“Sumqayıt”ın yarımmüdafiəçisi Emil Mustafayevin QOL.az saytına müsahibəsi
- Misli Premyer Liqasının 31-ci turunun gərgin oyununda “Araz-Naxçıvan” üzərində qələbə qazandınız (2:1). Görüşü necə şərh edərdiniz?
- Hər şey yaxşı alındı. Qalib gəldiyimiz üçün əhval-ruhiyyəmiz yaxşıdır. Son dəqiqələrdə xarakter sayəsində qələbəni qopardıq. İlk növbədə azarkeşlərimizi təbrik edirəm. Onlar qələbəyə layiq idilər. Eləcə də komandamızın üzvlərini təbrik edirəm.
- Artıq bir neçə turdur “Sumqayıt” avruboklar şansını itirib. Belədə oyunlara köklənmək nə dərəcədə çətin olur?
- Elədir, avrokuboklar şansımızı itirmişik. Buna baxmayaraq, hər matça qələbə üçün çıxırıq. Azarkeşlərimiz üçün oynayırıq. Onları sevindirmək istəyirik. Son oyunlarda bu, müəyyən qədər alınır. Təbii ki, avrokuboklara yollanmağı çox istəyirdik. Bunun üçün komandamızın hər şeyi var idi: yaxşı oyunçular, güclü leginerlər, bacarıqlı məşqçilər korpusu. Təəssüf ki, istəyimizə çatmadıq. Düşünürəm ki, növbəti mövsüm alınar.
- “Sumqayıt”ın avrokuboklardan kənarda qalmasının əsas səbəbi qeyri-stabillik oldu. Razısınız bununla?
- Açığı, konkret səbəb demək çətindir. Anlaşılmaz qollar buraxırdıq. Demək olar ki, bir çox oyunlarda özümüz öz qapımız qarşısında qol epizodu yaradırdıq. Eləcə də qol şanslarını boşa verirdik. Təbii ki, bütün bunlarda nəticələrə birbaşa təsir göstərib.
- Sanki “Sumqayıt” avrokuboklar şansını itirdikdən sonra daha rahat və yaxşı oynamağa başlayıb...
- Son iki oyunda yaxşı oynadıq. Bəlkə də hazırda üzərimizdə gərginlik yoxdur deyə çıxışımız istədiyimiz kimi alınır.
- Öz çıxışınızı necə dəyərləndirirsiniz? “Sumqayıt”dakı performansınızdan razısınız?
- Öz çıxışıma qiymət verməyim çətindir. Mən meydana çıxdığım hər matçda əlimdən gələni edirəm. Çalışıram komandama faydalı olum. Amma yenə deyirəm, öz oyunumu qiymətləndirməyim düzgün olmaz. Bu suala mütəxəssislər, azarkeşlər, jurnalistlər cavab versə, daha yaxşı olar.
- Sizi yeni mövsümdə də “Sumqayıt”da görə biləcəyik?
- İndi konkret fikir bildirə bilmərəm. Bilirsiniz ki, mənim hələ Ukraynanın “Polesye” klubu ilə bir illik müqaviləm var. Mövsüm yekunlaşdıqdan sonra danışacağıq.
“Onunla işləmək əsl kabusdur”
60 min avroluq saatları oğurlandı
UEFA-nın vitse-prezidenti Qvardiolanı tənqid etdi
Yeni baş məşqçinin transfer hədəfi bilindi
“Qalatasaray” 5 futbolçu ilə yollarını ayırmağa hazırlaşır
Əliyar Ağayev Millətlər Liqası matçına təyinat aldı
Kosovo və İsrail heç-heçə etdi
Almaniya ilə matçı buraxacaq
Ronaldodan sonra formanın dizaynı dəyişdi - Şəkil
Azərbaycan millisi Omana qalib gəldi
"Yamal dahidir, onu qorumalıyıq"
Yoldaşlıq görüşündə Ançelotti qırmızı vərəqə aldı
"Şəfa" "Şahdağ Qusar"a məğlub oldu
"Barselona" ilə matça görə kral qaydasını pozdu
Yaponiya Braziliyaya qalib gəldi
Bugünkü oyunu buraxacaq
Şahzadə Uilyam kral protokolunu pozaraq ÇL matçına getdi
"Kəpəz" "Gəncəbasar"la heç-heçə etdi
Fransa klubunun yeni baş məşqçisi açıqlandı
Rövşən Nəcəf millimizi təbrik etdi
Noyer həyat yoldaşından ayrıldı
Milliyə həssas vida - Video
Məhəmməd Salahdan tarixi rekord
“Real” 20 yaşlı futbolçu ilə razılaşdı
Xavidən 7:0-lıq qələbəyə şərh
Ölümlə nəticələnən epizoda görə hansı cəza verildi?
Dünyanın ən yaxşı 10 futbolçusu
Mahirin qolu, Azərbaycan millisinin qələbəsi - Video