“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Patrik Andradenin QOL.az saytına müsahibəsi
- Misli Premyer Liqasının 30-cu turunda “İmişli”yə uduzdunuz (0:1). Məğlubiyyətə səbəb nə oldu?
- Meydana qələbə üçün çıxmışdıq. İlk hissədə qapımızda qol gördük. Təəssüf ki, sonradan nə qədər çalışsaq da, fərqlənə bilmədik. Məğlubiyyətdən qaçmaq heç cür mümkün olmadı. Halbuki bunu çox istəyirdik.
- Son 5 turda qələbəyə həsrətsiniz və cəmi 1 xal qazanmısınız. Problem nədədir?
- Konkret olaraq səbəb göstərmək çətindir. Komandanın daxilində heç bir problem yoxdur. Sadəcə ardıcıl uğursuz nəticələr komandaya pis təsir edir. Nəticə baxımından çətin dövrdən keçirik. Hər matçda çalışırıq, əlimizdən gələni edirik ki, vəziyyəti dəyişək. Amma heç bir şey istədiyimiz kimi alınmır.
- Ola bilər ki, komanda avrokuboklara vəsiqə qazanmaq şansını itirdiyi üçün motivasiyanın yoxluğundan əziyyət çəkirsiniz?
- Düzdür, motivasiya yoxdur. Amma bu o demək deyil ki, əlimizi yanımıza salmalıyıq. Hər oyunda vuruşmalıyıq. Çünki mövsümü uğurla başa vurmaq lazımdır. Əvvəlki səviyyəyə qayıtmaq üçün çalışmalıyıq. Məqsədimiz odur ki, heç olmasa son 3 turda vəziyyəti dəyişək.
- Son turlar ev oyunlarını Mərdəkanda deyil, Sumqayıtda keçirirsiniz. Bu amilin uğursuzluqda nə dərəcədə rolu var?
- Bunu ciddi problem hesab etməzdim. Bəlkə də stadionun amilinin təsiri var. Lakin istəmirəm ki, bu, bəhanə kimi anlaşılsın. İstənilən halda problem zəif oyunumuzdadır. Daha yaxşı futbol sərgiləməliyik.
- Növbəti turda “Sumqayıt”ın qonağı olacaqsınız. Həmin matçda uğursuz seriyaya son qoymaq mümkün olacaq?
- Bir həftə vaxtımız var. Məşqlərdə çox ciddi çalışmalıyıq. Əlimizdən gələni etməliyik ki, qələbə qazanaq. Heç olmasa, mövsümü major notda bitirək.
"Latsio"da yeni müqavilə
Azarkeşlər fitə basdı, baş məşqçi ona güvəndi
Millinin 5 futbolçusu cəzalana bilər
Rafinyanın zədələnməməsi üçün xüsusi addım atılır
A seriyası klubu yeni baş məşqçisini açıqladı
Trampla əlaqələrinə görə İnfantino Konqresə çağırıla bilər
Flik futbolçularını istirahətə yolladı
Kompani “Bavariya”nın məşqlərinə qoşuldu
"Turan" voleybol klubu ÇL-in qrup mərhələsində
“Tottenhem” komandaya liderlik edəcək hücumçu axtarır
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
Neymar karyerasını nə vaxt bitirəcəyini açıqladı
"Yuventus" 3 mövqeyə transfer edəcək
Azərbaycanı dünya çempionatında təmsil edəcək cüdoçular
Dizindən zədələnsə də, millidə qalır
Yeni müqavilə “Real”a baha başa gəldi
Fonsekanı o əvəzlədi
Azərbaycan millisinin heyətində dəyişiklik
Almaniya millisinə çağırıldı
26 milyon avroluq maaşdan imtina etdi
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
“Mançester Yunayted”ə "hə" dedi