Medianın İnkişafı Agentliyinin layihəsi
Bu mövsüm Azərbaycan 2-ci liqasında debüt edən komandalardan biri də "Haypers Quba"dır. Bölgə təmsilçisi ötən mövsüm Region Liqasında 2-ci liqaya vəsiqə uğrunda "Şəfa"nı məğlub edib.
"Hypers Quba" 2-ci liqanın ilk 3 turundan sonra aktivinə 6 xal yazdırmağı bacarıb. Komanda "Saatlı-Araz"a qalib gəlsə də, texniki məğlubiyyət alıb. Quba təmsilçisi 2-ci və 3-cü turlarda inamlı qələbələr qazanıb.
Budəfəki mövzumuz isə "Haypers Quba"nın 2-ci liqadakı çıxışı, qarşıya qoyduqları hədəflərdir.
"Haypers Quba"nın baş məşqçisi Vüqar Nadirov 2-ci liqadakı startlarını dəyərləndirərkən komandanın yenidən qurulduğunu xatırladıb: "Yeni komandayıq. Region Liqasındakı heyətdən cəmi 4-5 futbolçu saxlamışıq. Çalışırıq ki, yeni gələn futbolçularla mütəmadi olaraq məşğul olaq. Startı normal dəyərləndirirəm. Komanda adaptasiya olmalıdır ki, istədiyimiz futbolu oynayaq".
O, Region Liqası ilə 2-ci liqa arasındakı fərqlərdən də söz açıb: "Əlbəttə ki, Region Liqası ilə 2-ci liqa arasında fərqlər var. Səviyyə fərqi yaranır. Amma mən təməli elə qurmuşam ki, problem yaşamayaq. Kollektiv şəkildə bilirdik ki, hara hazırlaşırıq. Ona görə də hazır idik. Buradakı atmosferi bilirdim".
V.Nadirov ilk turda aldıqları texniki məğlubiyyətə də toxunub: "Belə hallarda komandanın birliyini görürəm. Komanda udar da, uduzar da, heç-heçə də də edər, texniki məğlubiyyət də ala bilər. Komandanı yığdım, dedim ki, bu səhvi hamımız etmişik. Çünki futbol kollektiv oyunudur. Başda klubumuzun prezidenti olmaqla, hamının birliyini gördük. Dedim ki, hələ yeni başlamışıq. Səhvdir, oldu. Belə hallar hamıda olur. Premyer Liqa klublarında, "Qarabağ"da da yaşanıb. Bəzən nömrə səhvliyi və ya digər problem olub. Səhvsiz insan yoxdur. Xüsusilə də idmanda. Səhv edə-edə düzəlirsən".
O, komandanı formalaşdırmaq üçün yay boyu çalışdıqlarını qeyd edib: "Yay boyu məşqçilərimlə birlikdə çox çalışdıq. Kompüterin qarşısında oturub futbolçuların oyunlarına baxırdıq. Açıq deyim ki, mən 1-ci və 2-ci liqaların futbolçularını tanımırdım. Çünki Premyer Liqada oynamışdım. Yavaş-yavaş sistemə düşdüm, tanıdım. Bütün futbolçulara özüm baxdım. Türkiyədən də gətirdiyimiz futbolçular oldu. Yenə də axtarışdayıq, dayanmırıq".
Baş məşqçi vurğulayıb ki, komanda hələ onun tam istədiyi formaya gəlməyib. "Komanda tam istədiyim formada deyil. Bu, istədiyimin 40 faizidir. Çalışıram ki, 100 faizlik futbol oynadım. Təxminən 9-10-cu turlarla komanda mənim istədiyim kimi olacaq".
V.Nadirov komandanın adının "Haypers Quba" adlanmasının səbəbini də izah edib: "Haypers" müasir addır. Sözün mənası da çeviklik, cəldlikdir. Qarşıda nə olacağını zaman göstərər. Amma hələlik bu adla çıxış edirik".
O, öz oyunları ilə stadionu doldurmaq istədiklərini dilə gətirib: "Şükür Allaha, hər şey normaldır. Biz Qubada məskunlaşmışıq. Bilirsiniz ki, 10 ildən çoxdur, Qubada futbol yoxdur. Biz də istəyirik ki, Quba camaatını sevindirək. Futbol onlar üçün maraqlıdır. Bunu hiss edirik. Bizimlə nəfəs alırlar. Səfər oyunlarımıza da gəlmək istəyirlər. Biz də 6 min nəfərlik stadionumuzu yaxşı oyunlarımızla doldurmaq istəyirik".

Baş məşqçi komandanın maliyyə vəziyyətinə də toxunub: "Bizim maliyyə xərclərimizi bir adam qarşılayır. Prezidentimiz özü tək komandaya baxır. Amma mən istərdim ki, sponsor sayı çoxalsın. Nə qədər çox sponsor olsa, o qədər yaxşıdır. Biz də axtarışlar edirik. Gəlirlər, gedirlər, baxırlar. Qubada çox gözəl şərait var. AFFA-dan kim gəlirsə, bu şəraiti görür, "maşallah" deyir. Stadion, paltardəyişmə otağı, tribunada VİP otaqlar, PFL-in çəkiliş kameraları - hər şey var. Burada futbol üçün hər bir şərait qurulub. Düşünürük ki. bütün bunlar sponsor tapmağa kömək edər. Həyat belədir ki, sən yüksəldikcə, ətrafına insanlar toplanır, hamı yanında olmaq istəyir. Sən düşəndə isə hamı qaçır. Mən komandama da deyirəm ki, pis günün dostuyam, yaxşı günün yox. Biz birlikdə pis günün dostu olmalıyıq. Həyat belədir".
V.Nadirov yüksək yerlər uğrunda mübarizə aparacaqlarını söyləyib: "Hər bir komandaya hörmətlə yanaşırıq. Amma məqsədimiz yaxşı yerlər tutmaqdır. 1-ci liqaya adlamağı da hədəfləyirik".
Baş məşqçi sonda hər oyundan qələbə ilə ayrılmaq istədiklərini qeyd edib: "Heç bir komandadan qorxmuram, çəkinmirəm. Lakin burada bütün rəqiblər əsasdır. Pis mənada demirəm, amma uğur qazanmaq istəyirsənsə, zəif komandalara qarşı yaxşı çıxış etməlisən. Çünki zəif komanda ilə matça motivasiyalı çıxmaq çox çətindir. Derbilərə gedəndə futbolçulara heç çox söz demək lazım olmur. Özlərinin motivasiyası olur. "Qusar", "Şəfa", "Şəmkir", "Dinamo" - hər bir rəqib çətindir. Çempion olmaq istəyiriksə, zəif rəqiblərə qarşı xal itirməməliyik".
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq
Serxio Ramos "Sevilya"nın rəhbəri ola bilər
1-ci liqada həftənin hakimləri məlum oldu
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
"Azarkeşlər finaldan həzz alacaqlar" - Valdas Dambrauskas
Pikeyə 200 min avro cərimə kəsildi
“Kəpəz”in şərtləri məni qane etsə, qalacam” – Azər Bağırov
Levandovski üçün sürpriz namizəd
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
Azərbaycan kubokunda finalın hakimləri açıqlandı
Baş məşqçi DÇ-2026-ya 1 ay qalmış istefa verdi
“Sabah" onu 1 milyona birdəfəlik transfer edir
Bir mövsümdə cəmi 25 dəqiqə oynadı, müqaviləsi ləğv edildi
"Liverpul" Dioqo Jotanın xatirəsinə abidə ucaltdı
"Araz Naxçıvan" legioneri göndərdi
40 yaşında dünya çempionatına gedir!
Davadan sonra "Real"da mühit korlanıb
Cərimə meydançasındakı mübarizə qaydaları dəyişə bilər
Acun Ilıcalının klubu Premyer Liqanın bir addımlığında
"Sabah"ın potensial rəqibləri kimlərdir? - Çempionlar Liqası
Azərbaycan millisindən Avropa çempionatında bürünc medal
Nihat Kahveci “Neftçi”nin gözəl qolunu şərh etdi - Video
Bu mükafatı yenə Dembele qazandı
"Qarabağ" fransalı futbolçu alır - Klubu təsdiqlədi
La Liqanı tərk edəcək ilk komanda bilindi
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında
"Qaradağ Lökbatan"ın 3 qolu - Video
Premyer Liqa VAR-la bağlı yeni təklifi qəbul etmir
Mbappe ev oyunlarını boykot edə bilər
Osimhen millidən kənarda qaldı
Salah yenidən ərəblərin hədəfində
"Dünya çempionatında intizam ön plana çıxacaq"
Bəhruzun het-triki, "Xankəndi"nin qələbəsi - Video
"Real"ın zədəli futbolçusu karyerasını bitirir?
Avropa nəhəngləri onu hədəfə aldı
"Zirə"nin final hazırlığından - Şəkillər