Mourinyo "El-Klasiko"dan danışdı

Mourinyo "El-Klasiko"dan danışdı
XƏBƏR 22 Oktyabr 2026 / 13:42 325
-  A +

“Real”ın baş məşqçisi Joze Mourinyo İspaniya La Liqasının 10-cu turunda “Barselona” ilə keçiriləcək oyundan söz açıb.

QOL.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bu barədə Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Leyptsiq” üzərində qazanılan 4:1 hesablı qələbədən sonra danışıb.

Mourinyo qarşıdakı “El-Klasiko”nun adi çempionat oyunu olmadığını vurğulayıb:

“El-Klasikodan əvvəl özümüzə tam əminlikdən danışmaq olmaz. Bu, çempionatın növbəti oyunudur, amma digər matçlardan fərqlənir. Əksini demək yalan olardı. Hazırlaşırıq. Bərpa üçün 24 saatdan da az vaxtımız olacaq. Amma inanıram ki, öhdəsindən gələcəyik”.

Qeyd edək ki, “Barselona” ilə “Real” arasında qarşılaşma oktyabrın 25-də keçiriləcək.


Qarabağ FK
Son xəbərlər
topaz banner