Medianın İnkişafı Agentliyinin layihəsi
Azərbaycanda ən çox sevilən idman növlərindən biri də güləşdir. Ölkəmizin güləş ənənələrinə sahib olmasını, təmsilçilərimizin beynəlxalq arenalarda hegemonluq etdiklərini desək, yanılmarıq. Məhz bu uğurlarla da böyüyən bəxi uşaqlar və yeniyetmələr isə güləşçi olmaq arzusu ilə yaşayırlar.
Nəticədə ölkəmizdə güləş zallarının və güləşçi uşaqların, gənclərin sayı da durmadan artır.
Güləşin inkişaf etməsi yolunda yeni bir müsbət addım kimi ötən ay Bakı şəhərinin Zabrat qəsəbəsində Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə güləş zalının istifadəyə verilməsini qeyd etmək olar. Sözügedən zal Azərbaycanın tanınmış güləşçisi Taleh Məmmədovun nəzarəti altında fəaliyyət göstərəcək.
Zalın açılış ərasimində Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə və Fərid Mansurov, gənclər və idman naziri Fərid Qayıbov, həmçinin Azərbaycan Güləş Federasiyasının rəhbərliyi və digər rəsmilər iştirak ediblər.
Bugünkü həmsöhbətimiz olan dünya çempionatının bürünc, Avropa çempionatlarının gümüş və bürünc mükafatçısı Taleh Məmmədovla zalın fəaıiyyət istiqamətləri barədə danışdıq.
- Əvvəlcə sizi güləş zalınızın istifadəyə verilməsi münasibəti ilə təbrik edirik. Yeni güləş zalı açmaq ideyası necə yarandı?
- Təbrikinizə görə çox sağ olun. Əvvəlcə Azərbaycan Güləş Federasiyasına öz təşəkkürümü bildirirəm. Mən bunu güləş karyeramı bitirməmişdən əvvəl arzulayırdım. Arzum idi ki, karyeramı başa vurduqdan sonra yoluma hər hansı idarədə, ofis işində deyil, məhz məşqçilik sahəsində davam edim və idmançı kimi qazana bilmədiyim nəticələri güləşçi yetirmələrimlə qazanım. Karyeramı bitirən kimi bu qərarımı gerçəkləşdirməyə çalışdım və istədiyim zalı federasiyanın dəstəyi ilə açdıq.

- Güləş zalı üçün niyə məhz Zabrat qəsəbəsini seçdiniz?
- Zabrat seçiminin bir neçə səbəbi var. Birincisi, Bakı kəndlərində uşaqlar daha sağlam və idmana həvəslidirlər. İkincisi, artıq bir neçə ildir ki, bu ərazidə yaşayıram. Uşaqlar burada məni daha cox tanıyırlar və güləşə gəlmək istəyirlər.
- Zal yalnız yunan-Roma güləşi üzrə fəaliyyət göstərəcək, yoxsa sərbəst güləş və ya qadın güləşinə də yer veriləcək?
- Zalımız hələ ki, yalnız yunan-Roma güləşi üzrə fəaliyyət göstərir. Ancaq gələcəkdə sərbəst güləşə gələn olsa, bu növ üzrə də qrup açılacaq və məşqlər keçiriləcək.
-Taleh bəy, ümumiyyətlə, sizcə, Bakı kəndlərində güləşə maraq necədir?
- Maraq yaxşıdır. Bakı kəndlərində uşaqlar daha aktiv və idmana həvəslidirlər. Hətta Bakının başqa kəndlərindən də yanıma gələn uşaqlar var.
- Bəs uşaqların güləşə marağını gördükdə daha bir neçə qəsəbədə və bölgədə güləş zalı açmağı düşünürsünüzmü?
- Açığı, bu, hələ ki, real görünmür. Amma güləş zalları nə qədər çox olsa, inkişaf da o qədər sürətli gedər. Əslində bir neçə Bakı kəndindən təklif almışam ki, adıma zal açılsın və mən orada məşq keçim. Təəssüf ki, başqa zalda məşq keçməyə vaxt ayıra bilmərəm. Onlara təklif etmişəm ki, siz zalı açın, ora savadlı, güləşi yaxşı bilən məşqçi qoyaq. Mən də vaxtım olduqca həmin zalda ara-sıra motivasiya yaratmaq üçün məşq keçərəm.
- Zabratdakı bu güləş zalı ilə bağlı qarşınıza hansı hədəfləri qoymusunuz? Planlarınız nələrdir?
- Məqsədim ilk növbədə sağlam, tərbiyəli tələbələr yetişdirməkdir. Daha sonra onların içindən daha ciddi, potensialı olan, həvəsli uşaqlarla xüsusi işləyib, nəticə verməyi hədəfləyirəm. İdmançı kimi Olimpiya medalı qazana bilməsəm də, hər hansı tələbəmin Olimpiya çempionu olmasını çox istəyirəm.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır