“Kəpəz”in baş məşqçisi Azər Bağırovun QOL.az saytına müsahibəsi
- Bir müddətdir ki, adınız “Şamaxı” ilə hallanır. İstədik ki, bu xəbərlərə aydınlıq gətirib məsələyə özünüz nöqtə qoyasınız.
- Əslində nöqtə qoya bilməyəcəyik. Çünki bu gün mən “Kəpəz”dəyəm və bu komandanın uğuru üçün çalışıram. Amma sabah necə olacaq, dəqiq bilmirəm.
- Yəni “Şamaxı” variantı baş tuta bilər?
- Mən də bu xəbərləri oxuyuram. “Şamaxı” rəhbərliyi ilə heç bir görüşüm olmayıb. Amma eşitmişəm ki, “Şamaxı” belə bir fikirdədir. Hər şeyin öz vaxtı var. Yəqin ki, hər şey üzə çıxacaq.
- Bu gün klubunuzdan sizə yeni müqavilə təklif edilməsi xəbəri ilə də tanış olduq.
- Bəli, əslində klubdan yeni müqavilə ilə bağlı təklif almışam. Görək necə olacaq.
- Anlaşılan odur ki, qeyri-müəyyən bir durum yaranıb və “Kəpəz”lə müqaviləni uzatmaya da bilərsiniz.
- Bəli, bu gün hər şey qeyri-müəyyəndir. Hər şey ola bilər.
- Sizin öz fikriniz nədir?
- Ümumən bütün durumu tam analiz etmək və qərarımda yanılmamaq istəyirəm.
- Yəqin ki, “Kəpəz”in şərtləri sizi qane etmir.
- Bəli. Məsələ ondan ibarətdir ki, sabah verdiyim qərara görə peşman olmamalıyam. Sevdiyim, rəğbət bəslədiyim çox insan var ki, onları da yanıltmamalıyam. Mənə elə gəlir ki, bu günə kimi “Kəpəz”də çox böyük işlər görmüşəm. Onu davam etdirmək istəyirəm. Gücüm nəyə çatırsa, ona “hə” deyə bilərəm. Amma elə şeylər var ki, mənim gücümdə deyil və kimlərisə pis vəziyyətdə qoya bilərəm. Bunu istəmirəm. “Kəpəz”ə gələndə söz vermişdim ki, komandanı Premyer Liqada saxlayacam. Çünki o anda bunu etmək lazım idi. Şükür ki, bunu da bacardıq. Gələcəkdə elə hədəflər ola bilər ki, onu da etməyə hazıram. Amma bunun üçün şərtlər çox önəmlidir.
- Yəni qarşıya qoyulan hədəflərə uyğun şəraitin olmasını istəyirsiniz?
- Hər yerdə belədir. Şərait və inam mütləqdir. Bir də ən əsası ayağını yorğanına görə uzatmalısan. Bu gün sən mənə hörmət edirsənsə, bunu itirməməliyəm. İtirəcəmsə, harda olmağım önəmli deyil. “Kəpəz” azarkeşləri mənə inanırsa, bunu doğrultmalıyam. İnamı itirmək istəmirəm. Demək istəyirəm ki, şərtlər məni qane edərsə, davam edəcəm, etməsə, önümüzə baxacağıq. Bəlkə, sabah “Araz-Naxçıvan”dan və ya “İmişli”dən təklif gəldi?
- “Araz-Naxçıvan”dan təklif gəlsə, qabul edərsiniz?
- Mənim Zaur Axundova (“Araz-Naxçıvan”ın sahibi – red) çox böyük hörmətim var. Bəzi proseslər var idi ki, mən orda olanda baş vermişdi. Mənim də hardasa bir az səbirsizliyim var idi. Amma bilirəm ki, Zaur Axundov mənim xətrimi çox istəyir. Çünki hətta “Kəpəz”də qazandığım qələbələrdən sonra həmişə mənə dəstək olub. Məni ən tez təbrik edən beş adamdan biridir. Ona görə də bilirəm ki, həyatda hər şey ola bilər.
- İndiki şəraitdə yeni mövsüm üçün “Kəpəz”də hər hansı planlar var?
- İnanın ki, heç bir plan yoxdur. “Şamaxı” mövzusu görün nə vaxtdan var. Bəlkə də çoxları düşünürdü ki, Azər Bağırovun fikri başqa yerdədir. Amma mən “Kəpəz”lə son nəticələri qazanana qədər Allah bilir ki, nə qədər stress keçirmişəm. O qələbələri qazanmaq üçün nə qədər çalışmışıq. Yəni mən bu gün ancaq “Kəpəz”in qələbələri üçün çalışıram.
- Hazırkı qeyri-müəyyən durum nə qədər davam edə bilər?
- Onu bilmirəm. Çempionat başa çatsın, görək necə olur. Komandada bütün işlər aprelin ikinci həftəsindən başlayır. Yəni gedənləri müəyyənləşdirirsən, hansı mövqelər üçün axtarışlar gedir, onu bilirsən. Çempionat bitən kimi də yeni transferləri edib, 10-15 günə komandanı formalaşdırmalısan. Təbii ki, bizdə bu məsələlər gecikir.
- Maraqlıdır ki, Gəncədə yeni stadion tikildi, şərait yaradıldı, amma klubun hədəfləri artmadı.
- Klubun stadionu, yaradılan şərait çox yaxşı vəziyyətdədir. Onu zaman göstərər. Xeyirlisi nədirsə, o olsun. Bəlkə, hər şey fərqli olacaq.
- Dediyinizdən başa düşdüm ki, siz “Kəpəz”in daha iddialı olmamasından narahatsınız.
- Mənim istəməyimi qoyaq bir yana. “Kəpəz” azarkeşini düşünmək lazımdır. Onlar çox normal olaraq nəticə istəyir. Mən də o azarkeşlərin, dostların ümidlərini puç etmək istəmirəm. “Kəpəz” azarkeşi istəyir ki, komanda ilk 4-lükdə olsun. Bunun üçün isə yaxşı maliyyə dəstəyi lazımdır. Gəncədə baxmırlar ki, rəqibin büdcəsi nə qədərdir. “Neftçi” gəldisə, udmalısan. Bu gün “Neftçi”, “Qarabağ”, “Zirə”, “Turan Tovuz”un nə qədər dayanıqlı maliyyəsi var, bilirsiniz, Onlarla mübarizə aparmaq üçün nələr lazımdırsa, onu da bilirsiniz.
- Konkret desək, “Kəpəz”də nə çatmır?
- Mən çox şeyi demək istəmirəm. Amma yaxşı maliyyə dəstəyi lazım olduğu bəllidir.
- Klubdan hazırkı durumla bağlı nə deyirlər?
- Hamı gözləmədədir. “Gözləyin, yaxşı olacaq” deyirlər. Biz də səbirliyik, gözləyirik.
- Amma gecikirsiniz.
- Təbii ki, gecikirik. Mən “Araz-Naxçıvan”da işləyəndə komandanı 14 gün ərzində Premyer Liqaya hazırladım. “Araz-Naxçıvan” qış fasiləsinə qədər ilk 3-lükdə gedirdi. Yəni əslində işləsən, çalışsan, heç vaxt heç nə gec deyil. Amma gecikirik.
- Geciksəniz də, sizin komandanı tez toparlamaq təcrübəniz var. Bunu bir neçə dəfə görmüşük.
- Vallah, mən “Kəpəz”ə gələndə komandanın xalı sıfır idi. İlk 7 oyunda xal qazanmamışdı. Yəni bu gün həmin o 7 oyundan yeddicə xal olsaydı, komanda 6-7-ci yer üçün mübarizə aparardı. Yəni hər şey vaxtında gözəldir.
Ramiq Ağaməmmədov
"Oyunçularımla fəxr edirəm" - Valdas Dambrauskas
Azərbaycandan UEFA-nın avrokuboklarına kimlər gedəcək?
“Sabah”dan “qızıl dubl”
Avrokuboklardan kənarda qala bilərlər
DÇ-2026 finalında fasilə daha uzun olacaq
41 yaşlı Silva dünya çempionatına yollanır
Mbappe, Rafinya, Kurtua...
Arbeloa Madrid klubunda qalacaq?
Konate klubunu dəyişə bilər
FİFA prezidenti narazılıqlara aydınlıq gətirdi
"Sabah" - "Zirə" : Heyətlər
Millimiz Türkiyədə yoldaşlıq oyunu keçirəcək
“Neftçi”nin qızlar komandası yenə Azərbaycan çempionu oldu
PSJ davadan sonra onu hədəfə aldı
"Napoli"dən gedir
Dibaladan yeni müqavilə iddialarına cavab
Meksika millisinin DÇ-2026 üçün geniş heyəti
Region Liqasında finalın yeri və vaxtı müəyyənləşdi
ABŞ İraq millisinin beş futbolçusuna viza vermir
MEDİA jurnalistlər üçün müsabiqə elan edib
"İnter"də 5 illik müqavilə
"Bakı–Xankəndi" yarışında 4-cü mərhələnin qalibi oldu
Künc zərbəsinə görə VAR - İngiltərədə tətbiq ediləcəkmi?
Məşhur serialın ulduzu peşəkar futbolçu oldu
“Araz-Naxçıvan”ın legioneri milliyə dəvət aldı
İsveç millisinin DÇ-2026 üçün ilkin heyəti
Nərimanın illik maaşı açıqlandı - Rəsmi
Elitaya yüksələn komanda Madzarriyə tapşırıldı
21 il sonra yenidən Çempionlar Liqasında
Premyer Liqaya vəsiqə üçün finalda oynayacaqlar
"Əl-Nəsr" - "Əl-Hilal" oyununda dava - Video
Gəncədə məktəblilər arasında minifutbol turniri keçirilib
Avropa kubokunda iştirak edəcək Azərbaycan cüdoçuları
"Qollarımı ailəmə həsr edirəm" - Cəlal Hüseynov
PSJ çempionluğunu qeyd edə bilməyəcək
Cəlal dubl edib "Arda"ya qələbə qazandırdı - Video