumilikdə təxminən 13 500 dəqiqə oynamış və 22 qol vurmuşdu.
Bizim futbolçularımızın ümumi oyun müddəti isə təxminən 2 500 dəqiqə idi. Bunun da 600 dəqiqəsi qapıçılarımızın payına düşürdü. Hazırda içində olduğumuz reallıq budur.
Ramiq Ağaməmmədov
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar