“Zirə”nin türkiyəli hücumçusu Eren Aydın Misli Premyer Liqasının ikinci turunda “İmişli”ni 3:1 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Oyunlar bağlı nə deyə bilərsiniz?
- Çox yaxşı mübarizə apardıq. Avrokuboklara da yaxşı başlamışdıq. “Payde”yə qarşı yaxşı oynasaq da, təəssüf ki, yekunda məğlub olduq. “Şəfa” ilə görüşdə də qalib gəldik, “İmişli” ilə matçda da. Matça yaxşı start verdik. “İmişli”nin nəyə qadir olduğunu bilirdik. Rəqib standart vəziyyətlərdə təhlükə yaradır. Buna da xüsusi hazırlamışdıq. Qol vurdum, amma yenə də fərqlənə bilərdim. Epizodlarım oldu. Təəssüf ki, onları dəyərləndirə bilmədim. Məşqlərdə daha çox çalışıb özümü inkişaf etdirməliyəm.
- Fərqləndiyiniz epizodda qapıya zərbə endirirdiniz, yoxsa fikriniz ötürmə vermək idi?
- Açığı, cərimə meydançasına asma etmək istəyirdim. Lakin top qapıya getdi. Gözəl qol alındı.
- Sizcə, bu, “Ayın qolu” seçilə bilər?
- Bunu mən deyə bilmərəm.
- Mövsümə ardıcıl iki qələbə ilə start verdiniz. “Şəfa” ilə oyun daha çətin alındı, yoxsa “İmişli” ilə?
- Məncə, bu il çempionat daha çətin keçəcək. Yaxşı komandalar var. Hər matç çətin olacaq. Rəqibi ayırd edə bilmərəm. Qarşıda bizi “Neftçi” ilə oyun gözləyir. Həmin matçda da qalib gəlmək üçün əlimizdən gələni edəcəyik.
- Avrokubokları da, çempionatı da nəzərə alsaq, demək olar ki, hər matçda qol vurursunuz. Bunun ardı gələcək?
- Əlbəttə, bunun üçün “Zirə”dəyəm. Rəşad Sadıqovun inamını boşa çıxarmaq istəmirəm.
- Çempionatda şəxsi hədəfləriniz nədir?
- Konkret say deyə bilmərəm, amma məqsədim hər oyunda qol vurmaqdır.
- Təklif gəlsə, Azərbaycan millisində forma geyinərsiniz?
- Bu barədə məndən bir dəfə də soruşmuşdular. Azərbaycan mənim üçün Türkiyə kimidir. Burada çox rahatam. Bakıda özümü İstanbuldakı kimi hiss edirəm. Dil problemi də yoxdur, hamı ilə ünsiyyət qura bilirəm. Məmnun olaram.
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
İspaniya Xorvatiyaya belə qalib gəldi - Video
Bu da son. Əlvida, Messi!.. - Şəkillər
İngiltərə və İspaniyadan qələbə
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk