“Zirə”nin hücumçusu Eren Aydın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Payde”yə (Estoniya) qarşı keçirilən cavab oyunundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb.
QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Futbolun bu tərəfi çox pisdir. Saysız qol epizodları yaratdıq. Xeyli şansı boşa verdik. İki topumuz da dirəkdən qayıtdı. Top qapıdan keçmək istəmirdi. Səfərdəki oyunda da bu cür halla üzləşmişdik. Çox yaxşı futbol sərgiləsək də, qismətimiz bu imiş. Artıq edə biləcəyimiz bir şey yoxdur. Bundan sonra ölkə çempionatına köklənməliyik.
- Avrokuboklarda “Turan Tovuz” iştirak etməli idi, sonradan onları siz əvəzlədiniz. Demək olar ki, “Zirə” buna hazır deyildi?
- Bir qədər hazırlıqsız olduq demək olar. Lakin yaxşı təlim-məşq toplanışı keçmişdik. Ötən mövsümlə müqayisədə çox yaxşı futbol sərgilədiyimizi düşünürəm. Rəqibin iki zərbəsi var idi və biri qol oldu. Mübarizəni dayandırmağa layiq deyildik. Buna əminəm. İstənilən halda rəqibi təbrik edirəm. Güclərinə uyğun mübarizə apardılar.
- Əvəzlənməyiniz nə ilə əlaqədar idi? Özünüz istədiniz, yoxsa...?
- Futboldur bu. Bir qədər ola bilər yorğun idim. Əvəzlənməyim baş məşqçinin qərarı idi və buna hörmətlə yanaşıram.
- Oyunun sonunda top rəqibin əlinə dəysə də, penalti təyin olunmadı. Ümumilikdə hakim idarəçiliyini necə qiymətləndirirsiniz?
- Düşünürəm ki, hakim oyunun əvvəlindən lazım oldu-olmadı fitini səsləndirirdi. Rəqibə toxunan kimi referi fit verirdi. Son epizodda da top dirəyə dəydiyi üçün hakim əllə oyunu görmədi. Halbuki biz hamımız ehtiyat oyunçular skamyasından topun rəqib futbolçunun əlinə dəydiyini gördük. VAR olmadığı üçün penalti təyin edilmədi. Hakimin qərarına hörmətlə yanaşmaq lazımdır.
- Sizin dirəyə dəyən topunuz qapıdan keçsəydi, hər şey fərqli ola bilərdi?
- Mən həmin epizodda qol olduğunu zənn etdim. Sevinməyə hazırlaşırdım. Lakin sən demə, top qapıdan keçməyib. Təbii ki, qol olsaydı, 2:0 önə keçəcəkdik. Bu da böyük üstünlük demək idi. Ondan başqa da 2-3 real qol epizodumuz oldu. Təəssüf ki, dəyərləndirə bilmədik.
- Ölkə çempionatının startına təxminən iki həftə qalıb. Avrokuboklarla erkən vidalaşmağınız komandada psixoloji gərginlik yaratmayacaq?
- Təbii ki, hamımız çox məyusuq. Çünki rəqibi keçəcəyimizə inanırdıq. Bəxtimizə bizdən heç də güclü olmayan rəqib düşmüşdü. Artıq irəli baxmalıyıq. İki həftə vaxtımız var. Bu müddətdə yaxşı çalışmalı və çempionata köklənməliyik. Hədəfimiz çempionatda ilk üçlüyə düşmək olmalıdır. Hamı bunun üçün əlindən gələni etməlidir.
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə
Azərbaycan Cüdo Federasiyası Olimpiya hədəfini açıqladı
Misli Premyer Liqasında həftənin hakimləri
"Araz-Naxçıvan"ın məşqçisindən məğlubiyyət açıqlaması
La Liqa klubu yeni baş məşqçisini açıqladı
Azərbaycan millisi Mozambikə qarşı
"Bavariya" "Ayaks"la qarşılaşacaq
"Liverpul" "Çelsi"ni mübarizədən belə kənarlaşdırdı - Video
"Milan" da uduzdu, "Yuventus" da
"Kəpəz" 1/8 finala belə yüksəldi - Video
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Şəfa"nın 9 qollu qələbəsi - Video
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr