Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Uşaqlar, yeniyetmələr və gənclər arasında idmanın təbliği ilə bağlı layihəmiz davam edir. Layihə çərçivəsində növbəti həmsöhbətimiz "Şamaxı" klubunun əvəzedici və U-19 komandasının baş məşqçisi Məqsəd Yaqubəliyev oldu.
- Hazırda "Şamaxı" akademiyasında durum necədir? Akademiyaya futbolçu seçimləri necə aparılır?
- Klubun 17 yaşadək bütün komandaları Şamaxıda yerləşir. Komandalar “Şamaxı” Futbol Məktəbinin uşaqlarından təşkil olunur. Yalnız U-19 və əvəzedici komandalar Bakıda məskunlaşırlar. Bu komandaların böyük hissəsi Bakıdakı futbolçulardan ibarətdir. Biz ötən il Premyer Liqada mübarizə aparmadığımıza görə yuxarı yaş qruplarından ibarət komandalar yox idi. Olan futbolçularımız da digər klublara getmişdilər. Bakıdakı klubların heyətinə düşə bilmədikdən və bizə müraciət etdikdən sonra onları U-19 komandamıza topladıq.
- Ümumiyyətlə, "Şamaxı" akademiyasına maraq hansı səviyyədədir? Akademiyada neçə uşaq futbolla məşğul olur?
- Yaxın rayonlardakı və Şamaxıdakı uşaqların hər biri bizim akademiyamızda olmaq istəyir. Çünki yaxın bölgələrdəki klublarda olan futbolçular artıq yuxarı liqalarda iştirak etmirlər. Ona görə də həmin futbolçular “Şamaxı”nın nəzarətində olurlar. Çünki məsafə baxımından da Şamaxı şəhəri onlar üçün daha uyğundur. Uşaqların “Şamaxı” akademiyasına marağı yaxşı səviyyədədir. Büdcəmiz nə qədər aşağı olsa da, futbolun inkişafını düşünürük. Layihələri müzakirə edirik, çalışırıq ki, həyata keçirək.
- "Şamaxı"da futbol infrastrukturu hansı səviyyədədir?
- Son 2-3 ildə böyük futbol Şamaxıya qayıdıb. Daim müzakirələr aparılır. Biz çalışırıq ki, gələcəyə uyğun layihələr həyata keçirək. İndi 1 meydançada həm əsas, həm də digər komandaların oynamağı çətin olsa da, hələlik bununla qənaətlənirik. Lakin yəqin ki, yaxın illərdə böyük layihələr həyata keçiriləcək. Çünki Premyer Liqada davamlı, uğurlu çıxış etmək üçün bu layihələrə ehtiyac var.
- Həm U-19, həm də əvəzedici komandanın baş məşqçisisiniz. Hansı komandanı idarə etmək daha çətindir?
- Düşünürəm ki, hər bir komandanın özünə görə çətinlikləri var. Lakin əvəzedici komandanı idarə etmək U-19-la müqayisədə daha çətindir. Çünki U-19-da bütün futbolçular daim nəzarətin altında olur. Düşündüyünü onlara öyrətməyə çalışırsan. Onlar da yavaş-yavaş sənin dediyini meydanda tətbiq etməyə başlayırlar. Amma əvəzedici komandada vəziyyət belədir ki, buraya bəzən əsas komandanın futbolçuları da fiziki formalarını bərpa etmək üçün dəvət olunurlar. Belə halda əlində, nəzarətində olmayan bir futbolçunun avtomatik heyətdə yer alması, meydanda istədiyini görə bilməməyin artıq idarəetmədə çətinliyin yaranmasına səbəb olur. Ona görə də məncə, əvəzedici komandanı idarə etmək daha çətindir.
- U-19 və əvəzedici komandalarda qarşıya hansı məqsədləri qoymusunuz?
- Bizi maraqlandırır ki, bu komandalar birbaşa futbolçu hazırlamaqla məşğul olsunlar. Əsas vəzifəmiz futbolçu yetişdirməkdir. Bizim hazırda əvəzedici komandada əlimizdə olan futbolçulardan əsas komandaya dəvət olunanlar var. Üç futbolçumuz imkan olduqca əsas komandaya çağırılır. Bir futbolçumuz isə artıq orada qərarlaşıb. Bu, məncə bizim ən böyük qazancımızdır. U-19 komandamızdan milliyə çağırılan futbolçumuz da var. Bu da bizi çox sevindirir. Sürətlə inkişaf gedir. Yaddan çıxarmayaq ki, biz hansı şəraitdə belə göstəriciyə nail olmuşuq. Çünki biz qısa müddətdə sıfırdan yığılmış bir komandayıq. İstədiyimiz potensial oyunçuları komandaya dəvət edə bilməmişdik. Amma qısa müddətdə 4-5 futbolçumuz milliyə namizəddir. Mən inanıram ki, yeni mövsümdən bu futbolçular istənilən klubun heyətində çıxış edə bilərlər. Gəncdirlər, 16, 17, 18 yaşları var. Əvəzedici komandamız da gənc futbolçulardan ibarətdir. Onların gələcəyi qarşıdadır.
- Uşaq futbolundakı problemlər tez-tez qabardılır. Sizcə, poblemlərin həlli üçün haradan başlamaq lazımdır?
- Bu, mənim üçün çox ağrılı bir mövzudur. Çünki mən artıq 8-9 ildir ki, “Şamaxı”da işləyirəm. Daha əvvəl klubun adı “İnter”, “Keşlə” olub. Bir o qədər də “Bakı” Futbol Akademiyasında çalışmışam. Daim uşaqların qayğıları ilə məşğul olmuşam. “Bakı” Futbol Akademiyasında daim layihələr həyata keçirirdik. Uşaqları xaricə aparırdıq. Hər şeyi təşkil edirdik. Məsələn, Mahir Emreli üçün xüsusi proqram verirdik ki, xaricdə hazırlaşsın. Bu gün Azərbaycan futboluna fayda verənlərdən biri də odur. Bunu nümunə kimi söylədim. Çoxlu ad çəkmək olar. “Bakı”da təbii örtüklü meydançaların sayı çox idi. Əgər “Bakı” Futbol Akademiyası dağıldısa və biz indi futbolun necə inkişaf edəcəyini düşünürüksə… Belə bir şəraiti dağıtmaq və sonra futbolu inkişaf etdirməyi fikirləşmək çox çətindir. Başlamaq üçün uşaq futboluna xidmət edən mütəxəssislərin güzaranı ilə maraqlanmaq lazımdır. Mən 2016-cı ildən “Şamaxı”ya gəlmişəm. Mənə həmin vaxt deyildi ki, problem var. Bu problem də o idi ki, uşaq futbolunda çalışan məşqçilər 10 ay maaş almalıdır. Mütəxəssislər cəmi 10 ay maaş alırlarsa, hansı inkişafdan danışa bilərik?! Gəlin əvvəlcə bu mütəxəssislərin məvaciblərinə yenidən baxaq, 10 ay yox, 12 ay olmasını təmin edək. Mütəxəssislərin həyat şəraiti düzəlməlidir. Bizim hansı adlı-sanlı keçmiş futbolçularımız akademiyalarda çalışırlar? Barmaq sayı ilə göstəriləcək dərəcədədir. Yox həddindədir. Çünki zəhmətinin bəhrəsini görə bilmirsən. Mütəxəssislər üçün yaxşı şərait yaratmaq lazımdır ki, onlar bütün fikirlərini komandaya, futbolun inkişafına yönəltsinlər. Az maaşla təmin edilən mütəxəssis çalışır ki, bu işi bitirib başqa bir işdən pul qazansın, ailəsini saxlasın. Belə şəraitdə futbol inkişaf edə bilməz. Komandaların məşq etməsi üçün yaxşı şərait qurulmalıdır. Bir neçə klub bir meydançada məşq edir. Bir meydançaya iki komanda eyni anda çıxır. İstədiyin hansısa taktiki məşqləri edə bilmirsən. Meydançalar düzəldilməlidir. Hər bir klub üçün müəyyən şərait yaradılmalıdır. Futbolçuları xarici səfərlərə göndərmək lazımdır. Biz gözümüzü açırıq, Azərbaycan futbolunu görürük. Amma Avropaya çıxış başlayanda anlayırıq ki, bizim bildiyimiz şey futbol deyilmiş. Artıq Avropada tamamilə başqa futbol var. Dinamiklik, intensivlik başqa səviyyədədir.
- Azərbaycanda legioner limitinin ləğvi müzakirə olunur. Sizin bu məsələyə münasibətiniz necədir?
- Legioner fubolçular Premyer Liqa komandalarına dəvət alırlar. Bilirsiniz ki, Premyer Liqa təmsilçilərinin qarşısına nəticə qazanmaq məqsədi qoyulur. Bu, ya avrokuboklara vəsiqə qazanmaq, ya da Premyer Liqada qalmaq hədəfidir. Məşqçilər də məqsədlərinə uyğun şəkildə vəzifələri yerinə yetirməyə çalışırlar. Legioner limiti artdıqca məşqçilər bütün üstünlüyü legionerlərə verəcəklər. Yerli futbolçuların oyun şansı qazanmağı çox çətin olacaq. Bəs heyətə düşə bilməyən azərbaycanlı futboçular nə edəcəklər? Bir neçə futboçumuz bəlkə rəqabətə dözüb heyətdə yer ala bilər. Amma bu da kifayət etməyəcək. Sabah milli komandaya futbolçu tapmaqda çətinlik çəkəcəyik. Bugünə qədər həyat bizə göstərib ki, çox az futbolçumuz xaricə gedə bilir. Bütün yerli futbolçular Azərbaycanda oynamağa üstünlük verirlər. Futbolçu əgər oynamasa, hansı inkişafdan danışacağıq? Klublar legionerlərlə uğur qazana bilərlər. Lakin Azərbaycan futbolu bir neçə oyunçusunu itirəcək. Düşünürəm ki, legioner limitinin artırılması və ya ləğvi futbolumuza əhəmiyyətli bir fayda verməyəcək.
- Adətən uşaqlar 19 yaşadək futbolla normal səviyyədə məşğul olurlar. Lakin artıq məsələ əsas komandaya gələndə problemlər yaranmağa başlayır. Bunun səbəbi nədir?
- Mən bunu görmüş mütəxəssis kimi deyim ki, futbola kütləviliklə başlayırıq, 15-16 yaşda artıq keyfiyyət məsələsinə keçirik. Yəni, həvəskarlıqdan peşəkarlığa. Hər futbolçu o keçid dövrünə uyğunlaşa bilmir. Bəzən hansısa istedadlı futbolçu peşəkar səviyyəyə uyğunlaşmağı bacarmır. Belə şeylər olur. Müəyyən səbəblər var. 19 yaşadək komandalarda futbolçular Azərbaycan səviyyəsində bir-biri ilə rəqabət aparırlar. Amma 19 yaşdan sonra futbol tamamilə dəyişir. Çünki uşaqlar beynəlxalq oyunlara getmirlər. Bilmirlər ki, dünya futbolunda səviyyə necə dəyişir. Müasir futbolun tələblərini Avropaya çıxanda görürük. Həmin vaxt başa düşürük ki, biz o tələblərə cavab verə bilmirik. Belə olanda da bir çox oyunçu deyir ki, böyük futbolda mənə yer yoxdur. Təbii ki, bu, hamıya aid deyil. Az sayda futbolçu həmin tələblərə uyğunlaşır, dözür. Uşaqlarla daim danışırıq, təbliğat aparırıq ki, hazırda gördüyünüz Azərbaycan futboludur, Avropada belə deyil. Avropada 90 dəqiqə ərzində iş görürsən. Tez düşünməli, qərar verməli və icra etməlisən. Premyer Liqada komandaların sayı çox olsa, oyunçuların sayı da bir az artar.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub
"Heç bir sirr yoxdur" - Berezutski
"Təklifimizi etmişik, cavab gözləyirik" - Qurban Qurbanov
“Sabah”dan finalda möhtəşəm qələbə
Antoni "Betis"dən ayrıldığını açıqladı
"Barselona"nın transfer planları bilindi
"Sabah"ın heyətində məcburi dəyişiklik
U-19 millimizin təlim-məşq toplanışı üçün heyəti bilindi
"Barselona" danışıqlarda irəlilədi
Azərbaycan kubokunun finalı üçün - Heyətlər
Ayxan Abbasov U-21-in yekun heyətini açıqladı
"Ayaks"ın yeni baş məşqçisi bəlli oldu
"Şamaxı"da növbəti ayrılıq
Conni Evans karyerasını başa vurdu
"Real" futbolçusu ilə yolları ayırdı
Egemen Korkmaz millinin baş məşqçisi oldu
Avroliqanın qalibi dörd futbolçu ilə vidalaşdı
PSJ-nin hər qolundan sonra Eyfel qülləsi işıqlandırılacaq
“Neftçi” 7 futbolçu ilə müqaviləni uzatmadı
ÇL-in finalını yayımlayacaq kanallar
Premyer Liqamızda diqqət çəkən gənclər nə vəd edir? - U-21 millisinin baş məşqçisi danışır
De Brüyne "Napoli" ilə nə vaxt müqavilə bağlayacaq?
Xulian Alvares heç kimə aman vermədi
“Qalatasaray” “Başakşehir”i məğlub etdi - Video
“Bundan xoşbəxt gün ola bilməz” - Millimizin baş məşqçisi
“Qalatasaray” və “Trabzonspor” mövsümü qələbə ilə başa vurdu
Azərbaycan millisinin finaldakı rəqibi müəyyənləşib - DÇ
Millimizi finala daşıyan qələbə - Video
"Azarkeşlərdən üzr istəyirəm" - Millimizin baş məşqçisi
İki ulduz futbolçu "Fənərbaxça"dan ayrıldı - Rəsmi
"Liverpul" Frimponqun transferini açıqladı
Azərbaycan millisi finala yüksəldi - DÇ
"Şamaxı"da növbəti ayrılıq - Rəsmi
Millimiz Litvaya böyükhesabla uduzdu
Ronaldo gələcəyi ilə bağlı qərar verdi
Flik: "Yamal dahidir"
"Real" "Liverpul"a 10 milyon ödədi
"Liverpul" danışıqlarda irəlilədi
"Fiorentina" baş məşqçisini istefaya göndərdi
Mövsümün ən yaxşı futbolçuları - Siyahı
Yeni baş məşqçi açıqlandı - Massimiliano Alleqri!
"Real" yeni transferi rəsmiləşdirdi
"Araz-Naxçıvan" daha 2 futbolçu ilə yeni müqavilə imzaladı