Bir ildən sonra yaşıl meydanlarda

Bir ildən sonra yaşıl meydanlarda
DÜNYA FUTBOLU 21 Oktyabr 2026 / 21:40 388
-  A +

“Mançester Yunayted”in müdafiəçisi Matteys de Liqt bel zədəsindən sonra sıraya dönüb. 

QOL.az xəbər verir ki, niderlandlı futbolçu Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində “Komo” ilə oyuna start heyətində başlayıb.

De Liqt sonuncu dəfə ötən il noyabrın 30-da “Kristal Pelas”la matçda meydana çıxıb. Həmin görüşdə zədələnən müdafiəçi daha sonra belindən əməliyyat olunub.

Qeyd edək ki, 2024-cü ilin avqustundan “Mançester Yunayted”də çıxış edən futbolçu İngiltərə klubuna “Bavariya”dan transfer olunub.


Qarabağ FK
Son xəbərlər
topaz banner