“Zirə”nin kapitanı Qismət Alıyev Misli Premyer Liqasının üçüncü turunda “Neftçi”ni 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Bilirdik ki, bizi çətin qarşılaşma gözləyir. Bizim kimi, “Neftçi” də ilk iki turda qələbə qazanmışdı. Matç hər iki komanda üçün vacib idi. Düşünürəm ki, gözəl oyun alındı. Yekunda çox önəmli qələbə qazandıq.
- Komandanızın qələbə qolunun müəllifi oldunuz...
- Meydana çıxdığım hər oyunda komandamın uğuru üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Bu matçda da vurduğum qol sayəsində qələbə qazandıq. Buna görə çox şadam.
- Qolu fərqli şəkildə qeyd etdiniz. Bunun xüsusi mənası var idi?
- Hər dəfə oyundan sonra evə gedərkən oğlum həmin hərəkəti edir. Mən də oğlum üçün bunu təkrarladım.
- Ötən mövsüm “Neftçi” ilə çempionatda hər iki ev oyununuz qalmaqallı alınmışdı. Bu dəfə isə oyun sakit keçdi...
- Futboldur, bəzən narazılıqlar da olur. Rəbiq komandanın azarkeşləri, yaxud futbolçuları ilə arada nəsə narazılıq yaşanır. Budəfəki matçda isə azarkeşlər maraqlı qarşılaşmaya şahidik etdilər. Hər hansı narazılıq yaşanmadı.
- Yayda “Neftçi”yə keçəcəyiniz haqda xəbərlər yayılmışdı, lakin yekunda “Zirə”də qaldınız. Bu məqam “Neftçi” ilə görüşdə motivasiyanıza nə dərəcədə təsir göstərmişdi?
- Mən 6 ildir “Zirə”dəyəm, burada xoşbəxtəm. “Neftçi” ilə danışığımız olmamışdı. Mövsüm başa çatdıqdan sonra millinin düşərgəsinə yollandım. Geri qayıtdıqdan sonra “Zirə” ilə müqavilə imzaladım.
- Yəni “Neftçi”dən təklif gəlməmişdi?
- Aramızda danışıq olmamışdı. Fikrim ancaq “Zirə”də idi.
- Qarşıda sizi çox ağır qrafik gözləyir – “Sabah”, “Qarabağ” və “Turan Tovuz”. “Zirə” bu gərgin qarşılaşmalara hazırdır?
- Artıq “Neftçi” ilə oyun geridə qaldı. Qarşıdakı üç rəqibin hər biri iddialıdır. İndi yalnız “Sabah”la görüşü düşünürük. Yeri gəlmişkən, onları təbrik edirəm. Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazandılar. Qarşıda bizi gərgin və maraqlı oyun gözləyir.
- Bu 3 qarşılaşmada qazanılacaq neçə xal “Zirə”ni qane edəcək?
- İndidən nəsə demək olmur. Çünki istər “Sabah”, istər “Qarabağ”, istərsə də “Turan Tovuz”un hər biri çox güclü rəqibdir. İndiki vəziyyətdə heç bir komandanı digərindən fərqləndirmək olmur. Dediyim kimi, bu dəqiqə fikrimiz ancaq "Sabah”la oyundadır. Bacardığımızın ən yaxşısını etməyə çalışacağıq ki, həmin matçda qələbə qazanaq.
- Uğurlu startdan sonra “Zirə”nin hədəfində çempionluq var?
- Yox, cəmi 3 tur geridə qalıb və biz komanda şəklində o barədə düşünmürük. İndiki fikrimiz yalnız hər növbəti oyundur.
- Amma yəqin ki, hər bir futbolçu kimi, siz də çempion olmaq istərdiniz.
- Əlbəttə, hər bir komanda istiyər ki, çempion olsun. Sadəcə cəmi 3 tur keçib və indidən bu barədə nəsə demək düzgün olmaz. Bilirik ki, istər “Qarabağ”, istərsə də “Sabah”ın çox yaxşı heyəti var.
- “Neftçi” ilə oyunu izləyənlər arasında milli komandanın baş məşqçisi Ayxan Abbasov da var idi. Bu matçdakı inamlı çıxışınız milliyə yolunuzu açacaq?
- Ayxan Abbasov əksər komandaların oyunlarını izləyir. Mən də hər bir matçda əlimdən gələni edirəm ki, özümü yaxşı tərəfdən göstərim və milli komandaya dəvət alım. Çağırılsam, əvvəlki illərdəki kimi, yenə də canla-başla millinin uğuru üçün əlimdən gələni edəcəm.
Avropa Liqasında 18 oyun
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi
Premyer Liqanın ən yaxşısı seçildi
“Arsenal” kütləvi ixtisarlar edə bilər
Superliqa klubunun yeni baş məşqçisi açıqlandı
Uğursuzluğa görə klub rəhbərliyini günahlandırdı
Keyn Messinin rekordunu qırdı
Azərbaycan güləşçisi dünya ikincisi oldu
"Milan" onunla yeni müqavilə imzalayır
Çexiya - Azərbaycan oyununun hakimləri açıqlandı
Okan Buruk “Barselona”ya məğlubiyyətdən danışdı
Diqqət! Azərbaycan derbisi gəlir...
ÇL-in oyunlarını yayımlayacaq kanallar
Arda Turandan Türkiyə millisi iddialarına cavab!
Mourinyo ilə jurnalist arasında maraqlı dialoq
"Sevincliyəm, qürurluyam, fəxr edirəm!" - Video
Azərbaycan klublarından avrokuboklarda yeni qələbə rekordu
Güləşçimiz U-23 dünya çempionatında gümüş medal qazandı
Azərbaycan UEFA reytinqində irəlilədi
"Qalatasaray" - "Barselona" matçında vurulan qollar - Video
İlk ev oyunu, ilk qələbə - Video
"Sabah" ÇL-də neçəncidir?
"Qalatasaray" "Barselona"ya uduzdu, "Atletiko"dan qələbə
“Söz verirəm ki, daha yaxşı oynayacağıq” - Dambrauskas