İspaniya kralı Messini şam yeməyinə dəvət etdi

İspaniya kralı Messini şam yeməyinə dəvət etdi
XƏBƏR 22 Oktyabr 2026 / 12:17 248
-  A +

Argentina millisinin və "İnter Mayami"nin kapitanı, 8 dəfə “Qızıl top” mükafatını qazanan Lionel Messi İspaniya kralı VI Felipe və kraliça Letisiya ilə rəsmi şam yeməyinə dəvət olunub.

QOL.az “Marca”ya istinadən xəbər verir ki, 39 yaşlı hücumçu cümə axşamı İspaniyanın Ovyedo şəhərinə gedəcək. O, burada idman sahəsində Asturiya Şahzadəsi mükafatını almaq üçün təşkil olunan tədbirlərdə iştirak edəcək. Messi həmçinin Ovyedodakı İdman Sarayında məktəblilər, tələbələr və azarkeşlərlə görüşəcək.

Argentina millisinin sabiq kapitanı həmin gün axşam kral ailəsi və mükafatın digər laureatları ilə rəsmi şam yeməyinə qatılacaq.

Cümə günü isə Ovyedodakı Kampoamor teatrında Asturiya Şahzadəsi mükafatının təqdimetmə mərasimi keçiriləcək. Mərasimdən sonra Messinin ABŞ-yə birbaşa uçacağı gözlənilir. O, MLS çərçivəsində “Nyu-York Red Bullz”la səfər oyununda iştirak etməlidir.


Qarabağ FK
Son xəbərlər
topaz banner