Yamal Mbappenin rekordunu təkrarladı

Yamal Mbappenin rekordunu təkrarladı
XƏBƏR 21 Oktyabr 2026 / 12:09 411
-  A +

“Barselona”nın hücumçusu Lamın Yamal UEFA Çempionlar Liqasında Kilian Mbappenin rekorduna şərik olub.

QOL.az xəbər verir ki, bu barədə “Eurofoot” sosial şəbəkə hesabında məlumat yayıb.

19 yaşlı ispaniyalı futbolçu turnirin Liqa mərhələsinin 3-cü turunda PSJ ilə görüşdə (2:4) fərqlənməklə Çempionlar Liqasında vurduğu qolların sayını 13-ə çatdırıb. Bununla da o, turnir tarixində 20 yaşına çatmamış ən çox qol vuran futbolçular arasında Mbappe ilə eyni göstəriciyə nail olub.

Həmçinin sözügedən görüş Yamalın peşəkar karyerasında 200-cü oyunu kimi qeydə alınıb.

Yamal cari mövsüm Çempionlar Liqasında 2 qol vurub və 4 məhsuldar ötürmə edib.

Qeyd edək ki, “Barselona” növbəti matçını noyabrın 3-də evdə “Aston Villa”ya qarşı keçirəcək.

Daha çox


Qarabağ FK
Son xəbərlər
20.10.26  13:46

"Yuventus"da itki

topaz banner