“Turan Tovuz”un yarımmüdafiəçisi Ayxan Hüseynov Misli Premyer Liqasının 30-cu turunda “Qarabağ”a 1:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Məğlubiyyətə səbəb nə oldu?
- Birinci hissəni pis keçirmədik. Bizdə həmişə ikinci hissənin əvvəli problem olur. Bilmirəm niyə, amma fasilədən sonra həmişə ilk 5-10 dəqiqəni zəif keçiririk. “Qarabağ” da bundan istifadə etdi. Ardıcıl iki qol vurdu. Çalışırdıq oyunu dəyişək. Təəssüf ki, alınmadı.
- Sanki qapınızda ikinci qolu gördükdən sonra ayıldınız. Əvvəldən bu cür oyun göstərməyinizə nə mane olurdu?
- Birinci hissə əsasən mübarizə şəraitində keçdi. Daha çox əks-hücumlara bel bağlayırdıq. “Qarabağ”ın da hücumları pis alınmırdı. İkinci hissəyə çox pis başladıq. Düzdür, rəqibin qolları gözəl idi, amma biz belə toplar buraxmamalıyıq. Sanki hələ paltardəyişmə otağından çıxmamışdıq.
- Sona yaxın 2-3 real qol şansını boşa verdiniz. Həmin epizodları nəzərə alsaq, demək olar ki, “Turan Tovuz” 1 xal itirdi?
- Bəli, demək olar. Son dəqiqələrdə yaxşı şanslarımız var idi. Mənim də epizodum oldu, təəssüf ki, istifadə edə bilmədim. Məşqlərdə bunun üzərində daha çox çalışmalıyıq. Artıq bu oyunu unutmalı, növbəti matça hazırlaşmalıyıq.
- “Qarabağ”a uduzmaqla böyük ölçüdə gümüş medal qazanmaq şansını əldən verdiniz. Bu məğlubiyyət komandaya mənfi təsir etməyəcək?
- Belə vəziyyətlər olanda azarkeşlər bizdən maksimum nəticə gözləyirlər. Buna qədər “Qarabağ”la aramızdakı xal fərqi 3 idi. Ona görə də çox adam düşünürdü ki, qələbə qazansaq, ikinci yeri də tuta bilərik. Amma bizim hədəfimiz bu il avrokuboklara yollanmaqdır. Ona görə düşünürəm ki, bizim üçün üçüncü yer də yaxşı nəticədir. Bu mövqeni qorumalıyıq. Artıq növbəti turu düşünməliyik. Azarkeşlərimiz önündə oynayacağıq. Onları sevindirmək üçün əlimizdən gələni edəcəyik.
- Gözəl zərbə ilə fərqləndiniz. Sizcə, bu, ayın qolu seçilə bilər?
- Kənardan hələ qolu izləməmişəm. Amma məncə, gözəl qol alındı. Çoxdandır fərəqlənmirdim. Oyundan əvvəl də uşaqlara demişdim ki, qol vura bilsəm, əla olar. “Qarabağ”a bu cür gözəl qol vurmaq çox xoşdur.
- Mövsümü üçüncü pillədə başa vursanız, bunu uğurlu nəticə kimi qəbul etmək olar?
- Üçüncü pilləni saxlasaq, bəli, bizim üçün uğurlu mövsüm hesab olunacaq. “Turan Tovuz”un Premyer Liqaya qayıtdıqdan sonra bu liqada dördüncü mövsümüdür. Məncə, bu, ən uğurlu mövsümdür.
- Əvvəlki illərdə “Qarabağ”a qarşı daha yaxşı çıxış edirdiniz. Bu mövsüm isə hər 3 oyunda rəqibə uduzdunuz. Bunun səbəbini nədə görürsünüz?
- Hər oyunda sanki nəsə çatmır. 3 oyunun 3-də də bir top fərqli ilə uduzduq. Amma unutmayaq ki, “Qarabağ” “Qarabağ”dır. Onlara qarşı oynamaq çətindir. Bir az bəxt amilinin də təsiri var. Ötən il elə oyunlar oldu ki, heç özümüz də inanmırdıq. Xatırlayırsınızsa, burda hesabda geridə olsaq da, 5 dəqiqəyə 2 qol vurub qələbə qazanmışdıq. Bu mövsüm bir qədər bəxtimiz də gətirmir. Olur belə hallar.
- Konfrans Liqasına vəsiqə qazanacağı halda, “Turan Tovuz” qrup mərhələsinə qədər irəliləyə bilər?
- Məncə, bu barədə düşünmək hələ tezdir. Çox ağır mövsüm keçiririk. İndi yalnız son 3 turu düşünürük. Çempionat bitdikdən sonra da istirahət etməliyik. İstirahətin ardınca avrokuboklar barədə düşünmək olar.
- “Turan Tovuz”dan avrokuboklarda gözləntilərin böyük olmasında Kurban Berdıyev amili də var. Çünki bilirik ki, o, daha əvvəl “Rubin”lə, “Rostov”la avrokuboklarda çox yaxşı nəticələr qazanıb...
- Əlbəttə, baş məşqçimizin zəngin avrokuboklar təcrübəsi var. Onun peşəkarlığı, avrokuboklarda qazandığı nəticələr çox yaxşıdır. Təbii ki, “Turan Tovuz”u da avrokuboklara çox yaxşı hazırlaşdıracaq. Onun təcrübəsi hansısa məqamlarda bizə kömək olacaq. Bu, bizim üçün çox böyük üstünlükdür. Biz də Berdıyevə inanırıq. Çalışırıq hər zaman onun tapşırıqlarını yerinə yetirək. Sadəcə dediyim kimi, hələ avrokuboklar barədə danışmaq tezdir. Ümumilikdə isə bəli, Berdıyev kimi baş məşqçimizin olması sevindirici haldır.
Lixtenşteyn - Azərbaycan: Heyətlər
Messi Argentinada xüsusi matçda iştirak edəcək
De Zerbi ən yaxşı oldu
Devid Bekhem ABŞ Şöhrət Zalına daxil ediləcək
Ronaldonun şərəfinə bunu edəcəklər
Azərbaycan millisində ciddi itki - Bu gün oynamayacaq
Premyer Liqanın ən yaxşı futbolçusu seçildi
"Mingəçevir"də baş məşqçi ayrılığı
İtaliya ilə oyun Dueyə baha başa gəldi - Şəkil
“Mançester Yunayted”də baş məşqçi təyinatı rəsmiləşdi
Keyn millidə mütləq rekordçu oldu
Daha 24 oyunun vaxtı müəyyənləşdi
Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcək
Türkiyə millisinin düşərgəsini tərk etdi
Azərbaycan kubokunda 1/8 final - Nə vaxt və harada?
“Qarabağ"dan ayrılmaq istədiyini etiraf etdi! - Müsahibə
Brunu Fernandeş klubun təklifini yenə rədd etdi
Skaloninin Argentina millisi ilə müqaviləsi uzadıldı
De Brüynenin “Napoli”də münaqişəsi böyüyür
“Neftçi”nin legioneri qələbədə iştirak etdi
Arda Gülerin möhtəşəm qolu, Türkiyənin məğlubiyyəti - Video
ÇL-də 9 qolla uduzan komandanın baş məşqçisi göndərildi
“Qarabağ”ın legioneri millidə qol ötürməsi etdi - Video
“Mançester Yunayted”in yeni baş məşqçisi müəyyənləşdi
Fransa İtaliyaya uduzdu, İspaniyadan qələbə
Azərbaycan Avropa çempionatını üç medalla başa vurdu
Türkiyə Belçikaya məğlub oldu
“Lixtenşteyndə qələbə qazanmaq istəyirik” - Toral Bayramov
Sneyder bu kluba baş məşqçi təyin olundu
Faciəli hadisədən sonra karyerasını bitirə bilər
“Araz-Naxçıvan”ın sabiq çalışdırıcısının yeni klubu bilindi
Rafinyanın yorucu futbol marafonu başlayır
PSJ-dən Arda Gülerə üçqat maaş təklifi
Keyn millinin gələcək kapitanından danışdı
Vernidubun futbolçusuna verdiyi gözlənilməz dərs
Muslera karyerasını başa vurur?
“Real”ın futbolçusu azarkeşlərə pul payladı - Video
İngiltərə Premyer Liqasında günün ikinci baş məşqçi ayrılığı