Medianın İnkişafı Agentliyinin layihəsi: "Azərbaycançılıq ideyasının təbliği - "Heydər Əliyev İli"
Azərbaycanda bütün sahələrdə olduğu kimi, idman da Ulu Öndər Heydər Əliyevin xüsusi diqqəti mərkəzində olub. İdmanla yaxından maraqlanan, onun inkişafına qayğı göstərən Ümumilli Lider sovet dövründə olduğu kimi, Azərbaycanın müstəqlliyini bərpa etdiyi ilk illərdə də idmançılara dəstəyini nümayiş etdirirdi. Bu mənada, Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətinə də həssaslıqla yanaşılırdı.

Heydər Əliyev Olimpiya çempionu Zemfira Meftahəddinovanı mükafatlandırarkən
Hələ 1993-cü ildə Milli Olimpiya Komitəsinin fəaliyyəti rəsmən təsdiq olunandan sonra Heydər Əliyev 1994-cü ildə Azərbaycanda Olimpiya Hərəkatının təbliğinin vəziyyəti, Milli Olimpiya Komitəsinin fəaliyyəti ilə tanış olmaq üçün Bakıya gələn Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samaranç, Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti Mario Vaskes Rana, Avropa Olimpiya Komitəsinin o vaxtkı prezidenti Jak Roqu qəbul edib.

Heydər Əliyev və Olimpiya çempionu Namiq Abdullayev
Həmin dövrdə ən mühüm hadisələrdən biri də məhz Azərbaycanın müstəqil bir dövlət kimi 1996-cı ildə ilk dəfə Yay Olimpiya Oyunlarında - Atlanta-1996-da iştirak etməsidir. Atlantada 23 idmançı ilə təmsil olunan Azərbaycan 1 gümüş medala yiyələndi (güləşçi Namiq Abdullayev). Həmin yarışa hazırlıq məqsədilə Prezient Heydər Əliyev sərəncam imzalamışdı.
Yarışlara hazırlığın daim dövlət nəzarəti altında saxlanılması, idmançılara diqqət və qayğının gücləndirilməsi sonrakı illərdə artmağa başladı.
Xüsusilə də 1997-ci ildə Milli Olimpiya Komitəsinin (MOK) rəhbərliyində dəyişiklikdən - o vaxt Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olan İlham Əliyevin MOK-a prezident seçilməsindən idmanın inkişafı prosesi daha da sürətlənməyə başladı.

Ümumilli Lider olimpiyaçılarla
Bir çox bölgələrimizdə olimpiya kompleksləri tikilməyə başladı, idman federasiyalarına diqqət artırıldı. Bunun nəticəsi isə özünü çox gözlətmədi. Azərbaycan 2000-ci ildə Sidney Yay Olimpiya Oyunlarında 2-si qızıl, 1-i bürünc olmaqla 3 medal qazandı, komanda hesabına 199 ölkə arasında 34-cü, Avropa ölkələri arasında isə 23-cü oldu. Bu, həmin dövrə görə Azərbaycan - yeni müstəqillik qazanmış, iqtisadi problemləri olan bir ölkə üçün çox yüksək nəticə idi.
Heydər Əliyev Azərbaycanı Sidney-2000-də təmsil edən idmançıları Olimpiya Oyunlarına yollanmazdan əvvəl də, sonra da qəbul edib. O, idmançılarımızın əməyini yüksək qiymətləndirib. Onlara mənəvi dəstəyini əgərməyib, hər yarışdan əvvəl idmançılara ruh yüksəkliyi verib. Olimpiya Oyunlarının iştirakçısı olan idmançılarımız indiyə qədər də bunu minnətdarlıqla xatırlayırlar.
Ümumiyyətlə, Azərbaycan idmanındakı bu inkişaf prosesi sonrakı Yay Olimpiya Oyunlarında da nəticələr baxımından özünü göstərməyə başladı. İdman sahəsi dövlətimizin prioritetlərindən biri oldu. Azərbaycanda bir çox böyük idman yarışları keçirilməyə başladı.
Heydər Əliyevin bünövrəsini qoyduğu, İlham Əliyevin davam etdirdiyi idmanın inkişafı prosesinin nəticəsində Azərbaycanda "Bakı-2015" Birinci Avropa Oyunları, 4-cü İslam Həmrəyliyi Oyunları, dünyanın ən önəmli yarışlarından "Formula 1" Qran-priləri, həmçinin güləş, cüdo, gimnastika, boks, karate, taekvando, şahmat və başqa idman növləri üzrə saysız-hesabsız mötəbər yarışlar keçirilib. Azərbaycanda keçirilən Avropa, dünya çempionatları artıq silsilə xarakter daşıyır.
Bu gün Azərbaycan bütün dünyada həm də idman ölkəsi kimi tanınır. Məhz uzun illər görülən işlərin, qayğının nəticəsidir ki, ölkəmizdə idmançıların sayı getdikcə artır. Azyaşlılar, gənclər ölkə idmanın inkişafını görərək, uğurları örnək alaraq idmana üz tuturlar.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Ronaldonun komanda yoldaşı klubdan ayrılır
"Mançester Siti" "Qalatasaray"la matça itkilərlə çıxacaq
Millimizin üzvü "Ayaks"a qarşı oynadı
Futbolçu azarkeşlərlə dava etdi - Video
"Kəpəz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Bavariya"dan mövsümün ilk məğlubiyyəti
Arda Gülerin "Real"dakı gələcəyi bilindi
"Qəbələ"nin böyük hesablı qələbəsi - Video
"Bu qələbəyə çox ehtiyacımız var idi" - "Kəpəz"in futbolçusu
Millimiz Danimarkanı məğlub etdi
"Kəpəz" "Qarabağ"a, "Qəbələ" "Şamaxı"ya qalib gəldi
“Araz-Naxçıvan”ın Maçadosu 20-yə çatdı
"Neftçi"dən 100-cü qolsuz oyun
"Araz-Naxçıvan" 21-ci oldu
Traore "Fulhem"dən ayrılır
"Bu matç bizim ayılmağımıza təsir edəcək" - Ayxan Abbasov
“Liverpul”dan gedir
"Qarabağ" - "Kəpəz" : Heyətlər
Millimizin üzvü Bundesliqa klubunda
"Napoli"dən İngiltərə klubuna
"Şamaxı" - "Qəbələ": Heyətlər
Güləş üzrə Azərbaycan çempionatları Gəncədə keçiriləcək
Kosovo klubundan ayrıldı, "Şəfa"ya keçdi
“Qızıl oğlan”ın qızıl qolu - Video
"İnter"dən 6 qollu qələbə - Video
“Roma” onu icarəyə verdi
“Qarabağ”ı İngiltərəyə uzun yolçuluq gözləyir
“İnter”in baş məşqçisi olimpiadanın məşəl daşıyıcısı olacaq