“Qarabağ”ın yeni transferlərindən olan fransalı vinger Jali Muaddib “Zirə”yə qarşı keçirilən yoxlama oyunundan (4:3) sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- “Qarabağ”a gəlişiniz necə alındı?
- Kiprdə oynayırdım. Təklif gələrkən ailəmlə danışdım. Ailəm də razılıq verdi. Təbii ki, “Qarabağ”ı tanıyırdım. Çünki son illər avrokubokılarda mütəmadi oynayır. Bu kluba qoşulduğum üçün şadam.
- Başqa təklifəriniz var idi?
- Bəli, var idi.
- “Qarabağ”a keçidinizdə həlledici amil hansı oldu?
- Bir gün ərzində “Qarabağ”a “hə” cavabını verdim. Dediyim kimi, klub mütəmadi Avropada oynayır, strukturu bəllidir, baş məşqçi uzun illərdir çalışır. Bütün bu məqamlar müsbət qərar verməyimə təsir göstərdi.
- Qurban Qurbanovla danışığınız olubmu, sizdən gözləntiləri nədir?
- Uzun danışığımız olmayıb. Amma bilirəm ki, məndən Kiprdə son mövsümdə oynadığım kimi çıxış gözləyir. Mən də əlimdən gələni edəcəm ki, komandama kömək edim, qazanılacaq uğurlarda pay sahibi olum.
- “Qarabağ”da ilk oyuna çıxdınız. Adaptasiyanız necə gedir?
- Sözsüz ki, təzə kluba gələndə müəyyən dərədəcə çətinlik çəkirsən. Komanda yoldaşlarım yaxşıdır. Hamı çalışır mənə kömək etsin. Mən də öz növbəmdə əlimdən gələni edirəm ki, kollektivə daha tez uyğunlaşım.
- Azərbaycan çempionatı haqda məlumatınız var? “Qarabağ”dakı hədəfləriniz nədir?
- İkinci Zubir olmaq istəyirəm (gülür). Azərbaycan çempionatı barədə məlumatım var. “Qarabağ” ötən mövsüm mənə maraq göstərmişdi. Danışıqlara başlayanda “Qarabağ”ın oyunlarını izlədim. Bilirəm ki, Azərbaycan çempionatında “Neftçi”, “Sabah” kimi kimi komandalar var. Maraqlı olacaq.
- Avropa Liqasında sizi uzaq İslandiya səfəri gözləyir. Rəqib haqda nə deyə bilərsiniz?
- Hazırda “Vestri” haqda geniş məlumatımız yoxdur. Təbii ki, bilirik, kuboku qazanıblar, sonra ikinci liqaya düşüblər. Amma istənilən halda avrokuboklarda zəif rəqib olmur. Hər bir komandaya qarşı ciddi hazırlaşmaq və oynamaq lazımdır.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər