Medianın İnkişafı Agentliyinin layihəsi
AFFA və UEFA Akademiyasının birgə əməkdaşlığı çərçivəsində təşkil olunan "Elite Club Programme" təhsil layihəsinin ikinci mərhələsi Almaniyanın Frankfurt şəhərində keçirilib. Seminarda AFFA-nın, PFL-in və Misli Premyer Liqasında mübarizə aparan klubların nümayəndələri iştirak ediblər. İştirakçılardan biri də "Araz-Naxçıvan"ın icraçı direktoru Eldəniz Yusubovdur.
Maraqlıdır, "Elite Club Programme" təhsil layihəsi klublarımıza nəyi öyrədir? Azərbaycanlı mütəxəssislər Almaniyada hansı yenilikləri öyrəniblər? Bu və digər suallara cavab tapmaq üçün məhz Eldəniz Yusubovla söhbətləşdik.
O, Almaniyaya yollanmaqlarından danışıb və layihənin təşkilinə görə AFFA-ya təşəkkür edib: “Elite Club Programme” çərçivəsində PFL və AFFA nümayəndələri əməkdaşlığa dəvət olunmuşdu. AFFA-ya təşəkkür edirik ki, belə layihənin təşkil olunmasına əmək verib, Azərbaycan klublarının iştirakını təmin edib. Bu layihə 3 moduldan ibarət olan bir layihədir. İlk modul Bakıda olmuşdu, bu dəfə isə biz 4 gün ərzində Almaniyanın Frankfurt şəhərində təhsili davam etdirdik. İkinci modul əsasən, əvvəlkindən fərqli olaraq, klub idarəetməsinin idman tərəfinə fokuslanmışdı. Yəni klub əməliyyatlarının idarə olunması, skautların işi, akademiyanın fəaliyyəti, idman direktorunun, idman departamentin fəaliyyəti, qadın futbolu, transfer danışıqlarının aparılması qaydaları və transfer prosesinin hüquqi aspektləri kimi mövzulara daha çox önəm verildi".
Mütəxəssis seminarların fəal və keyfiyyətli keçdiyini qeyd edib: "Seminara kifayət qədər də təcrübəli mütəxəssislər cəlb olunmuşdu. Məsələn, İsveçrə millisinin sabiq oyunçusu, “Servett” klubunun keçmiş idman direktoru Filip Senderos, “Maynz”ın futbol direktoru Martin Şmidt, “Bayer”in məşqçilər heyətinin rəhbəri Keld Bordinqqard və s. Bunlar kifayət qədər tanınmış mütəxəssislərdir və biz onların zəngin təcrübəsini öyrənməyə çalışdıq. Mühazirələr çox aktiv keçirdi: həm onları dinləyirdik, eyni zamanda bizlə səfərdə olan bütün əməkdaşlar onları maraqlandıran suallara cavab axtarmağa çalışırdılar. Bu mənada seminarlar debatlarla, sual-cavab prosesləri ilə zəngin oldu. Cəmi 3 günlük seminar oldu. Amma o qədər maraqlı idi ki, 1 dəqiqəni belə itirmək istəmirdik".

E.Yusubov qeyd edib ki, belə səfərlər Avropa futbolunun nümunəvi modellərinin Azərbaycanda tətbiq olunmasına böyük köməklik edə bilər: "Qeyd edim ki, seminarlar stadionda keçirilirdi. “Ayntraxt”ın “Deutch Bank Park” və “Maynz”ın “MEWA Arena” stadionunda təşkil olundu. Daha sonra biz Almaniya Futbol Federasiyasının baş qərərgahında olduq. Stadionların infrastruktur imkanları ilə tanış olduq, eyni zamanda bu nəhəng idman qurğularının idarə olunmasını əyani gördük.
“Maynz” klubunun futbol direktoru Martin Şmidt klub strukturundan danışarkən bacarıqlı kadrların işə cəlb olunmasını vacibliyini qeyd etdi. Yəni, təkcə infrastruktur deyil, klubu idarə edəcək bacarıqlı işçilərin də olmasını əsas amil adlandırdı. Bir sözlə, orada həm nəzəri həm də praktiki tərəfdən çox zəngin informasiyalar topladıq. Təbii ki, gələcəkdə bunları öz fəaliyyətimizdə nəzərə ala bilsək, həm öz klubumuza, həm Azərbaycan futboluna yeni nəsə vermək imkanımız olacaq".
O, klub infrastrukturu və akademiyaya yanaşma baxımından Azərbaycanla Avropa arasındakı fərqlərdən danışıb: "Biz bu sahəyə düşüncə baxımından avropalılardan bir az fərqliyik. Dediklərim bəlkə də kiməsə təəcüblü gələ bilər, amma onlardan öyrənəcəyimiz çox şey var. Məncə akademiyanın təkcə infrastrukturunu deyil, eyni zamanda fəaliyyət istiqamətləri, fəlsəfəsi, skautinq prosesi, uşaqların cəlb olunması və onlar üçün tətbiq olunan iş metodları, verilən təhsilin keyfiyyəti bizim futbol strategiyamızın əsas hədəflərindən olmalıdır.

Adi bir şey deyim ki, “Arsenal"ın skaut-analitiki Tom Cooper akademiyasının strukturunda çalışanların sayını təqdim etdi. Bu say bizi çox təəccübləndirdi. Orada bizimkilərlə müqayisədə 5-6 dəfə çox insan çalışır. ”Ayntraxt” klubunun akademiyasında olan zaman bir daha gördük ki, akademiya futbolun müasir inkişaf meylləri ilə yerli ənənənin vəhdətindən yaranan biznes modeli kimi qurulur. Yəni həm mənfəət götürmək, həm də klubun davamlığını saxlamaq, daim yeni futbolçularla heyəti zənginləşdirmək istəyirlər".
“Araz-Naxçıvan”ın icraçı direktoru klublarımızda futbol strategiyasının yaradılmasının vacibliyinə də toxunub: “Bayer 04” klubunun məşqçilər heyətinin rəhbəri Keld Bodinqqardın çıxışı daha çox xoşuma gəldi. O öz təcrübələrindnən danışarkən qeyd etdi ki, 2018-ci ildə 5 illik strategiya tətbiq olunub və qısa zaman ərzində onlar kifayət qədər böyük uğurlar əldə ediblər. Məhz bunun nəticəsidir ki, “Bayer 04” Almaniyada ilk dördlükdə yer alır və Avropanın 16 ən nəhəng klubraı arasındadır. Yəni 5 il əvvəl hərtərəfli əsaslandırılmış futbol strategiyası bu günkü ugurların əsas səbəbidir.”

E.Yusubov “qazandığı təcrübənin "Araz Naxçıvan"da tətbiqi haqqında nə deyə bilərsiniz?” sualına belə cavab verib: "Araz Naxçıvan”ın klubu yenidən qurulur. Biz bu prosesə iyul ayından başlamışıq. Hələ formalaşma mərhələsindəyik. Almaniya səfərindən sonra təbii ki mənim üçün də ümumi fikir formalaşdırdı. Bunlardan ən önəmlisi futbol strategiyamızın yaradılması, müasir futbolun prinsiplərinin işimizdə tətbiq olunması, akademiyanın fəaliyyətinin müasir skauting ve texnoloji qaydalara uygn qurulması və.s istiqamətlərdə klubda iş aparmaq olar. Ən əsası da bacarıqlı kadrların işə cəlb olunmasının vaciliyinə bir dah əmin oldum. Müasir futbol biliklərini uşaqlara ötürə biləcək məşqçilərin olmasını istəyərdim. Çünki uşaq və yeniyetmə həmişə tapmaq olar, amma onlarla kimin işləyəcəyi önəmlidir".
Sonda idman direktoru layihənin Bakıda keçiriləcək 3-cü modulundan gözləntilərindən də danışıb: "3-cü modul Bakıda keçiriləcək və ümid edirəm ki, bu dəfə də bizə yaxşı mənada təəccüblənəcəyik. Bu modulda klub əməliyyatları, kommunikasiya və maliyyə üzrə mövzular üzrə təhsil alacağıq.”
Cavad Musayev
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi
Çempionlar Liqası Tovuzda – Böyük hazırlıq gedir
Şahruddinlə Zubir yenidən bir arada - Şəkil
AFFA klubları cərimələdi
"İmişli"nin legioneri 4 oyunluq cəzalandırıldı
Sürət, adrenalin və Bakı - Azərbaycan Qran-Prisi başlayır
Klopp millidə sərt intizam qaydaları tətbiq etdi
Xavi Niderland himnini öyrənəcəyinə söz verdi
Xankəndi stadionuna qayıdışa 1 ay qaldı
“Bunları nəvələrimə danışaram” - “Sabah”ın qapıçısı
Son 6 ayda ikinci sponsorunu itirdilər
“Barselona” yenidən “Kamp Nou”dan gedir
"Borussiya" yeni baş məşqçisini açıqladı
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı