Türkiyənin Trabzon şəhərində boks üzrə U-15 Avropa çempionatı davam edir.
QOL.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin daha 7 idmançısı mərhələ adlayıb.
Veysilə Əliyeva (54 kq) 1/8 finalda Mairid Makgeoçlə (Şotlandiya) döyüşüb. Görüş boksçumuzun 4:0 (29:27, 30:26, 29:27, 28:28, 29:27) hesablı qələbəsi ilə başa çatıb. O, 1/4 finalda Alina İnatoviçlə (Ukrayna) münasibətinə aydınlıq gətirəcək.
Hüseyn Rəhimli (40 kq) da 1/8 final qarşılaşmasından qalib ayrılıb. Boksçumuz Matiya Yankoviçi (Xorvatiya) ilk raundda tam üstünlüklə məğlub edib. Təmsilçimiz növbəti görüşündə Feliks Runi (İngiltərə) ilə üz-üzə gələcək.
Hümbət Almazov (42 kq) Petar Radivoyeviçdən (Serbiya) güclü olub – 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:27). O, 1/4 finalda Kevin Lourenko de Kastro (Almaniya) ilə münasibətinə aydınlıq gətirəcək.
Gülay Ocaqova (57 kq) adını yarımfinala yazdırıb. İmişli boksunun yetirməsi 1/4 finalda Quilia Qiustizieri (İtaliya) yarışdan kənarlaşdırıb – 4:1 (28:29, 29:28, 29:28, 29:28, 29:28, 29:28). Ocaqova finala gedən yolda Lia Toldi (Macarıstan) ilə qüvvəsini sınayacaq.
Rafael Abbasov (66 kq) 1/4 finalda Yan Bala (Polşa) 3:2 (27:30, 30:27, 30:27, 30:27, 27:30) hesabı ilə qalib gəlib. O, yarımfinalda Zakaria Tsiklauri (Gürcüstan) ilə görüşəcək.
Sərxan Haxverdiyev (70 kq) 1/4 finalda Oliver Maya (Polşa) 3:2 (30:27, 29:28, 28:29, 28:29, 30:27) hesabı ilə qalib gəlib. Boksçumuz növbəti döyüşündə Dieqo Mastrorilllo (İtaliya) ilə gücünü yoxlayacaq.
Teymur Tanrıverdiyev (90 kq) isə 1/4 finalda Berat Yıldırımdan (Türkiyə) üstün olub – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28). O, yarımfinalda Andrey Konstantinovu (Rusiya) sınağa çəkəcək.
Qeyd edək ki, Avropa çempionatına oktyabrın 25-də yekun vurulacaq.
İsmail Kartal: “Məyusuq”
Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”
“Sabah” layiqli mübarizə apardı. Təbriklər!” - Niko Kovaç
“Sabah” – “Borussiya” matçının ən yaxşı oyunçusu kim oldu?
"Fənərbaxça" son anda qələbəni əldən verdi
Yaxşı mübarizə, məyusedici nəticə
Keyn liderdir, siyahıda başqa kimlər var?
“Fənərbaxça”nın futbolçusu sıradan çıxdı
“El Klasiko”ya təyin olunan hakim dəyişdirilir?
"Turan" voleybol klubundan ÇL-də uğurlu debüt
36 yaşında karyerasını bitirir
Baş məşqçi stadiondan şikayətləndi
"Fənərbaxça" - "Slaviya" matçının heyətləri açıqlandı
"Sabah" - "Borussiya": Heyətlər
2-ci liqada 8-ci tura yekun vuruldu
Elvin həkim nəzarətində məşqə çıxdı - Şəkillər
“Mançester Yunayted”də ciddi itki
Azərbaycanın U-15 millisinin dünya çempionatı üçün heyəti
Xəyal etdi, inandı, qazandı
AFFA İntizam Komitəsinin qərarları açıqlandı
“Sabah”ın U-19 komandası "Borussiya"ya uduzdu
“Real” İngiltərə klublarından 80 milyon avro tələb edir