Azərbaycan 1-ci liqasında mövsümün sonuna bir tur qalmış çempionluğunu rəsmiləşdirən “Şəfa”nın baş məşqçisi Elgiz Kərəmli QOL.az saytının suallarını cavablandırıb.
- Əvvəlcə sizi təbrik edirəm. Çempionluğa qədər cəmi bir məğlubiyyətiniz oldu. Birinci liqanın qalibi olmaq nə dərəcədə çətindir?
- Yarış çox gərgin keçdi. Asan oyunumuz olmadı. Premyer Liqada legioner limiti ləğv olunduqdan sonra çempionatdan 1-ci liqa klublarına xeyli sayda futbolçu transfer olundu. Həm də o futbolçular yuxarı yerlər uğrunda mübarizə aparan komandalara keçdilər. Buna görə də yarış bizim üçün asan olmadı. Hətta 3-4 top fərqi ilə qalib gəldiyimiz oyunlar belə gərginliyi ilə yadda qaldı. Bizim də məqsədimiz o idi ki, bu uzun marafonda stabilliyi qoruyub saxlaya bilək. Düzdür, arada zəif oyunlarımız da oldu, amma ümumilikdə stabil oyunu qoruyub saxlaya bildik.
- Komandanızın Premyer Liqaya hazır olması üçün hansı planlarınız var?
- Ötən illərlə müqayisədə hazırda Premyer Liqa çox güclüdür. Klubların heyətində çox səviyyəli legionerlər var. Onlarla başabaş mübarizə aparmaq bizim üçün heç də asan olmayacaq. Bunun üçün hazırlıq görmüşükmü? Xeyr, hələ ki, transfer işlərinə rəsmi olaraq başlanılmayıb. Bəli, heyətimizdə Premyer Liqada oynaya biləcək bir çox səviyyəli futbolçular var. Amma ən yaxşı komanda belə, yüksək liqaya çıxanda güclənmək məcburiyyətindədir. Buna görə də çalışacağıq ki, komandaya yeni oyunçular cəlb olunsun.
- Yayılan xəbərlərə görə, klubun strategiyası yerli futbolçularla mübarizə aparmaqdır. Premyer Liqada da belə olacaq?
- Bəli, hazırkı dönəmdə məqsəd ancaq yerli oyunçuların alınmasıdır.
- Legioner limitinin olmadığı bir yarışda sırf yerli futbolçularla hansısa iddia ortaya qoymaq olar?
- İnanmıram ki, biz ilk ildə hansısa iddia ortaya qoyaq. Yəqin ki, məqsəd Premyer Liqada qalmaq olacaq.
- Ancaq yerli oyunçularla bunu bacarmaq da asan deyil.
- Bəli, heç də asan olmayacağını bilirik. Rəhbərliklə hələ ki, bunlarla bağlı müzakirəmiz olmayıb. Çünki çempionluğu yenicə rəsmiləşdirmişik. Yəqin ki, yaxın günlərdə bununla bağlı daha açıq şəkildə danışmaq olar.
- Şərtlərə görə, komanda Premyer Liqaya yüksəlsə, “Şəfa” ilə müqaviləniz artırılmalıdır. Müqavilənizdəki bu bənd aktivləşib?
- Bəli, müqaviləmin yenilənməsi avtomatikdir. Amma hələlik yeni mövsümlə bağlı klub rəhbərliyi ilə müzakirəmiz olmayıb. Onların qərarını gözləyirəm. Nə qərar versələr, ona uyğun da hərəkət edəcəyik
- Deməli, hələlik sizin “Şəfa”da qalıb-qalmayacağınız qeyri-müəyyəndir?
- Bəli.
- Bəzi məşqçilərin adı “Şəfa” ilə hallandı və siz də bundan xəbərdarsınız. Klubla bununla bağlı danışmısınızmı? Bu xəbərlərə reaksiya nə olub?
- O xəbərlər yayılanda klub rəhbərliyi mənə həmişə dəstək olub. Yəni düzgün məlumatlar olmadığını bildiriblər.
- “Şəfa” Premyer Liqada ev oyunlarını hansı stadionda keçirəcək?
- Bildiyimə görə, Sumqayıtdakı “SOCAR Polymer Arena”nı sifariş veriblər. Amma mövsümün gedişatında nəsə dəyişiklik etməyə çalışırlar.
- Komanda məşqlərini harda edəcək?
- Biz məşqlərimizi hazırda Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında edirik. Yəqin ki, orda da davam edərik.
Ramiq Ağaməmmədov
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi